Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1498/2024 14.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2853 manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 50 manat məbləğində dövlət rüsumu, ümumilikdə 3003 manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1449 saylı “Daxili lizinq müqaviləsi” əsasında verilmiş “Ravon Nexia R3minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomobilə zərər dəymişdir. Belə ki, 2022-ci ilin avqust ayı ərzində iddiaçı cavabdehə dəfələrlə zəng edərək icarə ödənişini verməsini, əks təqdirdə avtomobili geri qaytarmasını tələb etsə də, o, ödəniş etmir və avtomobili geri qaytarmaqdan imtina edirdi. xx.xx.2022-ci ildə iddiaçı avtomobili Şamaxı şəhərində aşkar etmişdir. Həmin vaxt avtomobildə nasazlıqlar və zədələr olmuşdur. Bundan sonra avtomobilin təmir olunması üçün “RS Avtoservis”ə müraciət etmişdir. Orada avtomobilə baxış keçirilərkən avtomobilin kondisioner borusu, akkumulyator, 2 ədəd təkər, çaşka, feredo, vıjımnoy, kapot və digər bir neçə detalların yararsız vəziyyətdə olduğu, həmçinin avtomobildə dəmirçi, rəngsaz, plasmasçı, çilingər və razval-balans işlərinin olduğu müəyyən edildi. Servis tərəfindən verilən qüsur aktına əsasən avtomobilin təmir bərpası üçün 2853 manat tələb olunmuşdur. Lakin cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində avtomobilə 2853 manat zərər dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada (həm poçt vasitəsilə, həm “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetlə, həm də SMS vasitəsilə bildiriş göndərilməklə) məlumatlandırılmasına baxmayaraq, məhkəmədə iştirak etməmiş, iddiaya öz yazılı münasibətini bildirməmişdir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin icarə müqaviləsi”ndən görünür ki, Ravon Nexia R3 minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil gündəlik 22 manat icarə haqqı ödənilmək şərti ilə İddiaçı tərəfindən Cavabdeh təhvil vermişdir. - xx.xx.2019-cu il tarixli MAS-1449 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, "xxxx" MMC, lizinq verən İddiaçı arasında bağlanmış “Ravon Nexia R3 minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. - 17.08.2022-ci il tarixli POA********** saylı etibarnamədən görünür ki, "xxxx" MMC Cavabdeh “Ravon Nexia R3 minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız Azərbaycan Respublikası ərazisində idarə etməyi etibar etmişdir. - “RS Avtoservis” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil dəymiş zərərin miqdarı usta xərcləri ilə birlikdə 2853 manat müəyyən edilmişdir. - 27.09.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 14 saylə Vəkil Bürosunun hesabına 100 manat ödəniş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək, hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin hallarından belə müəyyən olunur ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1449 saylı “Daxili lizinq müqaviləsi” əsasında verilmiş “Ravon Nexia R3minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlə “Nəqliyyat vasitəsinin icarə müqaviləsi” bağlanmış, avtomobil gündəlik 22 manat icarə haqqı ödənilmək şərti ilə İddiaçı tərəfindən Cavabdeh təhvil vermiş, lakin 2022-ci ilin avqust ayı ərzində iddiaçı cavabdehdən icarə ödənişini verməsini, əks təqdirdə avtomobili geri qaytarmasını tələb etsə də, o, nə ödəniş etmiş nə də avtomobili geri qaytarmışdır. xx.xx.2022-ci ildə iddiaçı avtomobili Şamaxı şəhərində aşkar etdikdən sonra “RS Avtoservis” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, “Ravon Nexia R3 minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil dəymiş zərərin miqdarı usta xərcləri ilə birlikdə 2853 manat müəyyən edilmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə istinad etmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Məhkəmə hesab edir ki, iddia “Ravon Nexia R3 minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh hərəkətləri nəticəsində avtomobilə zərər dəyməsi hazırkı halda iddiaçı tərəfindən sübuta yetirilir. Belə ki, ən azından cavabdeh xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin icarə müqaviləsi” üzrə sözügedən avtomobili təhvil alaraq, müqavilə şərtlərinə uyğun onu istismar etmək öhdəliyi götürmüş, lakin buna məl etməsinə dair heç bir sübut təqdim etməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, “Ravon Nexia R3 minik” markalı, **-PD- *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə vurulmuş zərərin əvəzinin tutulması hissəsində zərərin hesablanması aktına uyğun olaraq 2853 manat həcmində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi və hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2853 (iki min səkkiz yüz əlli üç) manat maddi ziyan tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi və hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1498/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1498/2024
14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver