Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1588/2024 12.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə və ona əlavə edilmi sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia tələbinin bir hissəsi Cavabdeh ilə bağlanmış müqavilənin ləğv edilməsi ilə əlaqədar olmasına baxmayaraq, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayət etməmişdir. İddiaçı özü iddia ərizəsində qeyd etmişdir ki, “ ... iddia ərizəsinə əlavə edilmiş bildiriş məktubundan da görünür ki, bu müddət 5 (beş) gün olaraq müəyyənləşdirilib. Lakin cavabdeh tərəfindən həmin müddətdə heç bir cavab alınmayıb”. Halbuki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1582/23 saylı bildirişdən göründüyü kimi, bildirişdə müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifi öz əksini tapmamış, bildiriş aşağıdakı məzmundadır: “ ... Əks təqdirdə, "xxxx" BOKT MMC-nin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi və mübahisənin məcburi qaydada həll edilməsi məqsədilə Cavabdeh qarşı - 26.205,75 (iyirmi altı min iki yüz beş manat yetmiş beş qəpik) AZN məbləğdə kredit borcunun Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi; - kredit borcu üzrə tutmanın kredit öhdəliyinin təmini üsulu kimi bağlanmış 12 oktyabr 2021-ci il tarixli, 3272 nömrəli girov müqaviləsi üzrə "xxxx" MMC-nin xeyrinə girov qoyulmuş, Cavabdeh məxsus olan 313.2 qr qızıl-zinət əşyalarına yönəldilməsi; - həmin daşınar əşyanın satılması və kredit borcunun satışdan əldə edilən vəsait hesabına ödənilməsi; - həmin girov predmetinin satışından əldə edilən pul vəsaiti kredit borcunun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında borc alan - Cavabdeh tutularaq “PSG Finans" BOKT MMC-yə ödənilməsi və bununla bağlı digər tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcək”. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 423.1-ci maddəsinə müvafiq olaraq, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçı müqavilənin ləğvi barədə tələblə məhkəməyə müraciət etməmişdən əvvəl həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş qaydaya riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6., 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-1588/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1588/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver