Məhkəmə qərarları › İş №e-2(001)-1812/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1812/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1812/2024 22.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X3 Bakı şəhər ərazizindən torpaq almaq üçün dostu X2 istəmiş və Bakı şəhərinin Nefçilər metrosunun dayanacağında Binə qəs, Atıcılıq masivində “torpaq satılır” elanından istifadə edərək həmin elanda adı yazılmış Elxan adlı şəxslə danışıq görüşmüşdülər. Danışıq zamanı Cavabdeh torpağın hər sotunu 2000 manata olduğunu bildirmişdi. İddiaçının mərhum atası Vəliyulla Quliyev həmin vaxt Cavabdeh torpaqı ondan alacaqını bildirərək cavabdehə beh pul vermişdir. Sözügedən torpaq sahəsi Bakı, şəhəri, Elmlər Akademiyası metrosunun yanında olan 0,08 ha torpaq sahəsinə görə iddiaçının atası Elxanla razılaşmış və atası dostu Rasim Alışovun yanında ona pul da vermişdir. Həmin vaxt mərhum atasının şəxsiyyət vəsiqəsi üstündə olmadığından Elxanın köməkliyi ilə sənəd üzrə torpaq istifadəçisi olan şəxs X7 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 35 saylı notariat konturu vasitəsi ilə iddiaçının atasının dostu olan X16 etibarnamə verilmişdir. Həmin ehtibarnamə iddiaçının atası rəhmətə gedənə kimi evlərində saxlanılmışdır. İddiaçı 2017-ci il tarixdə atasının aldığı sözügedən torpağı öz adına keçrmək istəsə də, həmin torpaq sahəsi ilə bağlı adına çıxarış ala bilməmişdir. Çıxarışı ala bilməməyinin əsas səbəbi torpağa dair ilkin sənədlər bələdiyədə saxlanılmadığı olmuşdur. İddiaçı atasının sözügedən torpağa dair ödədiyi pulu geri tələb etsə də, cavabdeh pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Hətta cavadeh barədə şikayətləri də olmuş və Cavabdeh Bakı şəhəri, Binə qəsəbəsi, Atıcılıq massivində yerləşən torpaq sahəsinin 6-7 il bundan öncə Masallı rayonundan gələn Vəliyyulah adlı şəxsə satdığını da bildirmiş, həmin torpaq sahəsini X1 adına alınmasını göstərərək 16000 manat pulu Bakı şəhəri, Elmlər Akademiyası metrosunun yaxınlığında götürüb və həmin pulu cavabdehə Vəiyyula göndərdiyini bildirmişdir. Cavabdeh iddiaçının mərhum atasının saflığından istifadə edərək onu aldatmış, 0,08 ha torpaq sahəsi adı ilə iddiaçının atasından 16000 manat pulu almış, etibarnamə verərək ondan sui-istifadə etmişdir. İddiaçı tələbinin əsası olaraq Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarın surətini təqdim etmiş və həmin qərarda aşağıdakılar göstərilmişdir: “ ... Masallı rayon Böyük Xocavar kənd sakini İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tanışı Rasim Alışov tərəfindən aladadılaraq 16000 manat pulunun ələ keçirilməsi barədə bildirmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına etdiyi müraciət xx.xx.2020-ci il tarixdə 1 saylı "cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında qeydə alınmışdır. İddiaçı müraciəti əsasında Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Rail Əkbərov tərəfindən araşdırma aparılmış və həmin material xx.xx.2020-ci il tarixdə öyrənilməsindən ötrü Masallı rayon prokurorluğu vasitəsilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. İddiaçı eyni məzmunlu müraciəti xx.xx.2020-ci il tarixdə Xəzər RPİ-dən Masallı RPŞ-yə 341-2827-1220 nömrəli məktubla daxil olmuş, həmin müraciət xx.xx.2020-ci il tarixdə 1 saylı "cinayətlər haqqında ərizələr və məlumatların uçotu” kitabında qeydə alınmışdır. Araşdırma zamanı İddiaçı eyni məzmunlu müraciət ilə bağlı RPŞ-nin TB-nin təhqiqatçısı Rail Əkbərov tərəfindən araşdırılan materialın toplanaraq öyrənilməsindən ötrü müəyyən edilmiş və həmin materiallar eyni məzmunlu olduğundan HK-1/102 nömrəli materiala əlavə olunmasından ötrü Masallı rayon prokurorluğu vasitəsilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, Masallı rayon sakini X13 16000 manat pulumu alıb verməməsi, həmin pulun müqabilində oğlu Təbriz Vəlizadəyə Bakı şəhəri Binə qəsəbəsi Atçılıq massivində 0,8 ha torpağın sənədini verməsi və həmin torpağı adlarına sənədləşdirə bilməməkləri barəsində Azərbaycan Respublikası Prezident Administrasiyasınsa və müxtəlif instansiyalara müraciət etmişdir. Rasim Alışovun dünyasını dəyişən əri X4 ilə uzun illər çox yaxın münasibətləri olmuşdur. X23 bir neçə dəfə demişdir ki, Bakı şəhərində yaxşı qiymətə ev və yaxud torpaq olsa ona desin. 2014-cü ilin avqust ayında əri Vəliyulla Bakı şəhərində yerləşən sanatoriyada olarkən ona zəng vuraraq Rasimin gələcəyini və evdə olan 30000 manat puldan 22000 manatını ona verməsini istəmişdir. Əri bildirmişdir ki, həmin pula Rasim Alışov Bakı şəhəri Binə qəsəbəsində torpaq alacaq. Ayın tarixini dəqiq xatırlamasa da, günorta saat təxminən 15 radələrində Rasim gəldi və o evinin darvazasının yanında Rasimə 22000 manat pul vermişdir. Bundan sonra əri Vəliyuila sanatoriyadan gəlmiş və Rasimlə birlikdə torpağa baxmağa Bakı şəhərinə getmişdirlər. Rasim ərinə demişdir ki, öz adına alsın toprağı sonra “kupça” alıb ərinin adına sənədləşdirəcək. X21 çox yaxın olduğundan ona inanmış və razılaşmışdır. Onlar elə söhbət etmişdirlər ki, Vəliyuila Rasimə demişdir ki, artıq xəstədir, həm də torpaq uzaqdadı, istəyirsənsə torpağı götür, pulunu verərsən. Rasim əri ilə razılaşmışdır. Vəliyuila Rasimin adına olan sənədi evdə saxlamışdır. Əri Vəliyullanın səhhəti pisləşməyə doğru gedirdi. Əri hər dəfə Rasimdən pulu istiyəndə, Rasim borcunu verəcəyini demişdir. Onlar ərinin müalicəsir 2015-ci ilin avqust ayında Almaniyaya getmişdirlər. Almaniyaya getməmiş Rasim onlara “Bank Respublikada" hesab və kart açdırdı ki, guya pulu həmin karta köçürəcək. Rasim ərinə verdiyi vədinə əməl eləmiyib ərinə olan 22000 manat borcundan bir manat da verməmişdir. Onlar təxminən 9 ay Almaniyada qalandan sonra ərinin səhhəti biraz da pisləşmişdir. Həmin ərəfələrdə əri Vəliyulla ona evdə olan “sarı rəngli kağızın” torpağın sənədi olduğunu bildirərək, Rasimdən 22000 manat pulu almasını demişdir. Onlar Azərbaycana qayıdandan 3 gün sonra əri dünyasını dəyişmişdir. Ərinin yas mərasimini verdikdən sonra uşaqlardan maraqlanmış və Rasimin heç yasa da gəlmədiyini öyrənmişdir. Veliyullanın “40" dan sonra bacısı Rəna ilə Rasimin evinə gedib, ondan 22000 manat pulu istəmişdir. Rasim həmin zaman pulu hissə-hissə verəcəyini bildirmişdir. Təxminən 2017-ci ilin ortalarına qədər Rasim onlara hissə-hissə 6000 manat pul verəndən sonra, xəstə olduğunu bildirərək həmin torpağı oğlu Təbrizin adına keçirtmək istədiyini bildirmişdir. O, evdə olan ərinin dediyi həmin “sarı rəngli kağızı" yəni etibarnaməni Rasimə vermişdir. Rasim oğlu Təbrizlə birlikdə gedib Bakı şəhəri Binə qəsəbəsi Atçılıq massivində yerləşən həmin torpağı oğlu Təbrizə etibarnamə əsasında vermişdir. Bundan sonra oğlu Təbriz gedib həmin torpağı öz adına sənədləşdirib “kupça" almaq istəsə də, X6 torpağın kök sənədinin olmadığını bildimişdilər. Oğlu Təbrizin qapı-qapı düşüb sənəd hazırlatmaq istəyi alınmamışdır. Həmin ərəfələrdə oğlu həmin torpaqdan 2 sotunu Mirzə adlı şəxsə satmışdır. Həmin Mirzə adlı şəxsdə oğlu ilə razılaşdığı 4000 manat məbləğdən cəmi 1200 manatını vermişdir. Bundan sonra Rasimdən nə qədər pulunu tələb etsə də, "əlindən gələni elə, pulu vermiyəcəm" cavabını vermişdir. O da hər yerdən əlacının kəsildiyini görüb Rasim barədə şikayət etmək qərarına gəlmişdir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclasında iddiaçı X8 iddiaçını və cavabdehin əsl iddiaçı və ya cavabdehlə əvəz edilməsi təklif edilmiş və o, özünün əsl İddiaçı ilə əvəz edilməsinə dair yazılı razılığını məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, mərhum həyat yoldaşı torpaq almaq istəyirdi, o da yoldaşının tapşırığı ilə Rasimə pul verdi. Bir neçə dəfə Rasim onların evinə gəldi və o, Rasimə ümumilikdə 33000 manat pul verdi. Rasim 16 sot torpaq aldı və 8000 manat borc aldığı məbləği onlara hissə-hissə qaytardı, sonra torpağı yoldaşının adına keçirtdi. Yoldaşı rəhmətə getdikdən sonra qızının köçürülməsi xərclərini qarşılamaq üçün oğlu Təbriz həmin torpaq sahəsinin bir hissəsini satdı. Bu yaxınlarda gedib gördülər ki, yerdə qalan hissədə ev tikilib və onlara torpaq sahəsinin Elxan tərəfindən satılması barədə məlumat verildi. Rasim xərçəng xəstəsidir və məhkəmə iclaslarında iştirak edə bilmir. Rasim və Elxanın telefon danışığının səs yazısı var və həmin danışıqda Elxan onun mərhum həyat yoldaşından 11000 manat aldığını etiraf edir. Yoldaşı Almaniyada müalicə olunanda dəfələrlə Rasimə zəng edib torpaq istəmədiyini, pulunu istədiyini desə də Rasim pulu qaytarmadı. İddiaçı ona verilən suallara cavab olaraq aşağıdakıları bildirdi: Pulu Rasimə versə də indi Elxandan o səbəbdən tələb edir ki, Rasim pulu Elxana vermiş və bunu səs yazısında Elxan özü də etiraf edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, 2013cü ildə Rasimin Vüqar adlı bir dostu vardı. Vüqarın Rasimə borcu var idi, Rasimin də Vəliyulla müəllimə borcu var idi. Rasimi onların yanına Vüqar gətirmişdi. Onlar 8 sot torpağı Vüqarın əli ilə Rasimə verdilər. 2013-cü ildə torpağı ölçdülər. Sonra neçənci ildə olduğunu bilmir, torpağı qarşı tərəf öz adına keçirib. O, 2013-cü ildə oradan çıxıb getmiş və heç kimə torpaq satmamışdır. Qarşı tərəf gedib həmin torpaqda ev tikən şəxslərdən torpağın kim tərəfindən onlara satıldığını aydınlaşdırsın, torpağı onlardan tələb etsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, yuxarıda sadalananlardan göründüyü kimi, hazırkı iş üzrə İddiaçı Cavabdeh ərinin tapşırığı ilə X16 verdiyi pul vəsaitini tələb edilir, lakin iddianın hansı hüquqi əsaslarla pulu verdiyi X10 deyil, Cavabdeh qarşı irəli sürülməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərdən və iddiaçının izahatından aydın deyil. İddiaçı hazırkı tələbinin məhz Cavabdeh qarşı irəli sürülməsinin əsası olaraq ona istinad edir ki, Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarda aşağıdakılar göstərilmişdir: “ ... Araşdırma zamanı Cavabdeh ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlanmış, həmin şəxs bildirmişdir ki, Cavabdehdur, Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır, koronavirus pandemiyası ilə əlaqədar Masallı RPŞ-yə gələ bilmir. Bakı şəhəri, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən torpaq sahəsini dəqiq xatırlamasa da 6-7 il bundan öncə Masallı rayonundan gələn Vəliyulla adlı şəxsə satmışdır. Həmin torpaq sahəsi onun qohumu X5 adına olmuşdur. Torpağı Masallı rayonundan olan Vəliyulla adlı şəxsə satan zaman həmin şəxs etibarnaməni Rasim adlı şəxsin adına verilməsini istəmişdir. Həmin Vəliyulla adlı şəxs torpağın pulu olan 16000 manatı Bakı şəhəri Elmlər Akademiyası metrosunun yaxınlığında görüşüb ona vermişdir”. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə bildirdi ki, Masallı Rayon Polis Şöbəsindən ona zəng edilmiş, lakin o, Vəliyyulla adlı şəxsdən pul almasını telefon danışığında heç kimə deməmişdir. Qeyd olunanların araşdırılması məqsədi ilə Masallı Rayon Polis Şöbəsinə aşağıdakı məzmunlu sorğu göndərilmişdir: “ ... Yaranmış zərurətlə əlaqədar İddiaçı (FİN: xxxxxxx) şikayət ərizəsi əsasında X20 (FİN: 011B2HZ) barəsində toplanmış materialın təsdiq olunmuş surətinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini Sizdən xahiş edirəm”. Masallı Rayon Polis Şöbəsi xx.xx.2024-cü il tarixdə sorğuya cavab verərək göstərmişdir ki, İddiaçı müraciəti əsasında Masallı RPŞ-nin İB-də toplanmış rədd materialının saxlama müddəti keçdiyindən məhv edilmişdir. Məhkəmə iddiaçının özünün hal-hazırda tələb etdiyi pulu şəxsən X16 verməsini, verdiyi puldan 6000 manatı məhz Rasim Alışovun qaytarmasını bildirməsini və Cavabdeh izahatının qanunvericiliyin tələblərinə uyğun olaraq alınmamasını nəzərə alaraq Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının həmin hissəsini hazırkı vəziyyətdə Cavabdeh 16000 manat məbləğində pulun alınıb İddiaçı verilməsi üçün yetərli əsas olaraq qəbul etmir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırkı vəziyyətdə Cavabdeh 16000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsini qanuni və əsaslı hesab etmir. Belə ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar