Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-1863/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Kreditor Borclu qarşı “aliment məbləğinin artırılması” tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİM: Kreditor Borclu qarşı “aliment məbləğinin artırılması” tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu övladları xx.xx.2014-cü il tarixində doğulmuş X3 və xx.xx.2015-ci il tarixində doğulmuş X1 üçün hər ay, hər uşağa görə yetkinlik yaşına çatana qədər 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment, eyni zamanda 110 ( yüz on) manat vəkil orderinin alınması üçün ödənilmiş məbləğin və 17,25 ( on yeddi manat iyirmi beş qəpik) manat məbləğində etibarnamə üçün ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Kreditor Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq onun və ya borclunun ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul edilməsindən imtina edir. 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Kreditor Borclu qarşı “aliment məbləğinin artırılması” tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilməli, kreditora onun hazırki tələbi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda qeyd edirəm ki, tərəflərin ilkin mediasiya sessiyasında iştiraklarını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.2-ci maddəsinin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr - nikahın davam etdirilməsi şərtləri; valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; uşağın yaşayış yerinin müəyyən edilməsi; uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. -278.4-cü maddəsinə əsasən, ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 279, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Kreditor Borclu qarşı “aliment məbləğinin artırılması” tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardad, ərizə və ərizəyə əlavə olunmuş sənədlər kreditora rəsmi qaydada verilsin. Kreditora izah olunsun ki, onun hazırki tələbi ilə məhkəməyə mediasiya prosesində iştirakı tələbinə riayət edilməsini təsdiq edən sənəd əlavə etməklə iddia icraatı qaydasında müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-1863/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-1863/2023
10.02.2023 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver