Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1585/2025 19.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı “X3 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı “X3 Kredit Təşkilatı” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 4328/2023 saylı Kredit müqaviləsi üzrə 9982.25 manat əsas, 1343.70 manat faiz borcu, 2365 manat dəbbə borcu olmaqla, ümumilikdə 13690.95 manat kredit borcunun tutularaq "xxxx" MMC-yə ödənilməsi, tələbin Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş **-CD-*** dövlət qeydiyyat nişanlı “KİA CERATO” MİNİK markalı (Tip: Sedan, Buraxılış ili: 2011-ci il; Ban: KNAFU411BB5933779; Rəngi: Boz metallik) nəqliyyat vasitəsinə yönəldilməsi, göstərilən nəqliyyat vasitəsinin açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 13690.9 manat məbləğində kredit borcunun, vəkilin göstərdiyi hüquqi yardıma görə 680 manat xidmət haqqı və 134 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 4328/2023 saylı Kredit müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 4328/2023 saylı Kredit müqaviləsinə əsasən, Cavabdeh illik 32% faiz hesablanmaq şərti ilə, 36 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 4328/2023 saylı Kredit müqaviləsinin təminatı kimi xx.xx.2023-cü il tarixində 4328/2023G saylı Sonrakı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh mülkiyyətində olan **-CD-*** dövlət qeydiyyat nişanlı “KİA CERATO” MİNİK markalı (Tip: Sedan, Buraxılış ili: 2011-ci il; Ban: KNAFU411BB5933779; Rəngi: Boz metallik) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. (İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA150765 saylı xx.xx.2023-cü il tarixli çıxarış). Lakin Cavabdehtərəfindən xx.xx.2023-cü il tarixli 4328/2023 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, xx.xx.2024-cü il tarixli arayışa əsasən Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli 4328/2023 saylı Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan 9982.25 manat əsas borc, 1343.70 manat faiz borcu, 2365 manat dəbbə borcu olmaqla, ümumilikdə 13690.95 manat kredit borcu təşkil edir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iş materiallarında olan sonrakı ipoteka müqaviləsi də, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin təminatı qismində imzalanmışdır.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə ipoteka predmetinə tutma yönəldiməsinə dair bildiriş 10 dekabr 2024-cü il tarixində, aidiyyəti dövlət orqanına isə xx.xx.2024-cü il tarixində göndərilmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ödənişi vaxtı-vaxtında etsədə, işi ilə bağlı 2 ay gecikməsi olmuşdur. Daha sonra isə işdən çıxmış və avtomobillə qəza törətmişdir. Ona görə də, kredit ödənişlərini ödəyə bilməmişdir. Əlavə olaraq bildirir ki, qazidir. Yenidən qrafik açıldığı təqdirdə kredit borcunu ödəyə bilər. Avtomobilin hazırda dəyəri təxminən 12000 manatdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
7. “X3 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2023cü il tarixli, 4328/2023 saylı kredit müqaviləsindən görünür ki, kreditor Cavabdeh illik 32% faiz hesablanmaqla 36 ay müddətinə 11000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
8. “X3 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2023cü il tarixli, 4328/2023G saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla ipoteka qoyan arasında bağlanmış 09 avqust 2023-cü il tarixli, 4328/2023 saylı kredit müqaviləsinə əsasən 11000 manat məbləğində 36 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər Kia Cerato minik markalı nəqliyyat vasitəsinin (Tip: Sedan, Buraxılış ili: 2011-ci il; Ban: KNAFU411BB5933779; Rəngi: Boz metallik) ipotekaya qoyulması barədə razılığa gəlmişlər. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka qoyulmuş əmlak 16500 manat məbləğində qiymətləndirilmişdir.
9. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **- CD-*** dövlət qeydiyyat nişanlı “KİA CERATO” minik markalı (Tip: Sedan, Buraxılış ili: 2011-ci il; Ban: KNAFU411BB5933779; Rəngi: Boz metallik) nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir.
10. “X3 Kredit Təşkilatı” MMC tərəfindən təqdim edilən 10 dekabr 2024-cü il tarixli, 4550 saylı maliyyə arayışına əsasən Cavabdeh 09 avqust 2023-cü il tarixli, 4328/2023G saylı kredit müqaviləsi üzrə 10 dekabr 2024-cü il tarixinə 9982,25 manat əsas, 1343,70 manat faiz, 2365 cərimə borcu olmaqla, cəmi 13690,95 manat borc yaranmışdır.
11. “X3 Kredit Təşkilatı” MMC-nin Cavabdeh ünvanladığı 10 may 2024-cü il tarixli bildirişdən görünür ki, borcluya kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, öhdəliklərin yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görüləcəyi, ipoteka predmetinə tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. “X3 Kredit Təşkilatı” MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə ünvanlana xx.xx.2024-cü il tarixli, 4572 saylı ərizədən görünür ki, MMC 09 avqust 2023-cü il tarixli, 4328/2023 saylı kredit müqaviləsinin təminatı kimi bağlanan 09 avqust 2023-cü il tarixli, 4328/2023G saylı ipoteka müqaviləsi üzrə ipoteka predmetinə tutma yönəldiməsinə dair xx.xx.2024-cü il tarixli bildirişin qeydə alınmasını xahiş etmişdir.
13. MVC1dAr3 saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “X3 Kredit Təşkilatı” MMC tərəfindən “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosuna N0661 saylı (Cavabdeh, EQMT2412, 10638534 saylı, xx.xx.2024 HF078/24 saylı) hüquqi xidmət müqaviləsi üzrə 680 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
14. “X3 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanan 09 avqust 2023cü il tarixli, 4328/2023 saylı kredit müqaviləsi ilə bank borcalana illik 32% faiz hesablanmaqla 36 ay müddətinə 11000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı kimi 09 avqust 2023-cü il tarixli, 4328/2023G saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh məxsus “KİA CERATO” minik markalı (Tip: Sedan, Buraxılış ili: 2011-ci il; Ban: KNAFU411BB5933779; Rəngi: Boz metallik) nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri isə tərəflərin razılıqlarına 16500 manat məbləğində müəyyən edilmişdir.
15. Hazırda iddiaçı cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin pozulduğunu əsas gətirməklə, 10 dekabr 2024-cü il tarixinə hesablanan 9982,25 manat əsas, 1343,70 manat faiz, 2365 cərimə borcunun, cəmi 13690,95 manat borcun cavabdehdən tutulmasını xahiş edir.
16. Cavabdeh isə borc məbləğini mübahisələndirməyərək, ödəniş cədvəli üzrə ödəniş edə bilmədiyini, lakin yeni qrafik açılarsa ödəniş edəcəyini bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
20. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
22. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
26. Məhkəmə cavabdehdən tələb edilən cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
28. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
29. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir.
30. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 500 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində aşağıdakıları qeyd edir:
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
33. 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın;
34. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır;
35. 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər;
36. 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər;
37. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
38. 319.6-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
39. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun:
40. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir;
41. 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır;
42. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir.
43. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan **-CD-*** dövlət qeydiyyat nişanlı “KİA CERATO” minik markalı (Tip: Sedan, Buraxılış ili: 2011-ci il; Ban: KNAFU411BB5933779; Rəngi: Boz metallik) nəqliyyat vasitəsinə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti tələbin ödənilməsinə yönəldilməlidir..
44. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan “X3 Kredit Təşkilatı” MMC –nin xeyrinə ödənilməlidir.
45. Hüquqi yardım üçün vəkilə ödənilən xərcin cavabdehdən tutulması hissəsində məhkəmə hesab edir ki, işin mahiyyəti sadə olduğundan peşəkar hüquqi yardıma zərurətin olmaması, vəkilin 5-10 dəqiqə davam edən 2 prosesdə iştirak etməsi nəzərə alınarsa 320 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Tətbiq edilən prosessual normalar:
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
47. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
48. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
49. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
50. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
51. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
52. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, 09 avqust 2023-cü il tarixli, 4328/2023 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9982,25 manat, faiz borcuna görə 1343,7 manat, cərimə borcuna görə 500 manat olmaqla, ümumilikdə 11825,95 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçı “X3 Kredit Təşkilatı” MMC –nin xeyrinə ödənilməli, tutma Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş **-CD-*** dövlət qeydiyyat nişanlı “KİA CERATO” minik markalı (Tip: Sedan, Buraxılış ili: 2011-ci il; Ban: KNAFU411BB5933779; Rəngi: Boz metallik) nəqliyyat vasitəsinə yönəldilməli, nəqliyyat vasitəsi açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 11825,95 manat məbləğində borc məbləği iddiaçı “X3 Kredit Təşkilatı” MMC-yə ödənilməli, qalan məbləğ Cavabdeh qaytarılmalı, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh ümumi qaydada tutularaq iddiaçı “X3 Kredit Təşkilatı” MMC-yə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir.
53. Ödənilən dövlət rüsumunun əvəzi qismində 134 manat və vəkilin göstərdiyi hüquqi yardımın əvəzi qismində 320 manat vəsait Cavabdeh tutularaq iddiaçı “X3 Kredit Təşkilatı” MMC-yə ödənilməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 09 avqust 2023-cü il tarixli, 4328/2023 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9982,25 manat, faiz borcuna görə 1343,7 manat, cərimə borcuna görə 500 manat olmaqla, ümumilikdə 11825,95 (on bir min səkkiz yüz iyirmi beş manat, doxsan beş qəpik) manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçı “X3 Kredit Təşkilatı” MMC –nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus **-CD-*** dövlət qeydiyyat nişanlı “KİA CERATO” minik markalı (Tip: Sedan, Buraxılış ili: 2011-ci il; Ban: KNAFU411BB5933779; Rəngi: Boz metallik) nəqliyyat vasitəsinə yönəldilsin, ipoteka predmeti açıq hərrac yolu ilə satılaraq 11825,95 (on bir min səkkiz yüz iyirmi beş manat, doxsan beş qəpik) manat məbləğində kredit borcunun ödənilməsinə yönəldilsin, ipoteka predmetinin satışından əldə edilən vəsait kredit borcunun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh ümumi qaydada tutulsun, ipoteka predmetinin satışından artıq qalan vəsait Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 134 (yüz otuz dörd) manat, vəkilin göstərdiyi hüquqi yardımın əvəzi qismində 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “X3 Kredit Təşkilatı” MMC –nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev