Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1677/2022 17.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə mülki işə 17 mart 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 39 manat 30 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 169 manat 70 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 və TR 066 saylı teleradio yayımı üçün lisenziya alınmışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin, bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında 29 mart 2015-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə olunmuş 154 saylı MKİS tərəfindən verilmiş 335 nömrəli, 10 sentyabr 2018-ci il tarixli arayışdan görünür ki, cavabdeh qanunsuz qoşulmanın həyata keçirildiyi Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, mənzil 19-dan 16 may 2016-cı il tarixdə qeydiyyatdan çıxmışdır. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş alğı-satqı müqaviləsindən görnüür ki, qanunsuz qoşulmanın həyata keçirildiyi mənzil qoşulma icra edilən zaman cavabdehin mülkiyyətində olmuşdur. Cavabdeh əvvəllər iddiaçının abunəçisi olmuş və onunla iddiaçı arasında 01 dekabr 2009cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilə ilə mənzil KATV1-in şəbəkəsinə qoşulmuşdur. Cavabdeh tərəfindən son abunə haqqı 01 dekabr 2014-cü il tarixdə ödənilmiş və 19 fevral 2015-ci il tarixdə bağlanmış müqavilə münasibətlərinə son qoyaraq, həmin yaşayış sahəsi 23,7 manat borcla kabel şəbəkəsindən ayrılmışdır. Bundan sonra 09 iyun 2015-ci il tarixdə "xxxx" hüquq firması, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan binada yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, cavabdehə məxsus yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 3638N saylı akt tərtib edilmişdir. Akt tərtib edildikdən sonra mənzilin qapısını açan olmadığından akt qapıya qoyulmuşdur. Həmin aktdan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulma həyata keçirmiş və həmin qoşulma nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Həmin ünvanın kabel şəbəkəsindən ayrıldığı 19 fevral 2015-ci ildən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 09 iyun 2015-ci il tarixədək olan müddət 131 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 39,3 manat təşkil edir. Bundan başqa, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən, qanunsuz qoşulmalarla bağlı olaraq hər bir iş üzrə hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı MMC-yə 100 manat pul ödəyir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə qeydiyyat ünvanı üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Mülki iş materiallarında olan: - "xxxx" hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 09.06.2015-ci il tarixli, 3638 N saylı aktdan görünür ki, ünvan 1 ünvanında “KATV1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulma müəyyən olunmuşdur. - 154 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 10 sentyabr 2018ci il tarixli arayışdan görünür ki, Cavabdeh 16 may 2016-cı il tarixədək Həsənoğlu 14A, mənzil 19 ünvanında qeydiyyatda olmuş, həmin tarixdə qeydiyyatdan çıxmışdır. - DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 11 dekabr 2018-ci il tarixli arayışdan görünür ki, X1 ünvan 2 ünvanında qeydiyyatdadır. - 006İNT********** №-li, 26.01.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə 100 manat məbləğində pul ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdehin əvvəllər qeydiyyatda olduğu ünvan üzrə kabel televiziyası şəbəkəsinə qeyri-qanuni qoşulmanın müəyyən olunması ilə bağlı iddiaçının nümayəndələri tərəfindən akt tərtib edilərkən cavabdehin iştirakı təmin olunmamış, cavabdehin ümumiyyətlə həmin aktdan məlumatlandırılmasına dair iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə o deməkdir ki, iddia ərizəsində göstərilən qeyri-qanuni əməlin məhz Cavabdeh tərəfindən edilməsi iddiaçı tərəfindən sübut oluna bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1677/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1677/2022
17.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver