Məhkəmə qərarları › İş №e-2(001)-1441/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1441/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1441/2023 15.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1555 (bir min beş yüz əlli beş) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu, ümumilikdə 1692 (bir min altı yüz doxsan iki) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 08 yanvar 2020-ci il tarixli MAS-1892 saylı “X5” əsasında lizinqə verilmiş “Ravon Nexia R3 Minik” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD745809 seriyalı, 2019-cu il buraxılışlı, Ban: №XWBTF69V9LA017778, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, Cavabdeh 20 yanvar 2022-ci ildə avtomobili zədəli halda ona təqdim etdi. O, həmin vaxt avtomobilin təmir olunması üçün “RS Avtoservis”-ə müraciət etdi. Orada avtomobilə baxış keçirilərkən avtomobilin ön faralarının, təkərlərinin və digər bir neçə detallarının yararsız vəziyyətdə olduğu, həmçinin avtomobildə dəmirçi, rəngsaz, plasmasçı və çilingər işlərinin görülməli olduğu müəyyən edildi. “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 1555 (bir min beş yüz əlli beş) manat tələb olunmuşdur. Lakin Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də o, həmin vaxt avtomobili “RS Avtoservis”-də 1555 (bir min beş yüz əlli beş) manat ödəyərək öz hesabına təmir etdirdi. Göründüyü kimi, Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 1555 (bir min beş yüz əlli beş) manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, avtomaşını lizinq müqaviləsi əsasında götürmüşdür. Lakin ayda ödənişləri vaxtı-vaxtında edə bilmədiyi üçün 3 aydan sonra avtomaşını götürdüyü yerə geri qaytarmışdır. Maşını götürən vaxtı 1700 manat pul ödəmişdir. Maşını ondan təhvil alan adam maşını yoxlamış və ona təhvil-təslim aktını sabah gəlib götürməyini demişdir. Lakin onun işi çıxdığı üçün o, aktı gedib götürə bilməmişdir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəsatəti əsasında dindirilmiş şahid X7 ifadəsində bildirdi ki, o, işəgötürən İddiaçı ilə birgə işləyir. Cavabdeh avtomobili təhvil verərək bildirdi ki, o, taksi fəaliyyəti ilə məğul ola bilmir, ona görə də avtomobili qaytarır. Cavabdeh avtomobili təhvil verərkən təklif etdilər ki, onun iştirakı ilə aktlaşdırılsın. Lakin cavabdeh bundan boyun qaçıraraq çıxıb getmişdir. İddiaçının vəsatəti əsasında dindirilmiş şahid X2 ifadəsində bildirdi ki, o, işəgötürən İddiaçı ilə birgə işləyir. Cavabdeh avtomobili təhvil verərək bildirdi ki, o, taksi fəaliyyəti ilə məğul ola bilmir, ona görə də avtomobili qaytarır. Cavabdeh avtomobili təhvil verərkən təklif etdilər ki, onun iştirakı ilə aktlaşdırılsın. Lakin cavabdeh bundan boyun qaçıraraq çıxıb getmişdir. Bundan sonra onlar cavabdehə zəng vurub avtomobildə qüsurların aşkar edildiyini bildirdə də, cavabdeh buna məhəl qoymamışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli X5ndən və ona 1 saylı Əlavədən görünür ki, lizinq verən “Ravon R3” markalı avtomobil lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, birinci “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuya icarəyə vermişdir. Müqaviləyə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə aşağıdakılara əməl etməyə borcludur: Ona etibar edilmiş nəqliyyat vasitəsini qorunub saxlanması və təhlükəsizliyini təmin etməyə; Nəqliyvat vasitəsini yanacaq və sürtgü materialları ilə rəsmi servisdə təmin etməyə; Nəqliyyat vasitəsini istifadə və istismar qaydalarına riayət etməyə; Nəqliyyat vasitəsini kənar şəxslərin idarə edilməsinə yol verməməyə; Nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini (təkər,akkumlyator. və.s) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; Hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini İcarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə: Yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə; Nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə. xx.xx.2022-ci il tarixdə X3, X1, X4 və X6 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, xx.xx.2022 tarixdə saat 14:25 radələrində 99PG509 D.Q.N Ravon Nexia R3 markalı avtomaşını müqavilə əsasında idarə edən Cavabdeh avtomobili “RS" servisin həyətinə gətirib. Həmin avtomaşına baxış zamanı aşağıdakı detalların dəyişdirdiyini və maddi ziyan dəydiyini aşkar etdilər. 1.Təkər 2. Ön fara R L. 3.Baqaj Kovroliti. 4.Akkumlator 5.Buksir yeri sağ.vs. “RS” AvtoServis tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ravon Nexia R3 markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərər cəmi 1555 manat təşkil edir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 14 saylı Vəkil bürosunun hesabına 100 manat məbləğində hüquqi xidmət haqqı ödəmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 37 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə icarəyə vermişdir. İcarə müqaviləsinə əsasən icarəyəgötürən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini İcarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Lakin cavabdeh nəqliyyat vasitəsini iddiaçıya nasaz halda verməsinə baxmayaraq, nasaz hala salınmış hissələrinin dəyərini iddiaçıya ödəməmişdir. Cavabdeh məhkəmə iclasında sözügedən nəqliyyat vasitəsini saz halında iddiaçıya təhvil verdiyini və bu barədə akt tərtib edildiyini bildirmiş, həmin aktın məhkəməyə təqdim edilməsi üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə onun vəsatətini təmin edərək məhkəmə iclasını təxirə salmışdır. Lakin, cavabdeh növbəti məhkəmə iclasında heç bir üzürlü səbəb bildirmədən iştirak etməmiş, nəticə etibari ilə aktı da məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdeh nəqliyyat vasitəsinə 1555 manat məbləğində ziyan vurmuşdur. Belə olan halda, cavabdeh icarə müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməli iddiaçıya vurduğu zərəri, yəni 1555 manat məbləği iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1555 manat məbləğində maddi ziyan, 100 manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1555 (min beş yüz əlli beş) manat məbləğində maddi ziyan, 100 (yüz) manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar