Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1643/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə baxış iclası xx xxxxx 2021-ci il tarixə saat 09:45-ə təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasında gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Halbuki, xx.xx.2021-ci il tarixdə məhkəmə tərəfindən iddiaçıya aşağıdakı məzmunda sorğu göndərilmişdir: “ ... xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizəniz daxil olmuş və ərizədə siz işə sizin iştirakınız olmadan baxılaraq iş üzrə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdiniz. Bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələbləri nəzərə alınaraq, Sizə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etməniz təklif olunur. Belə ki, iş materiallarında olan sənədlər qanunvericiliyin göstərilən tələbinə cavab vermir. Bundan əlavə bildirilir ki, xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmiş və o, məhkəməyə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin bildirişini təqdim edərək, hazırkı iddia tələbinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində də baxılmasını qeyd etmişdir. Qeyd olunanlara əsasən iddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılıbbaxılmamasına dair sənədlərin, eyni zamanda hazırkı iddia tələbinin predmeti olan kredit müqaviləsi üzrə hesabdan çıxarışın məhkəməyə təqdim edilməsi xahiş edilir". xx.xx.2020-ci il tarixdə məhkəməyə iddiaçı «X3 Azərbaycan» QSC-nin ərizəsi daxil olmuş və ərizədə qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur”. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə, ərizə bu Məcəllənin 149cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1- 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadığı üçün iddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-1643/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1643/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver