Məhkəmə qərarları › İş №e-2(001)-1867/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1867/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1867/2023 13.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi Nümayəndə, Cavbadeh Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh BOKT “X4” MMC-yə kreditin alınması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT “X4” MMC arasında xx.xx.2019-cu il tarixli, L-BK-0048279-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci maddələrinə əsasən, “Mebel alışı” məqsədi ilə borcluya 12 ay müddətinə, aylıq 3 faiz, illik 36 faiz olmaqla 10400 manat məbləğində kredit verlmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən iddia ərizəsinin verildiyi günə qədər cavabdeh tərəfindən iddiaçıya əsas məbləğ üzrə 4727 manat, müqavilənin 6.1-ci madəsinə əsasən hesablanmış faiz borcu üzrə 1583 manat olmaqla cəmi 6310 manat məbləğində pul ödənilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, cavabdehin BOKT “X4” MMC-yə 5673 manat əsas borc, 1454,65 manat faiz borcu olmaqla cəmi 7127.65 manat kredit borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavbadeh Cavabdeh nümayəndəsi X2 izahatında məhkəməyə bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, cavabdehin iddiaçı BOKT-da əvvəl başqa təminatlı krediti olmuş, həmin məbləğ götürülərkən qızıllar girov qoyulmuşdur. Sonra borcun ödənilməsində müəyyən çətinliklər yarandığına görə, hazırkı kredit müqaviləsi bağlanmış və bu müqavilə hesabına əvvəlki borc bağlanmışdır. Buna baxmayaraq, birinci müqavilə bağlanarkən girov qoyulmuş qızıllar cavabdehə qaytarılmamış və belə olan halda ondan hazırkı müqavilə üzrə borcun tələb edilməsi qanuni hesab edilə bilməz. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, L-BK-0043279-F saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə BOKT “X4” MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 12 ay müddətinə, aylıq 3 faiz, illik 36 faiz ödəmək şərtilə 10400 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh Banka 5673 manat əsas borc və 1454,65 manat faiz borcu olmaqla, cəmi 7127,65 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3218 saylı ekspert rəyində göstərilmişdir ki, “... Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, L-BK-0048279-F nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2020-ci il tarixədək banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə - 5643,56 manat, faiz borcu üzrə 1004,55 manat”. Azərbaycan Respublikası Müki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 5643,56 manat əsas borc və 1004,55 manat faiz borcu olmaqla, cəmi 6648,11 manat məbləğində borc tutularaq iddiaçı BOKT “X4” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 93.27% hissədə təmin edildiyindən, ödənilmiş 92 manat dövlət rüsumunun 85,80 manat hissəsi Cavabdeh tutularaq iddiaçı BOKT “X4” MMC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 5643,56 manat əsas borc və 1004,55 manat faiz borcu olmaqla, cəmi 6648,11 (altı min altı yüz qırx səkkiz manat on bir qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 85,80 (səksən beş manat səksən qəpik) manat hissəsi tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 6,20 (altı manat iyirmi qəpik) manat hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar