Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1616/2025 04.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 9329,9 manat əsas borcun, 808,33 manat faiz borcu, 95,77 manat cərimə borcu olmaqla, cəmi 10234 manat borcunun və ödənilmiş 120,7 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC və Dünyamalıyev Nihad Vahid oğlu arasında 297773 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Dünyamalıyev Nihad Vahid oğluna istehlak yönümlü 10000 (on min) manat məbləğində pul ayrılmışdır və о, 48 (qırx səkkiz) ay müddətində illik 12 % (on iki) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Dünyamalıyev Nihad Vahid oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-6943/2024 nömrəli qərardadından məlum olmuşdur ki, Dünyamalıyev Nihad Vahid oğlu xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2024-cü il tarixli, G-3369 saylı məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsələri – Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Mikayil qızıdır. Onlar mirası qəbul etmiş vərəsələrdir. Vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsələr Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Mikayil qızı rəhmətə getmiş Dünyamalıyev Nihad Vahid oğlunun banka olan borcu barədə məlumatlı olmuşlar. Lakin, üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Cavabdehlərin kredit müqaviləsinə əsasən, "xxxx" QSC-yə 9329,9 manat əsas, 808,33 manat faiz, 95,77 manat cərimə borcu olmaqla, cəmi 10234 manat borcu mövcuddur. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalanın vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Mikayil qızıkredit müqaviləsi üzrə tam ödəməyə borclu olduqları halda, müqavilə şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişlər. Dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmişlər və bu günədək bоrcu ödəməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun oğlu bankdan kredit götürmüş, müəyyən ödənişlər etmişdir. Daha sonra vəfat etmişdir. Onlar vərəsə kimi ondan heç bir əmlak qəbul etməmişlər. Həmin əmlakdan imtina etmişlər. Borcu isə hissə-hissə ödəməyə hazırdırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 məhkəməyə təqdim etdiyi ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 297773 nömrəli Kredit Müqaviləsindən görünür ki, Dünyamalıyev Nihad Vahid oğluna "xxxx" QSC-dən illik 12 faizlə, 48 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Dünyamalıyev Nihad Vahid oğlu tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 263,34 manat olmaqla xx.xx.2027-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Dünyamalıyev Nihad Vahid oğlunun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə Banka 9329,9 manat əsas borcu, 808,33 manat faiz borcu və 95,77 manat cərimə borcu yaranmışdır. AZ-İİ seriyalı 404127 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Dünyamalıyev Nihad Vahid oğlu xx.xx.2024-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 04 ayının 04 günündə 200 № ilə qeyd edilmişdir. 2V-140 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş Dünyamalıyev Nihad Vahid oğlunun vərəsələri: Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 miras əmlakdan tam hissədə 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2024-cü il tarixli BB545878 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, WDF9066331A964907, mühərrikin nömrəsi **********0908 və buraxılış ili 2007-ci il olan Mercedes Benz sprinter yük markalı, ** RD *** dövlət nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilməsinə görə 120,7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş hesabatdan görünür ki, Mercedes Benz sprinter yük markalı, ** RD *** dövlət nişanlı nəqliyyat vasitəsinin real bazar qiyməti 32000 manatdır. Həmçinin, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış məktubun surətindən görünür ki, qiymətləndirmə xidmətinin göstərilməsinin dəyəri 250 manat təşkil edir, məhkəmə aktı qəbul edilərkən həmin xərcin tərəflərdən tutulmasının təmin edilməsi xahiş olunur. Beləliklə iş materiallarında olan sübutlardan mübahisəsiz qaydada təsdiq olunur ki, Dünyamalıyev Nihad Vahid oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 isə Dünyamalıyev Nihad Vahid oğlunun qanuni vərəsəsi olduğundan ondan miras qalan WDF9066331A964907, mühərrikin nömrəsi **********0908 və buraxılış ili 2007-ci il olan Mercedes Benz sprinter yük markalı, ** RD *** dövlət nişanlı nəqliyyat vasitəsini qəbul etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Beləliklə, mirası qəbul etmiş vərəsə universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də miras payı həcmində qəbul etmiş olur. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası qəbul etmiş vərəsəyə qarşı irəli sürə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçı qarşısında ona miras qalmış pay həcmində məsuliyyət daşıdıqlarından, iddia təmin edilməli, miras payı həcmində, yəni, 9329,9 manat əsas borc, 808,33 manat faiz borcu, 95,77 manat cərimə borcu olmaqla, cəmi 10234 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 120,7 manat dövlət rüsumunun əvəzi müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, qiymətləndirmə xidmətinin göstərilməsinin dəyəri olan 250 manat müştərək qaydada cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına (Benefisiarın VÖEN-i **********; Hesab nömnrəsi AZ12PAHA40060AZNHC**********; Mübir bank "xxxx" ASC; SWİFT PAHAAZ22; bank kodu 505141; Bankın VÖENİ **********; Müxbir hesab AZ82NABZ********************) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 9329,9 manat əsas, 808,33 manat faiz, 95,77 manat cərimə borcu olmaqla, cəmi 10234 (on min iki yüz otuz dörd) manat borc və ödənilmiş 120,7 (bir yüz iyirmi manat 70 qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq, iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qiymətləndirmə xidmətinin göstərilməsinin dəyəri olan 250 manat müştərək qaydada cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına (Benefisiarın VÖEN-i **********; Hesab nömnrəsi AZ12PAHA40060AZNHC**********; Mübir bank "xxxx" ASC; SWİFT PAHAAZ22; bank kodu 505141; Bankın VÖENİ **********; Müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1616/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1616/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver