Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-195/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049396-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən “torpaq alınması” məqsədilə borcluya 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 8710 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 814.54 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 590.46 manat olmaqla, cəmi 1405 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hal-hazırda Cavabdeh təşkilata ödənilməmiş 7895.46 manat məbləğində əsas məbləğ üzrə borcu, 3371.36 manat faiz borcu və 115.50 manat cərimə borcu vardır. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049396-F saylı kredit müqaviləsinin 6.7-ci maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 605.32 manat təşkil edir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445.2.1 və 448.1-ci maddələri ilə əsaslandıraraq, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049396-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 7895.46 manat məbləğində əsas, 3371.36 manat faiz borcu, 115.50 manat cərimə borcu və 605.32 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 11987.64 manat məbləğində kredit borcunun və ödənilmiş 126 manat dövlət rüsumunun alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı BOKT "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ilə müraciət edərək, ekspert rəyi ilə tanış olduqlarını, etirazlarının olmadığını, iddia ərizəsinə onların iştirakları olmadan baxılaraq tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, məhkəmə bildirişləri müvafiq qeyd aparılaraq məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0049396-F saylı kredit müqaviləsinə əsasən məlum olur ki, cavabdehə nağd ehtiyaclar üçün toraq almaq məqsədi ilə 16 ay müddətinə, aylıq 3%, illik 36% ödəmək şərti ilə 8710 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli L-BK-0049396-F saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 7895.46 manat əsas, 3371.36 manat faiz, 115.50 manat cərimə, 605.32 manat əldən çıxmış fayda olmaqla, cəmi 11987.64 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı BOKT "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən məlum olur ki, bank tərəfindən cavabdehə 5 iş günü ərzində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli, 9/8274 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0049396-F saylı müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh kredit müqaviləsinin bitdiyi tarixə, yəni 09 mart 2021-ci il tarixə banka olan borcu əsas borc üzrə 7878.15 manat, faiz borcu üzrə 3324.58 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. (maddə 427.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. (maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (maddə 449.1) Mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049396-F saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 16 ay müddətinə illik 36 % olmaqla 8710 manat məbləğində kredit verilmiş, müqavilənin müddəti 09 mart 2021-ci il tarixdə bitmiş, iddiaçı BOKT "xxxx" MMC 29 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 yanvar 2025-ci il tarixli, 9/8274 nömrəli ekspert rəyi ilə BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli L-BK-0049396-F saylı müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh kredit müqaviləsinin bitdiyi tarixə, yəni 09 mart 2021-ci il tarixə banka olan borcu əsas borc üzrə 7878.15 manat, faiz borcu üzrə 3324.58 manat müəyyən olunmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7878.15 manat əsas, 3324.58 manat faiz, 115.50 manat cərimə borcu olmaqla, cəmi 11318.23 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı Bank tərəfindən iddia tələbi “cavabdehdən 605.32 manat məbləğində əldən çıxmış fayda” hissəsində əsaslandırılmadığından təmin edilməməlidir. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7878.15 manat əsas, 3324.58 manat faiz, 115.50 manat cərimə borcu olmaqla, cəmi 11318.23 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli L-BK-0049396-F saylı kredit müqaviləsinə əsasən 7878.15 manat əsas, 3324.58 manat faiz, 115.50 manat cərimə borcu olmaqla, cəmi 11318.23 (on bir min üç yüz on səkkiz manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 126 manat dövlət rüsumunun 94%, yəni 118.44 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 6%, yəni 7.56 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən 100 manat ekspertiza xərcinin 94%, yəni 94 manat Cavabdeh, qalan 50%, yəni 6 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Agentliyindəki hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-195/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-195/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver