Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1783/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı FİNCA Azərbaycan QBKT MMC-nin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı FİNCA Azərbaycan QBKT MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh2 FİNCA Azərbaycan QBKT MMC ilə bağladığı xx.xx.2015-ci il tarixli **********6850 kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 36% olmaqla 10000 manat kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən borclunun hər ay 730 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2017-ci il tarixli **********3861-578225 saylı zaminlik müqaviləsi üzrə Cavabdeh1 zamin qismində müqavilənin tərəfi olmuşdur. Sonradan xx.xx.2015-ci il tarixli **********6850 saylı kredit müqaviləsi xx.xx.2017-ci il tarixli **********0734 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1136,46 manat müəyyən edilmişdir. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə borcu 1136,46 manat təşkil edir. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borca görə 1136,46 manatın və məhkəmə xərclərinə görə 31,37 manatın FİNCA Azərbaycan QBKT MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər tələbə qarşı etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdrımaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borc verən FİNCA Azərbaycan QBKT MMC, borc alan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********6850 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borc verən borcalana istehlak məqsədilə 18 ay müddətinə qaytarmaq, illik 36% ödəmək şərti ilə 10000 manat kredit verməyi, borc alan kreditdən təyinatı üzrə istifadə etməyi, krediti faizləri ilə birlikdə və cədvələ uyğun tərzdə qaytarmağı, zamin kreditor qarşısında borc alanla eyni məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. FİNCA Azərbaycan QBKT MMC-nin xx.xx.2015-ci il tarixli qəbzindən müəyyən olunur ki, borc verən ayırdığı kreditə görə 1000 manatı Cavabdeh2 ödəmişdir. Borc verən FİNCA Azərbaycan QBKT MMC, borc alan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********6850 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2017-ci il tarixli **********0734 saylı sazişdən müəyyən olunur ki, tərəflər saziş bağlanan günə borc alanın 6660,90 manat əsas borcun illik 23% dərəcəsi ilə qaytarılması müddətini 24 ay müddətinə qaytarılması barədə razılaşmışlar. Sazişin 5-ci bəndindən müəyyən olunur ki, əsas müqavilə üzrə və ya yeni zamin olduğu halda həmin zamin bu sazişi imzalamaqla əsas müqavilə üzrə götürdüyü zaminlik öhdəliklərinin bu saziş ilə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul edir. Borc verən FİNCA Azərbaycan QBKT MMC ilə borc alan Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli kreditin ödəniş cədvəlindən müəyyən olunur ki, kredit alan Cavabdeh2 xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əsas borca görə 6660,90 manat faiz borcuna görə 1745 manat ödəməyi öhdəsinə götürmüşdür. Borc verən FİNCA Azərbaycan QBKT MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli **********3861-578225 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 borc verən FİNCA Azərbaycan QBKT MMC ilə bağladığı kredit müqaviləsindən əmələ gələn öhdəliklərini tamamilə icra etməsi üçün borc verən qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olacaqdır. FİNCA Azərbaycan QBKT MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixli **********0734 saylı saziş üzrə xx.xx.2023-cü il tarixinə əsas borca görə 1136,46 manat borcu vardır. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli **********6850 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya əsas borca görə 1136,46 manat borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının borc alana qarşı əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında qiymət verib borc verənin zaminə qarşı tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı (xx.xx.2019-cu il) gündən bir il ərzində (xx.xx.2020-ci il tarixinədək) kreditor zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də məhkəmə borc verənin zaminə qarşı tələbini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2015-ci il tarixli **********6850 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 1136,46 manat, məhkəmə xərclərinə görə 31,37 manat olmaqla cəmi 1167,83 manat FİNCA Azərbaycan QBKT MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1783/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1783/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver