Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1679/2023 10.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Para BOKT ASC-nin Cavabdeh qarşı kredit müqavilələri üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Para BOKT ASC Cavabdeh qarşı kredit müqavilələri üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh ilə əvvəlki Parabank ASC (indiki Para BOKT ASC) arasında xx.xx.2016-cı il tarixli, 0005/16/PB saylı 50000 ABŞ dolları həcmində vahid təminatlı kredt xətt müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə xx.xx.2016-cı il tarixli, 0005/16/PB saylı kredit müqaviləsi əsasında 27 000 ABŞ dolları və xx.xx.2016-cı il tarixli, 0005/16/PB-01 saylı kredit müqaviləsinə əsasən isə 23 000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh tərəfindən borc öhdəlikləri icra edilə bilmədiyi üçün onun müraciəti əsasında kredit müqavilələrinə əlavələr edilərək müqavilələrin müddəti uzadılmışdır. Belə ki, xx.xx.2017-ci il tarixli, 01 saylı əlavəyə əsasən xx.xx.2016-cı il tarixli 0005/16/PB saylı kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, daha sonra isə xx.xx.2019-cu il tarixli, 02 saylı əlavəyə əsasən isə kreditin qalıq məbləği 24 305,89 ABŞ dolları olmaqla müqavilənin müddəti xx.xx.2022-ci ilə kimi uzadılmışdır. Həmçinin xx.xx.2016-cı il tarixli, 0005/16/PB-01 saylı müqavilənin müddəti xx.xx.2017-ci il tarixli, 01 saylı əlavə müqaviləyə əsaəsn xx.xx.2019-cu il tarixinədək uzadılmış, daha sonra xx.xx.2019-cu il tarixli, 02 saylı əlavəyə əsasən kreditin məbləği 11 897,06 ABŞ dolları olmaqla, xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. xx.xx.2016-cı il tarixli, 0005/16/PB saylı kredit müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli, 02 saylı əlavə müqavilə üzrə Cavabdeh Para BOKT ASC-yə 21 305,89 ABŞ dolları əsas, 11 467,93 ABŞ dolları faiz, 6988,33 ABŞ dolları dəbbə pulu olmaqla 39 762,15 ABŞ dolları; xx.xx.2016-cı il tarixli, 0005/16/PB-01 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli, 02 saylı əlavə üzrə isə cavabdehin 10 680,34 ABŞ dolları əsas, 4486,34 ABŞ dolları faiz, 3503,15 ABŞ dolları dəbbə pulu olmaqla 18 669,83 ABŞ dolları kredit borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Ona görə də, Cavabdeh Para BOKT ASCnin xeyrinə xx.xx.2016-cı il tarixli, 0005/16/PB saylı kredit müqaviləsinə edilmiş xx.xx.2019cu il tarixli, 02 saylı əlavə müqavilə üzrə 21 305,89 ABŞ dolları əsas, 11 467,93 ABŞ dolları faiz, 6988,33 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 39 762,15 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 0005/16/PB-01 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli, 02 saylı əlavə üzrə isə 10 680,34 ABŞ dolları əsas, 4486,34 ABŞ dolları faiz, 3503,15 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 18 669,83 ABŞ dolları kredit borcunun və 388,10 manat ödənilmiş dövlət dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Para BOKT ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Kredit verən Parabank ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0005/16/PB saylı vahid təminatla kredit xətti müqaviləsindən müəyyən olunur ki, kredit verən kredit alana 24 ay müddətinə qaytarmaq, illik 10% ödəmək şərti ilə evin təmiri üçün 50 000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il tarixli 0005/16/PB saylı kredit müqaviləsinə 01 saylı xx.xx.2017-ci il tarixli əlavə və dəyişiklikdən müəyyən olunur ki, tərəflər müqavilənin 2.2.-ci bəndinə aşağıdakı məzmunda dəyişiklik etmişlər: 2.2. xx.xx.2016-cı il tarixli 0005/16/PB saylı kredit müqaviləsinə əsasən verilmiş 27000 ABŞ dolları məbləğində kreditin qalıq məbləğinin ödənilmə müddəti xx.xx.2019-cu il tarixədək uzadılsın. xx.xx.2016-cı il tarixli 0005/16/PB saylı kredit müqaviləsinə 02 saylı xx.xx.2019-cu il tarixli əlavə və dəyişiklikdən müəyyən olunur ki, tərəflər müqavilənin xx.xx.2017-ci il tarixli 01 saylı əlavəsinin bəndinə aşağıdakı məzmunda dəyişiklik etmişlər: 2.2. xx.xx.2016-cı il tarixli 0005/16/PB saylı kredit müqaviləsinə edilmiş xx.xx.2017-ci il tarixli 01 saylı əlavəyə əsasən 27000 ABŞ dolları məbləğində kreditin qalıq 24305,89 ABŞ dolları məbləği xx.xx.2022-ci il tarixədək uzadılsın. xx.xx.2016-cı il tarixli 0005/16/PB-01 saylı kredit müqaviləsinə 01 saylı xx.xx.2017-ci il tarixli əlavə və dəyişiklikdən müəyyən olunur ki, tərəflər müqavilənin 2.2.-ci bəndinə aşağıdakı məzmunda dəyişiklik etmişlər: 2.2. xx.xx.2016-cı il tarixli 0005/16/PB-01 saylı kredit müqaviləsinə əsasən verilmiş 23000 ABŞ dolları məbləğində kreditin qalıq məbləğinin ödənilmə müddəti xx.xx.2019-cu il tarixədək uzadılsın. xx.xx.2016-cı il tarixli 0005/16/PB-01 saylı kredit müqaviləsinə 02 saylı xx.xx.2019-cu il tarixli əlavə və dəyişiklikdən müəyyən olunur ki, tərəflər müqavilənin xx.xx.2017-ci il tarixli 01 saylı əlavəsinin bəndinə aşağıdakı məzmunda dəyişiklik etmişlər: 2.2. xx.xx.2016-cı il tarixli 0005/16/PB saylı kredit müqaviləsinə edilmiş xx.xx.2017-ci il tarixli 01 saylı əlavəyə əsasən 23000 ABŞ dolları məbləğində kreditin qalıq 11897,06 ABŞ dolları məbləği xx.xx.2022-ci il tarixədək uzadılsın. Para BOKT ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişindən müəyyən olunur ki, iddiaçı cavabdehdən öhdəlikərinin icrasını tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyəni bildirmişdir. Para BOKT ASC-nin xx.xx.2023-cü il tarixli Cavabdeh ilə xx.xx.2016-cı il tarixli 0005/16/PB saylı kredit müqaviləsi maliyyə arayışından müəyyən olunur ki, borcalanın əsas borca görə 21305,89 ABŞ dolları, faiz borcu üzrə 11467,93 ABŞ dolları, dəbbə puluna görə 6988,33 ABŞ dolları olmaqla cəmi 39 762,15 ABŞ dolları borcu vardır. Para BOKT ASC-nin xx.xx.2023-cü il tarixli Cavabdeh ilə xx.xx.2016-cı il tarixli 0005/16/PB-01 saylı kredit müqaviləsi maliyyə arayışından müəyyən olunur ki, borcalanın əsas borca görə 10680,34 ABŞ dolları, faiz borcu üzrə 4486,34 ABŞ dolları, dəbbə puluna görə 3503,15 ABŞ dolları olmaqla cəmi 18669,83 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3419 saylı rəyindən müəyyən olunur ki, Para BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0005/16/PB saylı kredit müqaviləsinə 02 saylı xx.xx.2019-cu il tarixli əlavə və dəyişikliyə əsasən cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixinə banka olan əsas borcu 23 582,62 ABŞ dolları, faiz borcu 2218,25 ABŞ dolları təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, Para BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 0005/16/PB-01 saylı kredit müqaviləsinə 02 saylı xx.xx.2019-cu il tarixli əlavə və dəyişikliyə əsasən cavabdeh tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixinə banka olan əsas borcu 11123,73 ABŞ dolları, faiz borcu 1288,85 ABŞ dolları təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh bağladığı müqavilələr üzrə öhdəliklərini icra etmədiyindən iddiaçıya xx.xx.2016-cı il tarixli, 0005/16/PB saylı kredit müqaviləsinə edilmiş xx.xx.2019cu il tarixli, 02 saylı əlavə müqavilə üzrə əsas borca görə 21 305,89 ABŞ dolları əsas, müqavilənin qüvvədə olduğu tarixə faiz borcuna görə 2218,25 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 0005/16/PB-01 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli, 02 saylı əlavə üzrə əsas borca görə 10 680,34 ABŞ dolları, müqavilənin qüvvədə olduğu tarixə faiz borcuna görə 1288,85 ABŞ dolları borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının hər iki müqavilə üzrə bu hissədə iddia tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli, 0005/16/PB saylı kredit müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli, 02 saylı əlavə müqavilə üzrə dəbbə puluna görə 500 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 0005/16/PB-01 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli, 02 saylı əlavə üzrə dəbbə puluna görə 250 ABŞ dolları tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 0005/16/PB saylı kredit müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli, 02 saylı əlavə müqavilə üzrə əsas borca görə 21 305,89 ABŞ dolları əsas, faiz borcuna görə 2218,25 ABŞ dolları, dəbbə puluna görə 500 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 0005/16/PB-01 saylı kredit müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli, 02 saylı əlavə üzrə əsas borca görə 10 680,34 ABŞ dolları, faiz borcuna görə 1288,85 ABŞ dolları, dəbbə puluna görə 250 ABŞ dolları olmaqla cəmi 36243,33 ABŞ dolları ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 388,10 manat Para BOKT ASC-nin xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1679/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1679/2023
10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver