Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-187/2024 03.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 may 2024-cü il tarixdə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsinə əsasən 31294,82 manat əsas borc, 4859,35 manat hesablanmış faiz, 21266,49 manat hesablanmış dəbbə, cəmi 57420,66 manat, xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsi üzrə 1135,90 manat əsas borc, 171,07 manat hesablanmış faiz, 626,40 manat hesablanmış dəbbə, cəmi 1933,37 manat və 268.10 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 31 manat dövlət rüsumunun tutulması, xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı və xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqavilələri üzrə tələbin Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 72 saylı evin, 33 saylı mənzilinə (RX seriyalı ******* nömrəli, **********21-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməli, 3 saylı mənzilin dəyərinin 76000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinıə yönəldilməsinə, mənzildə yaşayanların Cavabdeh, X4, X6 və X9 mənzilə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, mənzilin məcburi boşaldıldılması barədə qətanmə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı və xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, 20 faizlə 80.000 manat, xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsi üzrə isə 24 ay müddətinə, illik 20 faiz olmaqla 2700 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı və xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqavilələrinin təminatı kimi xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı İpoteka müqaviləsi imzalanmışdır. Həmin İpoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 72 saylı evin, 33 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. (RX seriyalı ******* nömrəli, **********21-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən). İpoteka (girov) müqaviləsi və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bındinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilməklə, ondan sonrakı gün öhdəliyin icraçısının gecikdirilməsi sayılırvə odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsinə əsasən 31294,82 manat əsas borc, 4859,35 manat hesablanmış faiz, 21266,49 manat hesablanmış dəbbə, cəmi 57420,66 manat, xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsi üzrə 1135,90 manat əsas borc, 171,07 manat hesablanmış faiz, 626,40 manat hesablanmış dəbbə, cəmi 1933,37 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxayaraq borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə həmin orqanda qeydiyyata alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibət bildirmirlər. Cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsait borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, əlavə bildirmişdir ki, qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi də əsassızdır. Hazırki iddia tələbi ilə bağlı onlar xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişlər, sadəcə həmin vaxt iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hesab edir ki, onlar iddia ərizəsi üzrə mübahisələndirmə müddətini ötürməmişlər. İştirak etdikləri məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etmədiklərini, onun tərəfindən edilmiş ödənişlərin bank tərəfindən 70 faizini faiz borcu kimi hesabladıqlarını bildirmişlər. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı və xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqavilələri bağlanmışdır. Müqavilələr üzrə müddət xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı müqavilə üzrə müddət 60 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə, xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsi üzrə isə il sonra xx.xx.2017-ci tarixdə bitmişdir. Son ödəmə tarixi xx.xx.2019-cu il tarixdə olmuşdur. Müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2022-ci il tarixə iddia tələbi vermə müddəti bitmişdir. Göstərilənləri nəzərə alaraq iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 098/14/PBN/ saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 80.000 (səksən min) manat məbləğində kredit verilmiş və qeyd edilən müqavilə ilə Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 72 saylı evin, 33 saylı mənzil, (RX seriyalı ******* nömrəli, **********21-05101- 093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyya t tarixli Çıxarışa əsasən) 76.000 (yetmiş altı min) manat qiymətlədirilərək, ipoteka ilə yüklü edilmişdir. - İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 20% tətbiq edilməklə, 24 ay müddətinə 2700 (iki min yeddi yüz) manat məbləğində kredit verilmişdir. - RX seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 72 saylı evin, 33 saylı mənzil Cavabdeh mükiyyətindədir. - RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il, 098/14/PBN/ saylı kredit müqaviləsi və onlara edilən əlavələr notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. - Qiymətləndirmə Xidməti Mərkəzi MMC-nin 01 fevral 2024-cü il tarixli, QXM 437 M nömrəli qiymətləndirmə hesabatından görünür ki, akı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 72 saylı evin, 33 saylı mənzilin real bazar dəyəri 116.000 manat müəyyən edilmişdir. - Azərbaycan Kredit Bürosu MMC-nin borc alan Cavabdeh şəxsi məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 098/14/PBN/ saylı kredit müqaviləsi üzrə qalıq borcu 31,294.82 manat, faiz məbləği 36,033.59 manat və qeyd edilən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə edilmişdir. xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsi üzrə isə kreditin qalıq məbləği 1,135.90 manat, faiz məbləği 1,358.86 manat və qeyd edilən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 1193/2021 saylı qərardadından görünür ki, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh, X5, X8 və X10 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsi 24 ay müddətinə yəni, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 08 sentyabr 2016-cı il tarixdə bitmiş və iddia müddətinin axını başlanılmış, digər kredit müqaviləsi üzrə isə Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2015-ci il tarixli, 098/14/PBN/03 saylı kredit müqaviləsi 24 ay müddətinə yəni, həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 12 yanvar 2017-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Cavabdeh tərəf müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olmasını nəzərə alaraq iddia müddətini tətbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə esab edir ki, ərizə əsaslıdır. Belə ki, müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2019-cu il tarixdə, xx.xx.2015-ci il tarixli, 098/14/PBN/03 saylı kredit müqaviləsi üzrə isə sonuncu ödənişi 24.09.018-ci il tarixdə etmişdir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə iddiaçı isə 16 noyabr 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iş üzrə iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1193/2021 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Sonradan İddiaçı BOKT ASC xx.xx.2023-cü il tarixdə təkrar eyni tərəfə, eyni əsaslar üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir... Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.... MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır...” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “......ddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Eyni zamanda, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə təminat verir. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”. Məhkəmə yuxarıda göstərilən normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında əks olunan hüquqi mövqeyləri nəzərə alaraq hesab edir ki, hazırkı tələb üzrə iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Belə ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2019-cu il tarixdə, xx.xx.2015-ci il tarixli, 098/14/PBN/03 saylı kredit müqaviləsi üzrə isə sonuncu ödənişi 24.09.018-ci il tarixdə etmiş, iddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni hər iki müqavilə üzrə üç illik müddəti ötürdükdən sonra müraciət etmişdir. Bununla bağlı iddiaçının dəlilini isə məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 381.1-ci maddəsinin tələbləri baxımından əsaslı hesab etmir. Belə olan halda iddiaçının Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı kredit müqaviləsinə əsasən 31294,82 manat əsas borc, 4859,35 manat hesablanmış faiz, 21266,49 manat hesablanmış dəbbə, cəmi 57420,66 manat, xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqaviləsi üzrə 1135,90 manat əsas borc, 171,07 manat hesablanmış faiz, 626,40 manat hesablanmış dəbbə, cəmi 1933,37 manat və 268.10 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 31 manat dövlət rüsumunun tutulması, xx.xx.2014-cü il tarixli, 098/14/PBN/01 saylı və xx.xx.2015-ci il tarixli, 098/14/PBN/01/03 saylı kredit müqavilələri üzrə tələbin Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 72 saylı evin, 33 saylı mənzilinə (RX seriyalı ******* nömrəli, **********21-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməli, 3 saylı mənzilin dəyərinin 76000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinıə yönəldilməsinə, mənzildə yaşayanların Cavabdeh, X4, X6 və X9 mənzilə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, mənzilin məcburi boşaldıldılması barədə iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddiası rədd edilsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-187/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-187/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver