Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1650/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 11 mart 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 30 yanvar 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 176 manat əsas, 26.4 manat cərimə borcu, 12 aprel 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 418.7 manat əsas, 62.8 manat cərimə borcu olmaqla hər iki müqavilə üzrə ümumilikdə 683.9 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30 yanvar 2021-ci il tarixli, ********* saylı alğı – satqı müqaviləsinə əsasən aldığı “Samsung A217” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 46 manat olmaqla cəmi 544 manat, 12 aprel 2021-ci il tarixli, ********* saylı alğı – satqı müqaviləsinə əsasən aldığı “Samsung A217” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla cəmi 458.7 manat, ümumilikdə iki müqavilə üzrə 1002.7 manat ödəməyi üzərinə götürsə də, müqavilənin şərtlərini pozaraq 30 yanvar 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə sonuncu dəfə 07 oktyabr 2021-ci il tarixdə 46 manat ödəniş etmiş və 12 aprel 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə sonuncu dəfə 31 yanvar 2021-ci il tarixdə 40 manat ödəniş etmiş, hər iki müqavilə üzrə cəmi 594.7 manat qalıq borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 30 yanvar 2021-ci il tarixli, ********* saylı müqavilədən görünür ki, Cavabdeh alğısatqı qiyməti 544 manat olan « Samsung A217» markalı mobil telefonu 12 ay ərzində aylıq 46 manat ödəmək şərti ilə kreditlə almışdır. - 12 aprel 2021-ci il tarixli, ********* saylı müqavilədən görünür ki, sonuncu alğı-satqı qiyməti 458,7 manat olan «Samsung A217» markalı mobil telefonu 12 ay ərzində aylıq 39 manat ödəmək şərti ilə kreditlə almışdır. - 23 dekabr 2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 30 yanvar 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 176 manat əsas, 26.4 manat cərimə və 12 aprel 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 418.7 manat əsas, 62.8 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 30 yanvar 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 176 manat məbləğində əsas borca tənasübsüz olaraq 26.4 manat məbləğində dəbbə pulunun və 12 aprel 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 418.7 manat məbləğində əsas borca tənasübsüz olaraq 62.8 manat dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 30 yanvar 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə hesablanmış 26.4 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 13 manat, 12 aprel 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə hesablanmış 62.8 manat məbləğində dəbbə pulunun azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 30 yanvar 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə əsas borc üzrə 176 manat, cərimə borcu üzrə 13 manat olmaqla, 12 aprel 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə əsas borc üzrə 418.7 manat, cərimə borcu üzrə 30 manat olmaqla ümumilikdə 637.7 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Buna görə də hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 30 yanvar 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 176 manat əsas, 13 manat cərimə borcu, 12 aprel 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 418.7 manat əsas, 25 manat cərimə borcu olmaqla ümumilikdə 637.7 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1650/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1650/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver