Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1540/2023 19.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 41,7 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 172 manat 10 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 və TR 066 saylı teleradio yayımı üçün lisenziya alınmışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 92 saylı MKİS tərəfindən verilmiş 06 fevral 2020-ci il tarixli, 126 saylı arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9cu mkr., Adil Məmmədov küçəsi, 119 saylı evin 101 saylı mənzilində qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş 09 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, həmin ünvanda yaşayan Cabbarov Həşim ilə iddiaçı arasında bağlanmış “KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən,19 mart 2008-ci il tarixdə bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş, 01 iyun 2023-cü il tarixədək son ödəməsini etmiş və 22 avqust 2013-cü il tarixdə 24,6 manat borcla şəbəkədən ayrılmışdır. Həmin ünvanda 0898L saylı akt tərtib olunana qədər sonuncu dəfə 04 oktyabr 2013-cü il tarixdə həmin binaya baxış keçirilmişdir. Bundan sonra 20 fevral 2014-cü il tarixdə "xxxx" hüquq firması, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan binada yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 0898L saylı akt tərtib edilmiş, qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin aktdan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulma həyata keçirmiş və həmin qoşulma nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə son baxış keçirildiyi 04 oktyabr 2013-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 20 fevral 2014-cü il tarixədək olan müddət 139 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 41,7 manat təşkil edir. Bundan başqa, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən, qanunsuz qoşulmalarla bağlı olaraq hər bir iş üzrə hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı MMC-yə 100 manat pul ödəyir. Sonda N.A.Qarayev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə 2013-cü ildə sözügedən mənzildə yaşasa da, mənzildə “KATV1” kabel şəbəkəsinin quraşdırılması onların öz müraciətləri əsasında həyata keçirilmiş, bir neçə il sonra öz istəkləri ilə xidmətdən imtina etmişlər. Onlar tərəfindən heç bir qanunsuz qoşulma həyata keçirilməmişdir. Tərtib edilmiş aktdan ümumiyyətlə məlumatları yoxdur. Həmçinin, sözügedən akt 15 sentyabr 2020-ci il tarixdə, yəni tərtib edildiyi vaxtdan 6 il sonra onların ünvanına göndərilmiş, onun yetkinlik yaşına çatmamış övladına təqdim edilmişdir. Digər tərəfdən, aktda onun keçmiş əri Həşim Cabbarovun adı qeyd edilmiş, iddia isə ona qarşı yönəldilmişdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: - "xxxx" hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli, 0898L saylı aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsi, 119 saylı evin 101 saylı mənzilin sakini tərəfindən (kimliyi göstərilməmişdir) “KATV1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulma müəyyən olunmuşdur. Mənzilin qapısını açan olmamış, aktın surəti qapıya qoyulmuşdur. - İddiaçı MMC tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli arayışda göstərilmişdir ki, MMC ilə ünvan 1 ünvanında yaşayan Cabbarov Həşim arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 19 mart 2008-ci il tarixdə bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuşdur. 01 iyun 2013-cü il tarixədək isə son ödəməsini etmişdir. 22 avqust 2013-cü il tarixdə 24 manat 60 qəpik borc ilə şəbəkədən ayrılmışdır. - İddiaçı MMC tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli arayışda göstərilmişdir ki, ünvan 1 ünvanında 0898L saylı akt tərtib olunana qədər sonuncu dəfə 04 oktyabr 2013-cü il tarixdə həmin binaya baxış keçirilmişdir. - 006İNT********** №-li, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə 100 manat məbləğində pul ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı ilə kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilə Cavabdeh arasında deyil, Həşim Cabbarov arasında bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan akt tərtib olunduğu müddətdə mənzilin kimin mülkiyyətində olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin, həmin ünvan üzrə kabel televiziyası şəbəkəsinə qeyri-qanuni qoşulmanın müəyyən olunması ilə bağlı iddiaçının nümayəndələri tərəfindən akt tərtib edilərkən cavabdehin iştirakı təmin olunmamış, sözügedən akt cavabdehə yalnız 15 sentyabr 2020-ci il tarixdə təqdim edilmişdir. Bu isə o deməkdir ki, iddia ərizəsində göstərilən qeyri-qanuni əməlin məhz Cavabdeh tərəfindən edilməsi iddiaçı tərəfindən sübut oluna bilmir. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, iddiaçı vurulmuş ziyanın əvəzi kimi 41,7 manat tələbini mənzilə sonuncu baxış keçirildiyi 04 oktyabr 2013-cü il tarixdən aktın tərtib olunduğu 20 fevral 2014-cü il tarixədək olan müddət üzrə 139 günə hər gün üçün 30 qəpik hesablamaqla müəyyənləşdirmişdir. Məhkəmə hesab edir ki, bu cür hesablama əsaslı qəbul edilə bilməz. Belə ki, əgər cavabdeh qanunsuz olaraq şəbəkəyə qoşulmuş olsa belə, bu qoşulmanın sonuncu yoxlama tarixindən sonrakı gündən həyata keçirilməsi ilə bağlı heç bir sübut mövcud deyildir. İddia tələbinin cavabdehdən 100 manat pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının hər hansı xidmətin göstərilməsi üçün üçüncü şəxslə müqavilə bağlaması bu xidmətə görə ödənilən haqqın cavabdehdən tutulmasına əsas ola bilməz. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən qanunsuz qoşulma halının olubolmamasından asılı olmayaraq, iddiaçı "xxxx" hüquq firmasına xidmət haqqı ödəməlidir və hazırki halda cavabdehin iddia edilən qanunsuz hərəkəti sübuta yetirilməmişdir, belə olan halda, iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1540/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1540/2023
19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver