Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1565/2023 11.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 7707.05 AZN-bundan 2791.08 AZN əsas, 1314.57 AZN faiz, 3212.18 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 389.22 AZN faiz borcu və iş üzrə ödənilmiş 97.08 AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Şəxsi istehlak məqsədilə cavabdehə 36 ay müddətinə illik 28% dərəcəsi ilə ödəmək şərtilə 7600 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1kredit verilərkən BudtayevaAynur Mustafa qızı ilə Bank arasında 120009244/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən 01/15 saylı Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7383.08 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. Kredit Müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişə əsasən kredit restrukturizasiya olunmuşdur. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.45 AZN) 7262.54 AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********336 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 7707.05 AZN təşkil edir. Bundan 2791.08 AZN əsas, 1314.57 AZN faiz, 3212.18 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 389.22 AZN faiz borcu təşkil edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, kredit müqaviləsi üzrə məlum fərmana əsasən kompensasiya hesablansa da, vaxtı keçmiş kredit borclarına aid olmamışdır. Belə ki, kredit müqaviləsi üzrə sonuncu ödənişdən fərmanın qəbul edildiyi tarixədək 360 gün keçməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. “Dəmirbank" ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor Cavabdeh1 məqsədili istifadə üçün illik 28% faiz hesablanmaqla 36 ay müddətinə, aylıq ödəniş 314,41 dollar olmaqla, 7600 dollar məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi xx.xx.2015-ci il, sonuncu ödəniş tarixi xx.xx.2018-ci il olaraq müəyyən edilmişdir
6. “Dəmirbank" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2015ci il tarixli, 120009244/ZM saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.
7. 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 01/15-ƏS saylı əlavə sazişdən görünür ki, tərəflər (“Dəmirbank" ASC ilə Cavabdeh1 ) 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı razılığa gəlmişlər. Sazişin 1.1-ci bəndinə əsasən kreditor borcalana vrdiyi kreditin qalıq məbləği 7383,08 dollar təşkil edir. 1.2-ci bəndinə əsasən kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Aylıq ödəniş məbləği kredit hesabı üzrə qrafikə əsasən 249,1 dollar müəyyən edilmişdir.
8. 13 yanvar 2015-ci il tarixli, 120009244/ZM saylı zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli, 01/15-ƏS saylı əlavə sazişdən görünür ki, tərəflər 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı razılığa gəlmişlər. Sazişin 1.1-ci bəndinə əsasən kreditor borcalana vrdiyi kreditin qalıq məbləği 7383,08 dollar təşkil edir. 1.2-ci bəndinə əsasən kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır.
9. 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 20 fevral 2017-ci il tarixli 2№-li əlavə sazişdən görünür ki, tərəflər (“Dəmirbank" ASC ilə Cavabdeh1) arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli, ********* saylı müqavilə üzrə kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: - borcalanın kreditor qarşısında kredit öhdəliyinin əsas borc qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) konvertasiya edilməklə (1 USD=1,45 AZN) 7262,54 AZN təşkil edir; Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılır.
10. Saziş əsasında təqdim edilən ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 255,33 manat olmaqla, ilkin ödəniş tarixi xx.xx.2017-ci il, sonuncu ödəniş tarixi xx.xx.2020-ci il olaraq müəyyən edilmişdir.
11. 13 yanvar 2015-ci il tarixli, 120009244/ZM saylı zaminlik müqaviləsinə 20 fevral 2017-ci il tarixli 2№-li əlavə sazişdən görünür ki, tərəflər (“Dəmirbank" ASC ilə Cavabdeh1) arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli, ********* müqavilə üzrə kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: - borcalanın kreditor qarşısında kredit öhdəliyinin əsas borc qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) konvertasiya edilməklə (1 USD=1,45 AZN) 7262,54 AZN təşkil edir; Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılır.
12. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 7600 dollar məbləğində kredit verilmişdir.
13. Ləğv prosesində olan “Dəmirbank" ASC tərəfindən təqdim edilən xx.xx.2016cı ildən xx.xx.2019-cu ilədək olan tarixləri əhatə edən hesabdan çıxarışın surətindən görünür ki, cavabeh Cavabdeh1 tərəfindən sonuncu dəfə xx.xx.2019-cu il tarixində 30 manat ödəniş edilmişdir.
14. Ləğv prosesində olan “Dəmirbank" ASC tərəfindən təqdim edilən xx.xx.2022ci il tarixinə aid maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixinə müqavilə üzrə 2791,08 manat əsas, 1314,57 manat faiz, 3212 manat cərimə, gecikdirilmiş vaxt üçün 389,22 manat faiz borcu olmaqla, ümumilikdə 7707,05 manat borcu vardır.
15. Ləğv prosesində olan “Dəmirbank" ASC tərəfindən cavabdehlərə xx.xx.2022ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, borclulara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, onlardan yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi və məhkəməyə müraciət edilməsi barədə barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün tərəfidən 97,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
17. İddiaçı ilə cavabdehlər arasında kredit müqavilələrindən və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. 1) “Dəmirbank" ASC ilə Cavabdeh1 arasında 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 28% faiz hesablanmaqla 36 ay müddətinə, aylıq ödəniş 314,41 dollar olmaqla, 7600 dollar məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə bank ilə zamin Cavabdeh2 arasında 13 yanvar 2015-ci il tarixli, 120009244/ZM saylı Zaminlik müqaviləsi bağlanmışdır. 2) “Dəmirbank" ASC ilə Cavabdeh1 arasında bağlanan 13 yanvar 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 01/15-ƏS saylı əlavə saziş ilə kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 7383,08 dollar hesablanmaqla, kreditin müddəti xx.xx.2019cu il tarixədək uzadılmışdır. Aylıq ödəniş məbləği kredit hesabı üzrə qrafikə əsasən 249,1 dollar müəyyən edilmişdir. Eyni dəyişiklik xx.xx.2015-ci il tarixli, 01/15-ƏS saylı əlavə saziş ilə 13 yanvar 2015-ci il tarixli, 120009244/ZM saylı zaminlik müqaviləsinə də edilmişdir. 3) daha sonra kredit müqaviləsinə 20 fevral 2017-ci il tarixli 2№-li əlavə saziş ilə borcalanın kreditor qarşısında kredit öhdəliyinin əsas borc qalığı (bundan sonra restrukturizasiya edilmiş kredit) konvertasiya edilməklə (1 USD=1,45 AZN) 7262,54 AZN təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Eyni dəyişiklik 20 fevral 2017-ci il tarixli 2№-li əlavə saziş ilə Zaminlik müqaviləsinə də edilmişdir. 4) borc məbləği barədə maliyyə arayışı xx.xx.2022-ci il tarixinə aiddir, 5) kredit müqaviləsi problemli kreditlərə dair Fərmanın təsir dairəsinə düşmüşdür və kredit müqaviləsi üzrə yekun kompensasiya məbləği 3994,65 manat müəyyən edilmişdir, lakin müqavilə üzrə borc vaxtı keçmiş borclar kateqoriyasına düşməmişdir 6) iddiaçı həm qalıq əsas borcu, həm faiz borcunu, həm cərimə borcunu, həm də əldən çıxmış fayda üçün faiz borcunu tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
18. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
20. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmişdir. Borcalanın müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməlidir.
26. Lakin məhkəmə tələb olunan borc məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, Azərbaycan Mərkəzi Bankının kompensasiya məbləğinin sorğulanması barədə məlumatından görünür ki, dollarla olan kredit müqaviləsi fərmanın kompensasiya hissəsinə düşmüş və cavabdehə xx.xx.2015-ci il tarixinə 7444,45 manat dollar borca 1861,11 manat kompensasiya, xx.xx.2015-ci il tarixinə 6641,**********9 dollar borca 3984,79 manat kompensasiya hesablanmaqla, 1851,25 manat güzəşt edilmiş və cavabehə cəmi çatacaq kompensasiya 3994,65 manat hesablanmışdır. Lakin cavabdeh tərəfindən banka əsas borc məbləğinə münasibətdə hər hansı ödəniş edilməmişdir.
27. Bu baxımdan məhkəmə iddianı yalnız əsas borcun tutulması hissəsində əsaslı hesab edir.
28. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etsinlər.
29. Bununla bağlı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasinın 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydalarının 5.2.2-ci maddəsinə əsasən kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir.
30. Həmin qaydaların 5.2.3-cü bəndinə əsasən əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir:
1. kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə;
2. kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda – kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla.
31. Eyni zamanda qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
32. İşin halları ilə müəyyən edildiyi kimi kredit müqaviləsi qeyd edilən fərmanın kompensasiyası ilə bağlı hissəsinin təsir dairəsinə düşsə də, vaxtı keçmiş kredit borcu hissəsinə düşməmişdir. Eyni zamanda əsas borcu 2791.08 manat olan kredit müqaviləsi üzrə 3994.65 manat kompensasiya məbləği hesablanmışdır. Hansı ki, həmin kompensasiya məbləği əsas borca nisbətdə təqribən 1.4 dəfə çox olmuşdur.
33. Odur ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasinın 27 mart 2019-cu il tarixli Qərarının 5.2.2-ci bəndinin tələbinə əsasən cərimə borcu tamamilə, faiz borcu kompensasiyanın əsas kredit borcuna nisbətində silinməli idi. Buna baxmayaraq faiz borcu 1.4 dəfə azalmalı olduğu, yəni faktiki olaraq silinməli olduğu, əsas borc isə ümumiyyətlə silinməli olduğu halda kreditor borcalandan əsas borcla yanaşı həm faiz borcunu, həm cərimə borcunu, üstəlik əldə çıxmış fayda olaraq illik 5 faizlə hesablanmış zərərini tələb etmişdir.
34. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, iddiaçının əsas borcun tutulmasından başqa irəli sürdüyü tələblər əsassızdır.
35. Bununla yanaşı qeyd edilməlidir ki, borcalanın banka olan əsas kredit borcunun məbləği iş materiallarında olan maliyyə arayışı ilə öz təsdiqini tapır və əsas borc məbləğinə münasibətdə hər hansı şübhə doğuran hal müəyyən edilmir.
36. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdeh – zamin X1 tutulması hissəsində də iddianı əsaslı hesab etmir.
37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
38. 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
39. 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir.
40. 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti - təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır.
41. Göründüyü kimi zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı (sonuncu dəfə bağlanan 20 fevral 2017-ci il tarixli 2№-li əlavə saziş ilə) 20 fevral 2020-ci il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş, iddia tələbi ilə 26 yanvar 2023-cü ildə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verilməli və zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Tətbiq edilən prosessual normalar:
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
44. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
46. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
47. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 əsas borca görə 2791,08 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
48. Məhkəmə xərcləri ilə bağlı isə məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə nisbətdə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borca görə 2791,08 (iki min yeddi yüz doxsan bir manat, səkkiz qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev