Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1833/2024 22.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı ilə cavabdeh arasında bağlanmış 28 aprel 2023-cü il tarixli, 342075-CNS- 44882 nömrəli “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən, cavabdeh iddiaçıdan götürmüş olduğu 4875,15 manat kredit borcunu illik 11 faizlə, 59 ay müddətinə faizləri ilə birlikdə geri ödəməyi öhdəsinə götürmüşdür. Lakin, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən, 22 aprel 2024-cü il tarixə 4875,15 manat əsas, 123,35 manat cərimə borcu yaranmışdır. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4875,15 manat məbləğində əsas, 288,91 manat məbləğində faiz və 123,35 manat cərimə borcu olmaqla, ümumilikdə 5287,41 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 72,87 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh 4875,15 manat məbləğində əsas və 123,35 manat cərimə borcu olmaqla, ümumilikdə 4998,5 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 72,87 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış 28 aprel 2023-cü il tarixli, 342075-CNS-44882 nömrəli “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən, cavabdeh iddiaçıdan götürmüş olduğu 4875,15 manat kredit borcunu illik 11 faizlə, 59 ay müddətinə faizləri ilə birlikdə geri ödəməyi öhdəsinə götürmüşdür. Lakin, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən, 22 aprel 2024-cü il tarixə 4875,15 manat əsas, 123,35 manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində və dəqiqləşmə barədə ərizədə göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul etdiyini, banka borclu olduğunu, lakin borcu ödəməyə maddi imkanın olmadığını bildirmişdir. Mülki iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasından bağlanmış xx.xx.2023-cü il tarixli, 342075-CNS-44882 saylı “Kredit müqaviləsi”dən görünür ki, bank tərəfindən Cavabdeh illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətinə 4875,15 manat məbləğində kredit verilmişdir. - Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 4875,15 manat məbləğində əsas və 123,35 manat cərimə borcu olmaqla, ümumilikdə 4998,5 manat məbləğində borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, işin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir.Buna görə də, iddianın əsas borca münasibətdə təmin edilməsi üçün əsas yaranmışdır. Həmçinin, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 4875,15 manat məbləğində əsas borca tənasübsüz olaraq 123,35 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış dəbbə pulunun məbləği azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 4875,15 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4925,15 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 72,87 manat məbləğində pul vəsaitinin 70 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 4875,15 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4925,15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 70 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1833/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1833/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver