Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1792/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş kiçik iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, əsas borc üzrə 1310.46 (min üç yüz on manat qırx altı qəpik) manat məbləğində borcun və 33.31 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMQBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********3170 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.83% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2000(iki min) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 106 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq X2 və Cavabdeh1 zaminlər qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşdurlar. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməledilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********3170 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********4726 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2816.93 manat, faiz 0.00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 borc məbləği, əsas borc üzrə 1310.46 manat, faiz borcu üzrə 0.00 manat ,cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1310.46 (min üç yüz on manat qırx altı qəpik) manat təşkil edir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(001)-996/2023 nömrəli qərardadından görünür ki, İddiaçı QBKT MMC cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və qərardad onunla əsaslandırılmışdır ki, yaranmış mübahisə iddiaçı olan hüquqi şəxslə cavabdehlərdən biri olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (Ə.Musayev VÖEN: **********) arasındadır. Həmçinin xx.xx.2015-ci il tarixli, **********3170 nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit verən kredit alana sonuncunun biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit vermişdir. Göründüyü kimi, İddiaçı QBKT MMC cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Lakin iddiaçı eyni cavabdehlərə qarşı, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə də müraciət etmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 284-4.1 və 284-4.1.1-ci maddələrinə əsasən, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş kiçik iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Eyni zamanda qeyd edirəm ki, iddia ərizəsinə əlavə edilmiş 01 dekabr 2022-ci il mədaxil qəbzi ilə ödənilmiş dövlət rüsumu vahid məhkəmə portalında yoxlanılmış və həmin qəbzlə ödənilmiş cəmi 33,31 manat məbləğində dövlət rüsumunun e-2(001)- 7421/2022 və e-2(001)-996/2023 saylı mülki işlərdə istifadə olunduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 284-4 və 263 və 264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş kiçik iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1792/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1792/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver