Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1797/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 16866.79 manat məbləğində kredit bоrcu, 1790.63 manat məbləğində faiz bоrcu və 408.51 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 19065(on doqquz min altmış beş) manat 93 (doxsan üç) qəpik məbləğində bоrcun və ödənilmiş 147.2 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSCxx.xx.2023-cü il tarixdə bağladığı 004A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 004A**********S saylısazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3133.21 manat ödəniş etmiş və оnun iddiaçıya 16866.79 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 173 gün üçün hesablanmış faiz borcu 1790.63 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 173 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 408.51 manat təşkiledir Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Atası 2022-ci ildə ağciyər xərçəngindən vəfat etmişdir. Kredit məbləğini atasının müalicəsinə xərcləmişdir. Banka olan borcunu ailə vəziyyəti və maddi imkanı ilə bağlı vaxtında ödəyə bilməmişdir. Hazırda ailəmlə birgə kirayədə yaşayır və körpə uşağ var. Banka az miqdarda olsa da ödəniş edəcəyimi bildirsə də, lakin bankın əməkdaşı ödənilən məbləğin faiz borcundan çıxılacağını bildirdiyi üçün ödəniş etməmişdir. Kredit müqaviləsi onunla bağlanmışdır, qardaşı isə kredit müqaviləsi üzrə ona zamin durmuşdur. Bankın tələb etdiyi məbləğlə razıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Kredit verən bank İddiaçı QSC ilə kredit alan Cavabdeh2 arasında sonuncunun 22 may 2023-cü il tarixli ərizəsi əsasında bağlanmış 004A********** saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana 48 ay müddətinə, aylıq 1,6667 % dərəcəsi ilə, aylıq ödəniş 616 manat olmaqla, 20000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Ödəniş planına əsasən aylıq ödəniş 612 manat, ilkin ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2027-ci il olaraq müəyyən edilmişdir.
7. Kredit verən bank İddiaçı QSC ilə kredit alan Cavabdeh2 və zamin- Cavabdeh1 arasında bağlanmış 22 may 2023-cü il tarixli 004G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 ilə bank arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür.
8. xx.xx.2023-cü il tarixli, 004A**********S saylı kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsinə dair sazişdən görünür ki, kredit alan bank ilə kredit alan arasında bağlanmış xx.xx.2023-cü il tarixli 004A********** saylı pərakəndə (nağd) kredit barədə Müqavilə (Kredit Müqaviləsi) üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cəriməni bu sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. Kredit alan bu Saziş üzrə restrukturizasiyanın həyata keçirilməsi üçün banka 0 manat məbləğində resktrukturizasiya üçün Komisyon haqq ödəməlidir. Ödəniş planına əsasən aylıq ödəniş 616 manat, ödəniş tarixi xx.xx.2023-cü il, sonuncu ödəniş tarixi xx.xx.2027-ci il olaraq müəyyən edilmişdir.
9. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 22 may 2023-cü il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə 25 noyabr 2024-cü il tarixinə 16866,79 manat əsas borc, 1790,63 manat faiz borcu, 408,51 manat cərimə borcu olmaqla, ümumilikdə 19065,93 manat borc hesablanmışdır.
10. İddiaçı QSC -nin cavabdehlərə ünvanlanan 25 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara 22 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 147,20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
12. İddiaçı QSC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 22 may 2023-cü il tarixli 004A********** saylı kredit müqaviləsi ilə bank tərəfindən müştəriyə 48 ay müddətinə, aylıq 1,6667 % dərəcəsi ilə, aylıq ödəniş 616 manat olmaqla, 20000 manat məbləğində kredit verilmişdir.
13. xx.xx.2023-cü il tarixli, 004A**********S saylı kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsinə dair saziş ilə kredit alan bank ilə kredit alan arasında bağlanmış xx.xx.2023-cü il tarixli 004A********** saylı pərakəndə (nağd) kredit barədə Müqavilə (Kredit Müqaviləsi) üzrə kreditin qalığını və hesablanmış faizləri, sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli ödəniş planına uyğun ödənilməsinə dair razılıq əldə edilmişdir.
14. Cavabdeh– zamin Cavabdeh1 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərilərinə götürmüşdürlər.
15. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. Belə ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 22 may 2023-cü il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 16866,79 manat əsas borc, 1790,63 manat faiz borcu, 408,51 manat cərimə borcu olmaqla, ümumilikdə 19065,93 manat borc hesablanmışdır.
16. Borclu Cavabdeh2 borc məbləğini qəbul edir, zaminin isə öz qardaşı olduğunu və məhkəmə iclasından məlumatının olduğunu bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
20. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
21. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
23. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
24. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
25. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
26. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
27. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
28. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
29. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
30. Göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh1 isə zamin kimi Cavabdeh2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Tətbiq edilən prosessual normalar:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
35. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
36. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 22 may 2023-cü il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 16866,79 manat, faiz borcuna görə 1790,63 manat, cərimə borcuna görə 408,51 manat olmaqla, ümumilikdə 19065,93 manat məbləğində pul vəsaiti və 147,2 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 22 may 2023-cü il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 16866,79 manat, faiz borcuna görə 1790,63 manat, cərimə borcuna görə 408,51 manat olmaqla, ümumilikdə 19065,93 (on doqquz min altmış beş manat, doxsan üç qəpik) manat məbləğində pul vəsaiti və 147,2 (yüz qırx yeddi manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev