Məhkəmə qərarları › İş №e-2(001)-1754/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1754/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1754/2023 08.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurabanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Yelo Bank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Yelo Bank ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsslandırılır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzə standart şərtlər müqaviləsinə əsasən Yelo Bank ASC-dən illik 18% ödəmək 48 ay müddətinə qaytarmaq şərti ilə 21000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2023-cü il tarixədək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18924,68 manat əsas borcu, 739,32 manat faiz borcu və 77,23 manat cərimə borcu olmaqla cəmi 19741,23 manat borcu vardır. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 77,23 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 19,31 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də Cavabdeh ilə Yelo Bank ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə, müqavilə üzrə əsas borc görə 18924,68 manat, faiz borcuna görə 739,32 manat, cərimə borcuna görə 19,31 manat olmaqla cəmi 19683,31 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 149,05 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, əlavə olaraq izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin ödədiyi 1500 manat əsas borcdan silinmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, bir il əvvəl bankla kredit müqaviləsi bağlamış, 21000 manat kredit götürmüş, əvvəl 2 ay, sonra 3 ay ödəniş edə bilməmişdir. Bank haqlı olsa da kredit müqaviləsi üzrə onun 3 ay gecikməsi olmuş, daha sonra ödəniş etmişdir. Bankdan ona zəng edilərək artıq gözləməyin mümkün olmadığını bildirmişlər. İddia tələbində göstərilən bütöv məbləği hal-hazırda ödəmək iqtidarında deyildir. Banka olan 3 aylıq gecikmə məbləğini 2-3 günə ödədikdən sonra yenidən cədvəl üzrə ödənişləri həyata keçirmək istəyir. İş görmək məqsədi ilə o, allanmışdır. İddiaçı qətnamə qəbul edilməsini xahiş etsə də, bilmir ki, qətnamə nə qədər onun xeyrinə və zinanına olacaqdır. Ona görə də iddia ərizəsi ilə razı deyildir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV.Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. X3 ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi üzə standart şərtlər müqaviləsindən müəyyən olunur ki, bank borcalana 48 ay müddətinə qaytarmaq, illik 18% ödəmək şərti ilə 21000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Yelo Bank ASC-nin xx.xx.2022-ci il tarixli məxaric qəbzindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə Cavabdeh 21000 manat ödəmişdir. xx.xx.2022-ci il tarixli 23-Y-3-0-763-22 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək olan dövr ərzində əsas borca görə 21000 manat, faiz borcuna görə 8610,09 manat olmaqla cəmi 29610,09 manat borcu hissə-hissə banka qaytarmağı öhdəsinə götürmüşdür. Yelo Bank ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Yelo Bank ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 23-Y-3-0-763-22 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 18924,68 manat, faiz borcuna görə 739,32 manat, cəriməyə görə 77,23 manat borcu vardır. Yelo Bank ASC tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 600 manat və xx.xx.2023-cü il tarixdə 900 manat ödəniş edilmişdir. Yelo Bank ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 23-Y-3-0-763-22 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 17424,68 manat, faiz borcuna görə 1092,3 manat, cəriməyə görə 151,06 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı Cavabdeh xx.xx.2022-ci il tarixli 23-Y-3-0-763-22 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, məhkəməyə müraciət etdikdən sonra cavabdehin apardığı ödənişlərin iddiaçı tərəfindən əsas borcdan sildiyindən məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehdən əsas borc görə 17424,68 manat, faiz borcuna görə 739,32 manat, cəriməyə görə 19,31 manat, ödənilmiş dövlət rüsumuna görə 149,05 manat tələbini əsaslı hesab edib iddia tələblərinin bu hissədə təmin, qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə cavabdehin etirazında istinad etdiyi hallara münasibət bildirib qeyd edir ki, etirazda qeyd olunan hallar cavabdehin müqavilə öhdəliklərini icra etməməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X3 ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 23-Y-3-0- 763-22 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 23-Y-3-0-763-22 saylı kredit müqaviləsi üzrə əsas borc görə 17424,68 manat, faiz borcuna görə 739,32 manat, cəriməyə görə 19,31 manat, dövlət rüsumuna görə 149,05 manat olmaqla cəmi 18332,36 manat Yelo Bank ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar