Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1532/2023 31.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 231,99 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 412,39 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Televiziya və Radio yayımı haqqında Qanununa uyğun olaraq, xx.xx.2005-ci il tarixdə və xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyriyaşayış sahələrinə kabel xətləri çəkir. Bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən Ədalət-A hüquq firması ilə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. Bakı şəhəri Binəqədi rayonu 102 saylı MKİS tərəfindən verilmiş 479 saylı, xx.xx.2020-ci il tarixli arayışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, Azadlıq prospekti, ev 11/162, mənzil 64 cavabdehin adınadır. xx.xx.2021-ci il tarixli arayışa əsasən, ünvan 1 ünvanında Arzu Qazıyev ilə İddiaçı MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən mənzil şəbəkəyə qoşulmuş, xx.xx.2016-cı ilədək son ödənişini etmiş və xx.xx.2016-cı il tarixdə 2.10 manat borcla şəbəkədən ayrılmışdır. 7637 N saylı akt tərtib edilənədək həmin ünvana sonuncu dəfə xx.xx.2017-ci il tarixdə baxış keçirilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə “Ədalət-A” hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 7637 N saylı akt tərtib olunmuşdur. Belə olan halda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Qarayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 102 saylı MKİS tərəfindən verilmiş 479 saylı arayışa əsasən, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. - tərtib olunan xx.xx.2019-cu il tarixli 7637 K saylı aktdan görünür ki, “Ədalət-A” hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti, ev 11/162 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 64 saylı mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir və qapını açan olmamışdır. - İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli arayışından müəyyən olunur ki, iddiaçı ilə ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2008ci il tarixində həmin ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2016-cı il tarixinədək son ödənişi etmiş və xx.xx.2016-cı il tarixdə 2.10 manat borc ilə şəbəkədən ayrılmışdır. - İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanda yerləşən binaya 7637 N saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2017-ci il tarixdə baxış keçirilmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən “Ədalət-A” hüquq firmasına 150 manat pulun ödənildiyi məlum olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanda xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi qanunsuz qoşulma nəticəsində iddiaçıya 703 gün ərzində hər gün 33 qəpik olmaqla, ümumilikdə 231,99 manat maddi ziyan dəymiş və nəticədə Cavabdeh iddiaçı qarşısında mülki hüquq pozuntusu (delikt) öhdəliyi yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin: - 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. - 1096.2-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1097.3-ci maddəsinin tələbinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin, yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunaraq Cavabdeh kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 231,99 manat məbləğində vurulmuş zərərin əvəzi tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 121.1-ci maddələrinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119,121,216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 231,99 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi 150 manat və 30,40 manat dövlət rüsumu, ümumilikdə 412,39 (dörd yüz on iki manat otuz doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-1532/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-1532/2023
31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver