Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1571/2025 05.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29850 manat aldığı pul məbləğinin, 10.000 manat iddiaçıya dəymiş mənəvi zərərin və gecikdirilmiş məbləğə görə faizin, 1000 manat maddi zərərin, hazırkı iddia ilə bağlı vəkilə ödənilmiş 350 manat məbləğində pulun və iddia üçün ödənilmiş 214 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh bir-birlərini uzun müddətdir ki, tanıyırlar, aralarında normal münasibət olmuşdur. Cavabdeh aralarında olan etibardan istifadə edərək, 2021-ci ilin sonları 2022-ci ilin əvvəllərində İddiaçı iş qurub pul qazanmaq adı ilə 30.000 manat pul almışdır. Aralarında olan razılığa əsasən Cavabdeh həmin məbləğə ev tikib satmalı və həmin satışdan əldə olunmuş gəlirdən həm 30.000 manat, həm də üzərində azı 5.000 manat gəliri İddiaçı verməli idi. Aralarında səmimi münasibət olduğu üçün iddiaçı cavabdehə inanib pulu versə də, cavabdeh iddiaçıya verdiyi vədə əməl etməmiş, söz verdiyi vaxtda hətta iddia verilən gün kimi nə aldığı pulu, nə də həmin pula görə əldə etməli olduğu gəliri qaytarmamışdır. Cavabdeh hazırda borc və borcun məbləği ilə bağlı heç bir etiraz etməsə də, lakin maddi durumuna görə borcu qaytara bilmədiyi demişdir. Cavabdehin həmin pul məbləğini almasını və həmin pulun məbəğini təsdiq edən ilə kifayət qədər etirafları, səs qeydləri və smsləri mövcuddur. Eyni zamanda cavabdeh bu qədər məbləğdə pulu alıb vaxtında qaytarmadığına görə iddiaçı həm mənəvi olaraq, həm də maddi olaraq zərər çəkmişdir. Belə ki, iddiaçı həmin pulu digər şəxslərdən borca və bankdan özününü və digər şəxslərin adına kredit götürüb verdiyi üçün uzun zamanda əlavə faiz və cərimə ödəməyə məcbur qalmışdır. Eyni zamanda o qədər məbləğ ilə bu qədər müddətdə kifayət qədər qazanc əldə edə bilərdi. Cavabdehin bu əməlinə görə iddiaçı həm zərərə düşmüş, həm də qazana biləcəyi gəlirlərindən olmuş, yaxınları ilə əlavə problemlərə düşmüşdür. İddiaçı buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İzahatı alınmış Cavabdeh qeyd etmişdir ki, təxminən 2018-ci ildə ortaq dostlarının vasitəsi ilə İddiaçı ilə tanış olmuşdur. 2021-ci ildə söhbət əsnasında Cəfər ona birgə iş görməyi təklif etmişdir. O da ona turizm şirkəti açmağı bildirmişdir. Bu işin təxminən 10000 manat civarında başa gələcəyini bildirmişdir. Onlar razılaşmışdır ki, nə qazancaqdısa yarı-yarıya bölünəcəkdir. O, Cəfərdən ilk dəfə təxminən hissə-hissə 10000 manat almışdır. Hissə-hissə təxminən 28200 manat pul alıb işə başlamışdır. Daha sonra onlar həmin şirkəti açmış və 2 il fəaliyyət göstərmişlər. Həmin şirkətin direktoru özü idi. Cəfər isə həmin ofisə gəlib-gedirdi. Hər ay 950 manat icarə haqqı, 450 manat, 550 manat, mühasib 350, 250 manat vergi və 50 manat DSNF. Ümumilikdə 2550 manat hər ay xərclənirdi. İki ildən sonra işləyə bilmədiklərindən şirkəti bağlamışlar. Hal-hazırda Cəfərə 28100 manat borcu qalmışdır. Əslində o, ziyana düşdüyü kimi Cəfər də bu işdə ziyana düşüb. Buna görə də əslində ona borcunun az hesablanmalı olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, vətəndaş İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 150 manat məbləğində vəsait köçürülmüşdür. xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı olan 29850 manat pulun və 10000 manat əlavə vurulmuş maddi ziyanın qaytarılmayacağı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı 350 manat məbləğində vəkil xidmət haqqı ödəmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 214 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh birlikdə iş qurmaq qərarına gəlmişlər. Bu səbəbdən də cavabdeh iddiaçıdan müəyyən məbləğdə pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytaracağı barədə öz üzərinə öhdəlik götürmüş, lakin cavabdeh tərəfindən açılan şirkət ziyana düşdüyündən, o, pul vəsaitini iddiaçıya qaytarmamışdır. Bu hal cavabdehin polis şöbəsində verdiyi izahatlarla da öz təsdiqini tapır. Belə ki, cavabdeh verdiyi izahatlarda hal-hazırda iddiaçıya 28100 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbin 29850 manat pul vəsaitinin, 10000 manat dəymiş mənəvi zərər və gecikdirilmiş məbləğə görə faizin, 1000 manat maddi zərərin olmasını iddia etsə də, iddia tələbinin yalnız 28100 manat məbləğinin olması sübuta yetirilmişdir, qalan məbləğlər sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28100 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq və Cavabdeh maddi vəziyyətini nəzərə aıaraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 150 manatı, həmçinin, vəkilə ödənilmiş xidmət haqqının 200 manatı (AR MPM 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 28100 (iyirmi səkkiz min yüz) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 150 (yüz əlli) manatı və vəkilə ödənilmiş xidmət haqqının 200 (iki yüz) manatı alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-1571/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1571/2025
05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver