Məhkəmə qərarları › İş №e-2(001)-164/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-164/2024

11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-164/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qisminə X7 cəlb edilməklə) “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qisminə X7 cəlb edilməklə) “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən ona vurduqları maddi ziyan 5000 (beş min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat olmaqla, cəmi 55.000 (əlli beş min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 iyun 2022-ci il tarixdə ümumilikdə 2900 (iki min doqquz yüz) manat ödəniş edərək, Cavabdeh MMC-də həkim plastik cərrahı Elnur Məhrəli tərəfindən üzərində “abdominoplastika” cərrahiyyə əməliyyatı olunmuş, əməliyyatdan sonra 4 gün həmin klinikada qalaraq müalicə almış, sonradan həkimin göstərişinə əsasən ev şəraitində müalicəni davam etdirmək üçün təxliyə olunmuşdur. Lakin o, bunun müsbət mənada heç bir təsirinin olmadığını, əməliyyat olunduğu nahiyələrdə yaraların sağalmadığını görmüşdür. Bununla başqa həkimə müraciət etdikdə həmin yaranın leykozlaşdığını, təcili olaraq təkrar əməliyyat olunmasını bildirmişdir. Bu barədə Elnur həkimə bildirərək, iddiaçıya dəymiş maddi ziyanın ödənilməsini tələb etsə də,sonuncu üzərində cərrahi əməliyyatları uğurlu icra etdiyini bildirərək, bundan imtina etmiş və İddiaçı təhqir etmişdir. Bundan sonra İddiaçı Bakı şəhəri Yasamal rayon Prokurorluğuna müraciət etmiş və prokurorluğun 13 dekabr 2022-ci il tarixli 346-C-22 saylı qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı şikayət ərizəsi əsasında rayon prokurorluğu tərəfindən araşdırma müddətində iş üzrə ekspertiza təyin edilmişdir. Araşdırmanın gedişində təyin edilmiş komisyon məhkəmətibb ekspertizasının 500/KEŞ saylı rəyində göstərilmişdir ki, Cavabdeh tərəfindən Gülnurə Sultanovunun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən,o, xx.xx.2022-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qarın sallanması” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda göbəkaltı nahiyədə nekroz olunmuş, sağalmayan açıq yaranın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar yara nahiyəsində kosmetik nəticələri yaxşılaşdırmaq və yaranın sağalması üçün xəstənin təkrar cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Qeyd olunanlara nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş cərahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir.Bu da sonradan xəstədə qeyd olunan nekroz olunmuş, sağalmayan açıq yaranın yaranmasına gətirib çıxarmışdır”. Araşdırma zərurəti ilə əlaqədar olaraq, Cavabdeh MMC-də həkim plastik cərrah Elnur Mehrəli tərəfindən onun üzərində icra edilmiş “abdominoplastika” cərrahiyyə əməliyyatının hansı taktiki və texniki pozuntulara yol verilməklə düzgün yerinə yetirilib-yetirilməməsini, həmçinin bunun nəticəsində xəstənin göbəkaltı nahiyəsində yaranan nekroz olunmuş, sağalmayan açıq yaranın dərəcəsi və iş üzrə əhəmiyyət kəsb edə biləcək digər xüsusatların müəyyən edilməsindən ötrü təyin edilmiş əlavə komisyon məhkəmə-tibbi ekspertizasının 649/KEŞ saylı rəyində qeyd olunur ki, Cavabdeh da Gülnurə Sultanovunun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən,o, xx.xx.2022-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Qarın sallanması” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində “abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izinin olduğu müəyyən edilmədi. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda göbəkaltı nahiyədə nekroz olunmuş, sağalmayan açıq yaranın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar yara nahiyəsində kosmetik nəticələri yaxşılaşdırmaq və yaranın sağalması üçün xəstənin təkrar cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Qeyd olunanlara nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş cərahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan xəstədə qeyd olunan nekroz olunmuş, sağalmayan açıq yaranın yaranmasına gətirib çıxarmışdır. Bu da səhiyyə səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrinin müvafiq bəndinə əsasən pozulması kimi qiymətləndirilir.” Göründüyü kimi Cavabdeh MMC və həmin MMC-nin həkimi ona maddi və mənəvi zərər vurulmuşdur. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı yaranan problemə görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, eyni zamanda iddiaçının nümayəndəsi(vəkili) Vəkil2 elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində yaranan problemlərlə əlaqədar (kəskin resperator xəstəlik və s.) xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, qeyd olunanları nəzərə alaraq üzürlü sayılmasını və məhkəmə baxışını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin onlar üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmələrinə dair sübutları məhkəməyə təqdim etməmişlər. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiklərini, üzərində icra edilmiş cərahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyini və bu faktları məhkəmə araşdırması zamanı keçirilmiş ekspertizalar zamanı öz təsdiqini tapdığını bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmənin elektron poçtu vasitəsilə məhkəməyə müraciət edərək, xarici ölkədə Səhiyyə Nazirliyinin də göndərişi ilə keçirilən tibbi sərgidə iştirakı ilə əlaqədar, Binəqədi Rayon Məhkəməsində 11 yanvar 2024-cü il tarixdə saat 12:30-da keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 01 iyun 2022-ci il tarixli tibbi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC tibbi yardıma ehtiyacı olan xəstə İddiaçı tibbi xidmət göstərməyi, İddiaçı isə göstərilən xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.1.2-ci bəndinə əsasən, xəstəyə qarın sallanması diaqnozu qoyulmuş və xəstə üzərində ümumi anesteziya altından “Abdominoplastika” plastik cərrahi əməliyyatı icra ediləcək . Həmin Müqavilənin 5-ci bəndinə əsasən, İddiaçı bəyan edir ki, CavabdehMMC həkimləri keçirəcəkləri əməliyyatın həyatı riskləri, təhlükələri, meydana gələ biləcək fəsadları, eyni zamanda tibbi xidmətdən sonra müalicə həkiminin müəyyən səbəblərdən əməliyyatdan sonrakı mərhələdə xəstəni təqib edə bilməyəcəyi hallarda müayinə, müdaxilə və təqibin digər Yasamal Hospital həkimləri tərəfindən aparılacağı barədə ona məlumat verildi. O, azad iradəsi ilə bu əməliyyatın keçirilməsini tələb edir və əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini öz üzərinə götürür. Əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, həkim səhvi istisna olmaqla xəstəxanaya ödənilən (ƏDV daxil) 2900 manat məbləğin ona geri ödənilməyəcəyini qəbul edir. Müqavilədə nəzərdə tutulmamış xidmətlərin (fəsad, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyəti cərrahi müdaxilə halları) qarşılığı olaraq, “Qiymət Cədvəli” əsasında fakturada müəyyənləşdiriləcək məbləği xəstəxanaya ödəmək öhdəliyini öz üzərinə götürür. Cavabdeh MMC tərəfindən tərtib edilmiş Xəstəlik tarixindən çıxarış Epikrizin lazimi qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı xəstəxanaya daxil olma tarixi xx.xx.2022-ci il, çıxma tarixi xx.xx.2022-ci ildir. Daxil olarkən diaqnoz “Qarın sallanması. E 65.0, Son klinik diaqnoz: Qarın sallanması. E. 65.0. Şikayətlər: Qarında dəri və dərialtı qatın sallanması, striyalar, qarında piy önlüyünün yaranması, budun iç və çöl hissəsinin lokal piylənməsi. Aparılan müayinədən sonra xəstəyə “Qarın sallanması” diaqnozu qoyulmuşdur. Anamnez: Dediyinə görə bu problemlərlə bir neçə ildir qarşılaşıb. Müalicə olunmayıb. Bir neçə müddətdir davam edən piylənmə və öz estetik görünüşündən razı qalmaması səbəbilə Cavabdeh klinikasına, estetik-plastik cərraha müraciət etmişdir. Cərrahi əməliyyat: Ümumi anesteziya altında Abdomioplastika. Cərrahi əməliyyatdan sonrakı dövr: Əməliyyatdan sonrakı dövr sakit keçmişdir. Xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Dəri və görünən selikli qişanın rəngi normaldır. A/T mm.c.st. PS- ritmikdir,dolğundur. Tənəffüsü vezikulyardır THS-16. Hərarəti 36.6 dərəcə. Fizioloji aktlar normaldır. Yara təmizdir, qurudur. Aparılan müalicələrantibiotikoterapiya, ağrıkəsicilər, venadaxili infuaziyalar. Ağırlaşmalar: Yoxdur. Məsləhətlər: Yaşayış sahə poliklinikasına cərrahın nəzarətinə göndərilir. Korset geyinməlidir. Fiziki işlərdən 3 aylı müddətə uzaq olmaq. Cavabdeh MMC tərəfindən tərtib edilmiş Xəstəyə qəbul şöbəsində baxışdan görünür ki, xəstə İddiaçı xx.xx.2022-ci il tarixində qarında dəri və dərialtı qatın sallanması, striyalar, qarında piy önlüyünün yaranması, budun iç və bayır səthində lokal piylənmə şikayəti ilə klinikaya müraciət etmişdir. Aparılan klinik, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Qarın sallanması” diaqnozu qoyulmuşdur. Xəstədə endotraxeal anesteziya altında “Abdominoplastika” əməliyyatının icra edilməsi planlaşdırılır. Əməliyyata əks göstəriş yoxdur. Xəstəyə anestezioloq tərəfindən baxılmışdır. Xəstənin özü və ailə üzvləri əməliyyatın aparılmasına razıdırlar. Cavabdeh MMC tərəfindən tərtib edilmiş Cərrahi əməliyyatın gedişindən görünür ki, endotraxeal anesteziya altında əməliyyat sahəsi antiseptiklərlə işləndi. Piy toxuması artıq və asimetrik olan qarın, hər iki flanq nahiyələrə xüsusi tərkibli maye infuziya edildi. Sonra liposaction aparıldı. Hər iki medial və lateral femoral hissələrə, flanq bölgəsinə liposaksiya aparıldı, ümumilikdə cc lipoaspirat çıxarıldı. Lateral Haytenşn üsulu ilə abdominoplastika edildi. Qarın ön divarı əməliyyat önü işarələnməyəuyğun kəsildi. Fleb fassiya üzərindən qaldırıldı. Göbək lokalizasiyası aparıldı. Fleb ortada ksifioidə yanlarda kostal arxaya qədər qaldırıldı. Hemostoz bərpa edildi. Artıq toxuma çıxarıldı. Hemostaz. İki ədəd hemovak dren qoyuldu. Yan nahiyyələrə 1000 CC maye vuruldu, yan nahiyyələrdən 1000 CC piy çəkildi. Dərialtına və dəri tikişlərlə bərpa edildi. Sarğı və koset ilə əməliyyata son verildi. Ağırlaşma olmadı. Bakı şəhəri Yasamal rayon prokurorluğunun müstəntiqi X4 tərəfindən 346-c-22 nömrəli material üzrə qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış 346-c-22 nömrəli material üzrə X5 əməlində cinayət tərkibi olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmişdir. 346-c-22 nömrəli materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 649/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyində göstərilmişdir ki, Cavabdehda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra onun “Qarın sallanması” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində diaqnoza uyğun olaraq “Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və xəsarət izinin olduğu müəyyən edilmədi. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda göbəkaltı nahiyədə daha öncə nekroz olunmuş sağalmayan açıq yaranın olduğu müəyyən edilmişdir. Bununla əlaqədar yara nahiyəsində kosmetik nəticələri yaxşılaşdırmaq və yaranın sağalması üçün xəstənin təkrar cərahiyyə əməliyyatına ehtiyacı vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da sonradan xəstədə qeyd olunan nekroz olunmuş sağalmayan açıq yaranın yaranmasına gətirib çıxarmışdır. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrinin müvafiq bəndinin pozulması kimi qiymətləndirilir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə məhkəmə-tibbi ekspertizasınn təyin edilməsinə dair 03 may 2023-cü il tаrixli e-2(001)-2035/2023 nömrəli qərardadına müvafiq olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 318/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyində göstərilmişdir ki, 1977-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün ilkin və təkrari məhkəmə tibbi müayinəsinə əsaslanaraq,qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası nəticəyə gəlmişdir ki, Cavabdehda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra onun “Qarın sallanması” diaqnozu təyin edilmişdir. Həmin tarixdə xəstənin üzərində diaqnoza uyğun olaraq “Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı “Abdominoplastika” cərrahiyyə əməliyyatından sonra əməliyyat yarasının ikincili sağladığı müəyyən edilmişdir ki, bu da müxtəlif səbəblərdən, yəni yaraya düzgün qulluq edilməməsi,infeksiyanın düşməsi, əməliyyatın texniki icrasından və s.yarana bilər. Bunu nəzərə alaraq, əməliyyat yarasının ikincili sağalmasında hansı amilin həlledici olması barədə fikir söylənilməsi mümkün deyil. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı əməliyyat yarası tam sağalmış, hal-hazırda isə onun qarnının ön divarında piy yastığı qeyd olunur, bununla əlaqədar xəstənin öz istəyindən asılı olaraq estetik korreksiya oluna bilər. Qeyd olunan piy yastığının onun sağlamlıq vəziyyətinə hər hansı bir mənfi təsiri yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasınn təyin edilməsinə dair 04 sentyabr 2023-cü il tаrixli e-2(001)-2035/2023 nömrəli qərardadına müvafiq olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 696/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyində göstərilmişdir ki, 1977-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə tibbi müayinəsinə əsaslanaraq,qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası nəticəyə gəlmişdir ki, İddiaçı üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatı taktiki cəhətdən düzgün yerinə yetirilmiş və səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı əməliyyat yarası tam sağalmış, hal-hazırda isə onun qarnının ön divarında piy yastığı qeyd olunur, bununla əlaqədar xəstənin öz istəyindən asılı olaraq estetik korreksiya oluna bilər. İddiaçı mütəxəssis müayinəsi zamanı onun üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatından sonra ağ xətt diastazı yaranmışdır ki, bununla əlaqədar onun cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Ağ xətt diastazının onun üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsinin olması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır Hazırda iddiaçı Cavabdeh MMC-də həkim X7 tərəfindən əməliyyat olunduğu nahiyələrdə yaralarının sağalmaması ilə əlaqədar Cavabdeh MMC-dən maddi ziyan 5000 (beş min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat olmaqla, cəmi 55.000 (əlli beş min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi xahiş etmiş olsa da məhkəmə qeyd edir ki, iddiaçı bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı keçirilmiş ilkin və təkrar məhkəmə tibbi ekspertizasının rəyi ilə İddiaçı üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatının taktiki cəhətdən düzgün yerinə yetirildiyi və səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olduğu, İddiaçı əməliyyat yarasının tam sağaldığı, hal-hazırda isə onun qarnının ön divarında piy yastığının qeyd olunduğu, bununla əlaqədar xəstənin öz istəyindən asılı olaraq estetik korreksiya oluna biləcəyi, onun üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatından sonra ağ xətt diastazı yaranmışdır ki, bununla əlaqədar onun cərrahiyyə əməliyyatına ehtiyacı olduğunu, ağ xətt diastazının onun üzərində icra edilmiş “Abdominoplastika” cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsinin olmasının istisna edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən tibbi xidmətlər düzgün həyata keçirilmiş və iddiaçının bədənində yaranmış qüsurların icra edilmiş cərrahiyyə əməliyyatı ilə əlaqədar səbəbli əlaqəsi yoxdur və cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən maddi ziyanın əvəzi olaraq 5000 manat, mənəvi ziyanın əvəzi olaraq 50.000 manat məbləğində pulun tutulmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı X1 rayonundan məcburi köçkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qisminə X7 cəlb edilməklə) “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar