Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-165/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə AK-1/21219 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00001 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat; - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat olmaqla, cəmi 777.60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olması müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin avqust-dekabr ayları üzrə 216 manat sərfiyyat borcu və limitdən əlavə 6.30 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 583.20 manat sərfiyyat borcu və limitdən əlavə 62.30 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1078.52 manat sərfiyyat borcu və limitdən əlavə 12.73 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 2482.24 manat sərfiyyat borcu və limitdən əlavə 154.76 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 11.76 manat sərfiyyat borcu, cəmi 4607.81 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin avqust ayından 2023-cü ilin dekabr ayına qədər cavabdeh 1415 manat məbləğində ödəniş etmişdir. Yuxarıda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3192.81 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 3970.41 manat təşkil etməkdədir. Həmçinin cavabdehin 2020-ci ilin iyun ayınadək 1258.40 manat vəsaitin tutulması barədə xx.xx.2021-ci il tarixli, 2(103)-7690/2021 saylı Birliyin xeyrinə qətnamələr çıxarılmışdır. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6, 21.1, 386, 442, 443.1, 448.2, 1096.1 və 1097.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 777.60 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3192.81 manat və 59.71 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 4030.12 manat pul vəsaitinin cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, nümayəndə cavabdehin hazırki günə borcunun tələb olunan məbləğdən də kifayət qədər yüksək olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək, onun 2000 manatdan yuxarı borc və cəriməsinin olmadığını, cərimələrin əvvəlki məhkəmə qərarları ilə öz həllini tapdığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli, AK-1/21219 nömrəli müqavilənin surətindən məlum olur ki, Cavabdeh istifadəsində olan fərdi yaşayış evinə Smart G-4 markalı Qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00001) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1944 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00001) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1944 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00001) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1944 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, Cavabdeh mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə kəndi, Hacı Həsən ünvanında yerləşən fərdi yaşayış evinə aid sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə (abonent kodu **********00001) itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 1944 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-469/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, təbii qazdan qeyriqanuni istifadəyə görə Cavabdeh 739.20 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7690/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-469/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-469/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qanunsuz qoşulma nəticəsində itirilmiş təbii qazın dəyərinin hesablanması hissəsində dəyişdirilmiş, təbii qazdan qeyri-qanuni istifadəyə görə Cavabdeh 1258.40 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçınə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, İddiaçı İB Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ondan, yəni Cavabdeh qeyri-qanuni tərtib edilmiş aktlar əsasında vurulmuş 777.60 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3192.81 manat, 59.71 manat ödənilmiş rüsumun əvəzi olmaqla, ümumilikdə 4030.12 manat pulun tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarından görünür ki, iddiaçının irəli sürdüyü hallar qərəzli və əsassız olduğundan rədd edilərək qəbul edilməməlidir. Belə ki, hazırkı işdən əvvəl İddiaçı İB Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin, yəni onun sayğacdan kənar qaz xətti üzərində diametri 15 mm olan borucuq vasitəsi ilə qazdan qeyri-qanuni istifadə etməsi barədə 13.12.17-ci il tarixdən xx.xx.2020-ci il tarixədək onun iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş əsassız 15 akt təqdim edərək ondan 10924.70 manat pul tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qanunsuz qoşulmanın həyata keçirilib-keçirilməməsi barədə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 aprel 2021-ci il tarixli 10/3987 nömrəli ekspert rəyi tərtib edilmiş və həmin rəydə qeyd edilmişdir ki, tərəflərin iştirakı ilə mübahisə predmeti olan ünvana baxış keçirilmiş və daşıyıcı qaz xətti üzərində diametri 15 mm olan borucuq aşkar edilmişdir. Borucuğun sonluğu qaynaqla bağlanmışdır. Baxış zamanı qaz sayğacından kənar təbii qazdan istifadə edilməsi aşkar edilməmişdir. Tədqiqatın əsasında o nəticəyə gəlinmişdir ki, onun, yəni Cavabdeh tərəfindən qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər-hansı qoşulma halı aşkar edilməmişdir. Yalnız bir dəfə onun atası tərəfindən qanunsuz qoşulma edildiyi, sonradan həmin qoşulma onun özü tərəfindən ləğv edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (qətnamə 2(001)-489/2021) və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi (Qətnamə 2(103)-7690/2021) bu halları araşdıraraq ekspertiziya rəyini nəzərə alaraq iddiaçının 10924.70 manat iddiasını rədd edərək, iddiaçının birinci aktına əsasən qazdan qeyri-qanuni istifadəyə görə ondan, yəni Cavabdeh 1258.40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə qərarında göstərilmiş məbləğ onun tərəfindən iddiaçının hesabına tam ödənildikdən sonra İddiaçı İB məhkəmədən əvvəlki borcları və ona hesablanmış cərimələri silməyərək məhkəmə qərarını icra etməmişdir. O, məhkəmə qərarının icrasına əsasən borcun məhkəmə qərarında göstərilmiş 1258.40 manat məbləği tam ödənilməsi ilə əlaqədar “Azərqaz” İB tərəfindən ona qarşı qeyri-qanuni tərtib edilmiş 10924.70 manat borcun və məhkəmə dövründə, ondan sonra həmin məbləğə hesablanmış əlavələri silib borcun sıfırlanması barədə xx.xx.2023-cü il tarixli məktubla rəsmi sənədləri təqdim etməklə (poçt qəzi SS886504716AZ) İddiaçı İB-yə müraciət etmişdir. İddiaçı İB yenə də qərəzlilik, özbaşınalıq edərək artıq məhkəmə qərarının yekun olmadığını, qətnaməni şübhə altına almaqla 14-2-2/2-6619/223 saylı 21.12.23-cü il tarixli cavab məktubu ilə bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7690/21 nömrəli qətnaməsində borcun silinməsi üzrə göstəriş olmadığını bildirməklə məhkəmə qərarını icra etməkdən imtina etmişdir. Qərəzli, özbaşına, dövlətçiliyə qarşı düşmən mövqedə olan İddiaçı İB məhkəmə qərarlarını şübhə altına alaraq bilərəkdən onu icra etməmək məqsədi ilə 14-2-2/2-6619/2023 saylı 21 dekabr 2023-cü il tarixli şanlı məktubu ilə bütün qanunlarda o, cümlədən Məhkəmələr və Hakimlər Haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də göstərildiyi kimi “Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur” maddəsini də saymayaraq, bununla öz məkirli siyasətini işə salaraq Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini şübhə altına alaraq 01.10.21-ci il tarixli 2(103)-7690/2021 saylı qətnaməsində borcun silinməsi üzrə göstəriş olmadığını bildirməklə məhkəmə qərarının icrasından imtina etmişdir. Cavabdeh iddiaçıdan təkrar-təkrar qanunlar əsasında məhkəmə qərarlarını icra etməsi tələbindən sonra İddiaçı yenə özbaşınalıq, qərəzlilik, süründürməçilik edərək cavabdehi bu hərəkətlərinə görə tənbeh, cəzalandırmaq etmək məqsədi ilə əsası olmayan hallar üzrə ona qarşı hazırkı tələbi irəli sürmüşdür. Beləki, hazırkı iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli aktlar və onlara əsasən tətbiq edilmiş 777.60 manat məbləğ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 aprel 2021-ci il tarixli 10/3987 nömrəli ekspert rəyinin təsiri altına düşdüyündən, artıq həmin dövr üçün ekspertiza rəyi olduğundan və Binəqədi Rayon Məhkəməsi tərəfindən (qətnamə 2(001)-489/2021) ona lazımi qiymət veridiyindən əsasızdır və təmin edilməməlidir. İddiaçının irəli sürdüyü sayğacda olan 3192.81 manat debitor borc (sayğac vasitəsi ilə istifadə) cərimə hesab edilmədiyindən bütün respublikada vətəndaşlar üçün ümumi hal olaraq abonent tərəfindən qazdan istifadə (sərfiyyat) üçün pul ödənilərkən ödənilən məbləğin 50 faizi avtomatik olaraq sayğac borcuna silinir, qalan hissəsi obonentin gələcək sərfiyyatı üçün saxlanılır. Bu üsulla sayğac borclarının silinmə prosesi baş verir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində Cavabdeh iddiaçı tərəfindən irəli sürülmüş iddia əsassız, ambisiyalar əsasında tərtib edildiyindən, tənbeh, cəzalandırma məqsədli, qərəzli olduğundan iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abonentin saldosundan məlum olur ki, Cavabdeh 2020-ci il üçün 777.60 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abonentin saldosundan məlum olur ki, Cavabdeh tərəfindən 2020-ci ilin avqust ayından 2023-cü ilin dekabr ayına qədər 1415 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, Cavabdeh 2020-ci ilin avqust-dekabr ayları üzrə 216 manat sərfiyyat borcu və limitdən əlavə 6.30 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 583.20 manat sərfiyyat borcu və limitdən əlavə 62.30 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1078.52 manat sərfiyyat borcu və limitdən əlavə 12.73 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 2482.24 manat sərfiyyat borcu və limitdən əlavə 154.76 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-iyun ayları üzrə 641.30 manat sərfiyyat borcu və limitdən əlavə 15.70 manat sərfiyyat borcu olmaqla, cəmi 5253.05 manat sərfiyyat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli 3-16-16/2 3/475 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacın və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli 9/8529 – 10/814 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Hacı Həsən küçəsində Cavabdeh məxsus fərdi yaşayış evində istifadə edilən qaz qurğularından, yəni PQ-4 tipli qaz plitəsindən, PQ-3 tipli qaz plitəsindən, kombi cihazından və axar suqızdırıcısından istifadə edilməsi zamanı PQ-4 tipli (duxovkalı) qaz plitəsinin yaz-yay aylarında sutkalıq-olaraq qaz sərfiyyatı 4,8 m3x 30 gün = 144 m3, payız-qış aylarında sutkalıq araq qaz sərfiyyatı 7,2 m3x 30 gün = 216 m3 müəyyən edilmişdir. PQ-3 tipli (duxovkasız) qaz plitəsinin yaz-yay aylarında sutkalıq olaraq qaz sərfiyyatı 3,2 m3 x 30 = 96 m3, payız-qış aylarında sutkalıq olaraq qaz sərfiyyatı 4,8 m3x 30 gün = 144 m3 müəyyən edilmişdir. İstilik sistemi olan 24 kw-lıq kombi cihazının yaz-yay aylarında sutkalıq olaraq qaz sərfiyyatı 10,4 m3 x 30 = 312 m3, payız-qış aylarında sutkalıq olaraq qaz sərfiyyatı 46,8 m3 x 30 gün = 1404 m3 müəyyən edilmişdir. Axar suqızdırıcısının yazyay aylarında sutkalıq olaraq qaz sərfiyyatı 9 m3 x 30 = 270 m3, payız-qış aylarında sutkalıq olaraq qaz sərfiyyatı 18 m3 x 30 gün = 540 m3 müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, mühəndis-texniki ekspertizalar şöbəsinin ekspertinin gəldiyi nəticəyə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Hacı Həsən küçəsindəki fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00001) üzrə yaz-yay və payız-qış ayları üzrə 1 ay üçün istifadə edilmiş 3.126,00 m3 qaza görə ümumilikdə 781,50 (1 m3 = 0.25 qəpik) manat məbləğ hesablanır. O cümlədən: yaz - yay ayları üçün (144+96+312+270=822m3) 205,50 (205,50 m3*0,25 qəpik) manat, payız - qış ayları üçün (216+144+1404+540=2304m3) 576,00 (2304 m3*0.25 qəpik) manat. Qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli e-2(001)-1818/2024 saylı qərardadda ekspert qarşısında qoyulmuş ikinci sualda qeyd edilən məbləğin konkret hansı aylar üzrə hesablanması göstərilmədiyindən həmin məbləği hesablamaq mümkün olmamışdır. İddia tələblərinə münasibətdə məhkəmə qeyd etməyi zərəri hesab edir ki, iddia tələbləri bir neçə hissədən, yəni akt əsasında zərərin əvəzinin ödənilməsi və sayğac vasitəsilə təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun ödənilməsi tələblərindən ibarət olduğundan hər bir tələbə ayrıca hüquqi qiymət verilməsi daha məqsədəmüvafiqdir. “Sayğac vasitəsilə təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun ödənilməsi” tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (maddə 448.1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X3»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edilə bilməz. (xx.xx.2023-cü il tarixli dəyişikliyədək) Həmin bəndin yeni redaksiyasına əsasən, Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı İB ilə arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi “sayğac vasitəsilə təbii qazdan istifadə nəticəsində yaranmış debitor borcun ödənilməsi” hissəsində təmin edilməli və Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış debitor borca görə 3192.81 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı İB-yə ödənilməlidir. Digər tələbə, yəni akt əsasında zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X3»na (bundan sonra - Qaydalar) müvafiq olaraq qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir (3.1.7). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5.5, 5.6). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər (6.1.4). Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.”. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bu maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda (yəni 5000 manatdan yuxarı olmayan məbləğdə) ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, İddiaçı İB tərəfindən tərtib edilmiş “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli və xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktların surətlərində aşkar edilən oxşar nöqsanlar “sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir” kimi qeyd edilsə də, iddiaçı həmin qüsurların cavabdehin təqsiri üzündən yaranması, eyni zamanda cavabdehin yaşadığı evə dair hesablanmış dörd akta əsasən ümumilikdə 777.60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2024-cü il tarixli 3-16-16/2-3/475 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə edir ki, iddia tələbi həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Beləliklə məhkəmə hər iki tələb üzrə mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddia tələbləri qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış debitor borca görə 3192.81 (üç min bir yüz doxsan iki manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia tələbi akt əsasında zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış debitor borca görə 3192.81 (üç min bir yüz doxsan iki manat səksən bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün İddiaçı tərəfindən ödənilmiş 59.71 manat dövlət rüsumunun 79%, yəni 47.20 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 21%, yəni 12.51 manatı iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən 164 manat məbləğində ekspertiza xərclərinin 79%-i, yəni 130 manatı Cavabdeh, qalan 21%-i, yəni 34 manatı iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Agentliyindəki hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-165/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-165/2025
17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver