Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1836/2025 12.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair ilkin ərizəsi və Cavabdeh1 İddiaçı qarşı “əqdin etibarsızlığının tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7500 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 1275 manat ona hesablanmış faizlərin, 320 manat vəkilə ödənilən xidmət haqqının və 135 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ona külli məbləğdə borcu olmuş, borcun bir hissəsini ödədikdən sonra isə 26000 ABŞ dolları borcu qalmışdır. xx.xx.2022-ci ildə sonuncunun həyat yoldaşı olan digər Cavabdeh1 onunla Bakı şəhəri 14 saylı Notariat Ofisində barışıq sazişi bağlamış, həmin sazişə əsasən sonuncu ərinin ona olan borcunun bir qismini 15000 ABŞ dollarını ödəmiş, qalan 11000 ABŞ dolları borcun isə 8 ay müddətində ödəyəcəyinə söz vermişdir. xx.xx.2023-cü ildə qeyd olunan müddət başa çatmasına baxmayaraq, cavabdeh həmin puldan 7500 ABŞ dolları məbləğində pul vəsaitini hazırki vaxtadək ödəməmiş, müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınmışdır. Bu barədə dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamış, sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan pul vəsaiti 2 ildən artıq müddətdir ki, cavabdehlər tərəfindən gecikdirlmişdir ki, hər il üçün 5 faiz, yəni 637 manat olmaqla, cəmi 1275 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Bundan əlavə, o, hüquqlarının müdafiəsi ilə bağlı vəkil xidmətindən istifadə etmək məcburiyyətində qalmış, bununla bağlı “Arbitrium” Vəkil bürosuna 320 manat ödəniş etmişdir ki, həmin məbləğ də məhz cavabdehlərin təqsirli hərəkət-hərəkətsizliyi nəticəsində yarandığına görə, cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Göründüyü kimi, o, ona verilən müxtəlif vədlərin yalnız söz xətrinə və vaxt uzatmaq məqsədilə verildiyini başa düşüb, sonda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa, iddia ərizəsinin verilməsi üçün 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, həmin məbləğ cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. Daha sonra Cavabdeh1 İddiaçı qarşı “əqdin etibarsızlığının tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, onunla İddiaçı Muhlis oğlu arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış Barışıq Sazişinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı Muhlis oğlu iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7500 ABŞ dolları məbləğində pul vəsaitinin, 1275 manat hesablanmış faizlərin, 320 manat vəkil xərcinin və 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini qəbul etmir və iddia əsassız olduğundan təmin edilə bilməz. Ən əsas və başlıca amil ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında heç bir borc münasibəti olmamış və İddiaçı cavabdehlərin çətin vəziyyətə düşməsindən istifadə edərək bağlanmış əqdə əsaslanır. Belə ki, ilk iddia üzrə İddiaçı Muhlis oğlu Cavabdeh1 heç bir pul vəsaiti vermədiyi halda müxtəlif instansiyalara şikayət etməklə 15000 ABŞ dolları pul vəsaitini almış və Barışıq Sazişinə əvvəllər heç bir pul vəsaiti almadığı şəxsi, yəni Cavabdeh1 son dərəcə ağır şərtlərlə Barışıq Sazişini imzalamağa məcbur etmişdir. Bundan başqa, iddiaçının iddia ərizəsinin istinad etdiyi işin faktiki halları ilə istinad etdiyi maddi hüquq norması bir-birini təkzib edir. Belə ki, pul tələbini Barışıq Sazişinə əsasən tələb edən iddiaçı tələbinin əsası kimi əqdlərlə bağlı maddi hüquq normalarına deyil əsassız varlanmaya aid müddəalara əsaslanır. Tələbin əqdin əsasında yoxsa əsassız varıanma əsasında yarandığını iddiaçı tərəf müəyyən etməmişdir. İlk iddia üzrə Cavabdeh1 da son dərəcə əlverişsiz şərtlərlə əqd bağlamağa məcbur olmuşdur. Bundan başqa, Barışıq Sazişinin bir bəndində aydın şəkildə qeyd edilmişdir ki, Cavabdeh2 ilə arasında barışıq olduğu üçün ona qarşı heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Bu gün isə ona istinad etdiyi Barışıq Sazişinin əsasında Cavabdeh2 oölunu iş üzrə cavabdeh qismində qeyd etmişdir. Hazırkı iddiada istinad edilən Barışıq Sazişində də əqdin etibarlılığna dair subyekt tərkibinə dair və əqdin iradə sərbəstliyi və iradə ifadəsinin vəhdətinə dair şərtlər gözlənilməmişdir. Barışıq Sazişinin məzmunundan da görünür ki, Cavabdeh1 əvvəllər heç bir tanışlığı və borc münasibətində olmadığı şəxslə iradə sərbəstliyinin ziddinə son dərəcə ağır şərtlərlə əqd bağlamağa məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ilkin iddianı müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının digər cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 ilə İddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin surətindən görünür ki, tərəflər razılaşımışdılar ki: - Cavabdeh1 əri Cavabdeh2, İddiaçı-dən şifahi şəkildə 26000 USD (iyirmi altı min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 44200 manat borc almışdır. - Cavabdeh1 əri Cavabdeh2 İddiaçı-ə olan 26000 USD (iyirmi altı min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 44200 manat pul məbləğindən 15000 USD (on beş min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 25500 manat pulu notarisun depozit hesabı vasitəsi ilə İddiaçı-ə ödədi. - İddiaçı 15000 USD (on beş min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 25500 manat pulu notariusun depozit hesabı vasitəsi ilə qəbul etdi. - Cavabdeh1 əri Cavabdeh2 qalan 11000 USD (on bir min ABŞ dolları) günün məzənnəsinə uyğun manat ekvivalenti ilə 18700 manat məbləği 8 ay müddətinə İddiaçı-ə ödəməyi öhdəsinə götürür. - İddiaçı bildirir ki, Cavabdeh2 ilə arasında barışıq olduğu üçün bir-birinə qarşı iddia, şikayət və tələbləri yoxdur və gələcəkdə də olmayacaq. xx.xx.2022-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusunun "xxxx" ASC-dəki hesabına 25500 manat məbləğində vəsait ödəmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı 320 manat məbləğində vəkil xidmət haqqı ödəmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh2 İddiaçı borc almış, borcun bir hissəsini ödədikdən sonra 26000 ABŞ dolları borcu qalmışdır. Daha sonra, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada barışıq sazişi bağlanılmış, İddiaçı Muhlis oğlu barışıq sazişi üzrə öhdəliklərini tam yerinə yetirsə də, Cavabdeh1 barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Məhkəmə iddianın borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində qeyd etməyi zəruri hesab edir ki, barışıq sazişi İddiaçı ilə Cavabdeh1 arasında bağlansa da, sazişin əsas predmeti Cavabdeh2 İddiaçı ödənilməmiş qalan borc pul barəsində olmuşdur və X3 da həmin borc məbləğini ödənilməsi barədə öz üzərinə öhdəlik götürmüşdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, onlar öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, barışıq sazişi üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidirlər. Həmçinin, Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə diqqətə çatdırır ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Bu səbəbdən məhkəmə ilkin iddianın 1275 manat faizin ödənilməsi hissəsini qismən əsaslı hesab edir. Belə ki, məhkəmə hesab edir ki, illik 5 faiz zərərin hansı müddət üçün hesablanmasının müəyyən edilməsi məqsədi ilə ilk öncə gecikdirilmiş məbləğin ödəmək vəzifəsinin hansı tarixdə yaranması aydınlaşdırılmalıdır. Mülki işdən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında barışıq sazişi xx.xx.2022-ci il tarixdə bağlanmış və həmin sazişə əsasən cavabdehlər iddiaçıya olan borcu 8 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək qaytarmağı öz öhdələrinə götürsələr də, öhdəliyi tam şəkildə yerinə yetirməmişlər, borcdan 7500 ABŞ dollarını qaytarmamışdırlar. Cavabdehlər tərəfindən gecikdirilmiş müddətin 2 ildən artıq olmasını nəzərə alaraq, hesab edir ki, ilkin iddia tələbi 1275 manat faizin ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1274 manat (637 x 2 il = 1274 manat) məbləğində faiz iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddi tələbi təmin edilməməlidir. Belə ki, prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, hazırkı qarşılıqlı iddia ərizə üzrə qanunvericilik sübutetmə yükünü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Göstərilənlərə əsasən, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış Barışıq Sazişinin etibarsız hesab edilməsinə əsas verən şərtləri mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7500 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pul vəsaiti və 1274 manat hesablanmış faiz alınaraq İddiaçı ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli, eyni zamanda qarşıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə ilkin iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq və cavabdehlərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu, həmçinin, vəkilə ödənilmiş xidmət haqqının 200 manatı (AR MPM 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7500 (yeddi min beş yüz) ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pul vəsaiti, 1274 (min iki yüz yetmiş dörd) manat hesablanmış faiz, 135 (yüz otuz beş) manat dövlət rüsumu və vəkilə ödənilmiş xidmət haqqının 200 (iki yüz) manatı alınaraq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-1836/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1836/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver