Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1466/2023 30.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Kapital Bank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Kapital Bank ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı Kapital Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 20% dərəcəsi ilə 60 ay müddətinə 5528,50 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə Kapital Bank ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 5528,50 manat, faiz borcuna görə 822,12 manat olmaqla cəmi 6350,62 manat borcu yaranmışdır. Cavabdehə bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də Cavabdeh iddiaçı Kapital Bank ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 5528,50 manat, faiz borcuna görə 822,12 manat olmaqla cəmi 6350,62 manat borcun və 83,51 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçı Kapital Bank ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, iki il əvvəl bankdan nəğd şəkildə 3500 manat kredit almışdır. Həmin dövrdə işlədiyindən müqavilə üzrə öhdəliklərini icra etmişdir. Daha sonra işdən çıxdığından ödənişləri vaxtında edə bilməmişdir. Borcu qəbul edir və hissə-hissə ödəməyə razıdır. Ona görə də iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. X1 ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5095475A116 saylı kredit müqaviləsinin surətindən müəyyən olunur ki, bank borcalana 60 ay müddətinə qaytarmaq, illik 20% ödəmək şərti ilə 5528,50 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 5528,50 manatı Cavabdeh vermişdir. Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli RGTK5095475A116 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 5528,50 manat, faiz borcuna görə 3264,44 manat olmaqla cəmi 8792,94 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kapital Bank ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2022-ci il tarixli RGTK5095475A116 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5528,50 manat, faiz borcuna görə 822,12 manat olmaqla cəmi 6350,62 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh Kapital Bank ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli RGTK5095475A116 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya əsas borca görə 5528,50 manat, faiz borcuna görə 822,12 manat olmaqla cəmi 6350,62 manat borcunun yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilməli, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə cavabdehin borcun ona 3500 manat olaraq verilməsinə dair izahatında qeyd etdiyi xüsusata münasibət bildirib qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdm olunan cavabdeh tərəfindən də imzalanan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən bankın ayırdığı kreditə görə 5528,50 manat borcun Cavabdeh tərəfindən qəbul edilməsi öz təsdiqini tapdığından, iddianı etiraf edən cavabdeh tərəfindən etirazında istinad etdiyi bu hala dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən etirazda istinad olunan bu hall əsassızdır ona görə də qəbul edilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli RGTK5095475A116 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5528,50 manat, faiz borcuna görə 822,12 manat, dövlət rüsumuna görə 83,51 manat olmaqla cəmi 6434,13 manat Kapital Bank ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1466/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1466/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver