Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1963/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kamallı (Tağızadə) İmidə Nofəl qızına qarşı “borcun tutulması” barədə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: “X1 Azərbaycan” QSC Kamallı (Tağızadə) İmidə Nofəl qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 180 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi imzalanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2021-ci il tarixli, e-2(001)-1635/2021 saylı qətnamə çıxarılmışdır. Qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(103)-6783/2021 saylı qətnaməsi ilə şikayət təmin olunmamışdır. Nəticədə iddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək, borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixində ödənilən 1200 manat vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də, iddiaçı tərəfindən "xxxx" MMC-yə 180 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - Maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi Xidmət Haqqında” müqavilənin şərtlərinə uyğun olaraq Kamallı (Tağızadə) İmidə Nofəl qızı tərəfindən xx.xx.2023-cü il tarixində ödənilən 1200 manat "xxxx" MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 180 manat məbləğində xidmət haqqı ödənilmişdir. - "xxxx" MMC ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. - Həmin müqavilənin 5.1.1-ci bəndində göstərilmişdir ki, bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar "xxxx" MMC tərəfindən icra nəzarəti başlandıqdan sonra pul yığılması halında MMC-yə bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasından cəmi 15 faiz nisbətində hüquqi xidmət haqqı ödəyəcəkdir. - xx.xx.2023-cü il tarixli hesabat məlumatlarından görünür ki, cavabdehin xx.xx.2023cü il tarixində ödənilən 1200 manat məbləğində vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də, iddiaçı tərəfindən "xxxx" MMC-yə 180 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hesab edirəm ki, cavabdeh tərəfindən iddiaçı qarşısında olan öhdəliklərin icrası, yəni borcun ödənilməsi məhz "xxxx" MMC vasitəsi ilə təmin edildiyindən və iddiaçı bu xidmətlərə görə "xxxx" MMC-yə pul ödədiyindən, həmin pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərər kimi qəbul edilməli və cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Kamallı (Tağızadə) İmidə Nofəl qızından dəymiş zərərin əvəzi kimi 180 (yüz səksən) manat, habelə, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul tutularaq “X1” QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-1963/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1963/2024
04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver