Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1988/2024 19.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 03 avqust 2021-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan tərəflərin 31 dekabr 2022-ci il tarixdə bir uşaqları - X7 doğulmuşdur. Cavabdehlə nikahları iddiaçının iddia tələbi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4622/2023 saylı qətnaməsi ilə ləğv edilmiş və birgə nikahdan olan X4 iddiaçının yanında saxlanılması, X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə iddiaçının iddia tələbi Aylin Rüstəmzadə üç yaşına çatanadək, yəni 31 dekabr 2025-ci ilədək ona maddi köməklik göstərilməsi üçün 261 manat (2023-cü il üçün ölkə üzrə əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun məbləği) miqdarında alimentin cavabdeh tərəfindən ödənilməsi hissəsində təmin edilməmişdir. Qətnamə qəbul edildikdən sonra Cavabdeh iddiaçıya təkcə aliment məbləğini deyil, övladlarının hazırkı və gələcəkdə yaranacaq bütün zəruri xərclərini ödəyəcəyini, övladından heç nəyi əsirgəməyəcəyini bildirmişdir. Qətnamə qanuni qüvvəyə münmiş və icraya yönəldilmişdir. İlk aylarda cavabdeh tərəfindən hər ay 200 manat aliment ödənilmiş, daha sonra onun iş yerindən hər ay 137 manat rəsmi olaraq iddiaçının hesabına məbləğ köçürülmüşdür. Məbləğin 200 manat deyil 137 manat olmasının səbəbini cavabdehdən soruşulduqda, o, dərs saatlarının aşağı salındığını və bu səbəbdən əmək haqqı məbləğinin azaldığını, lakin hər ay onun özü tərəfindən əlavə 65 manat ödənilərək, alimentin 200 manat olmasının təmin ediləcəyi və uşağın digər bütün zəruri xərclərinin, özəl klinikada həkim müayinəsi, müalicə, peyvənd və sair xərclərin onun tərəfindən ödəniləcəyi bildirilmişdir. Cavabdeh 35 nömrəli 11 illik müsiqi məktəbində müəllim vəzifəsində işləyir, 700-800 manat məbləğində əmək haqqı alır. Bundan əlavə məktəb yaşlarında muğam müsabiqəsinin qalibi olmuş, uşaqlıqdan müxtəlif dövlət tədbirlərində, toy mərasimlərində və el şənliklərində Murad Laçınlı adı ilə müğənnilik fəaliyyəti ilə məşğul olur, rəsmi əmək haqqından əlavə mügənnilik fəaliyyətindən yüksək gəlir əldə edir və kifayət qədər yüksək təminatlı şəxsdir. Cavabdehin iştirak etdiyi rəsmi tədbirlər, mərasimlər, toy şənlikləri və kliplərini sosial şəbəkələrdə - “Youtube”da murad laçinli, “Facebook”da Murad Laçınlı, “İnstagram”da Murad_laçin adı ilə paylaşdığı rəsmi səhifələri mövcuddur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(001)-4622/2023 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh birgə nikahıarından olan qızları Aylin Rüstəmzadənin saxlanlılması üçün söz verdiyi əlavə xərcləri ödəməmiş, həmin müddətdə bir neçə dəfə xəstələnən uşağı həkimə aparmaqdan toylarının olması səbəbilə imtina etmiş, uşağın müayinə və dərmanlarına çəkdiyim xərcləri ödəməmişdir. Hər ay 65 manat əlavə ödəməsi üçün onun iş yerindən iddiaçının hesabına köçürülən 137 manat məbləğin şəklini çəkib ona göndərmək məcburiyyətində olmaq, uşağı həkimə aparmağı ondan xahiş edib rədd cavabı almaq, hər dəfəsində mübahisəyə düşmək, artıq söz eşitmək iddiaçı üçün – körpə uşağa təkbaşına baxan ana üçün gərginlik,əsəsb və stres yaradır. Sanki iddiaçı uşağının qanuni haqqını ya xahişlə, ya minnətlə, ya da dava ilə almalıdır. Uşağını həkimə aparmaqdan, müayinə, müalicə xərclərini ödəməkdən imtina edən şəxs uşağının nə indiki, nə də gələcək xərclərini ödəyəsi deyil. Bu sözlər qətnamə qüvvəyə minənədək verilmiş yalan vədlər idi. Halhazırda iddiaçı uşağının 3 yaşınadək analıq məzuniyyətindədir, hazırda hər ay 44 manat müavinət alır, uşağın 1 yaş altıayından 3 yaşınadək 28 manat alacaq (uşaq hazırda 1 yaş bir aylıqdır). Alment olaraq ödənilən 200 manat isə uşağın qida, geyim, uşaq bezi və diğər zəruri xərclərini belə qarşılamır. Yüksək gəlirli atası olan uşağı maddi cəhətdən rahatlıqla böyüdə və layiqincə qayğısına qala bilməyi, eyni zamanda cavabdehin işdən çıxması və ya dərs saatlarını daha da azaltması halının aliment məbləğinə təsirinin olmaması, habelə uşağın böyüdükcə artan xərclərini qarşılamaq üçün sabit aliment məbləğinin müəyyən edilməsi zəruridir və cavabdehin kifayət qədər gəlirli ata olaraq övladının əlavə xərclərinin ödənilməsində iştirakı qanunun tələbidir. Qeyd olunanlara əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4622/2023 saylı qətnaməsi ilə X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin miqdarının artırılaraq, tərəflərin birgə nikahından 31 dekabr 2022-ci il doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit alimentin və əlavə (zəruri) xərclərin ödənilməsi üçün 300 manat sabit pul məbləğinin, ümumilikdə manatın hər ay Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 izahatında məhkəməyə bildirdi ki, cavabdeh dərs saatlarını öz istəyi ilə azaltmayıb. O, dövlət musiqi məktəbində işləyir və dərs saatlarının azalıb-çoxalması ondan asılı deyil. Muğam müsabiqəsi müddətində və müsabiqə bitdikdən bir müddət sonra tələbələri çox idi, sonra həmin uşaqlar məktəbi bitirdi, yeni tələbələr isə o sayda gəlmədi. Oğlu muğam ifaçısıdır və hər gün toylara, şou proqramlara oxumağa getmir. Əsasən dövlət tədbirlərində, qazi toylarında iştirak edir. Hal-hazırda cavabdeh iddia ərizəsinin 235 manat hissəsini qəbul edir, qalan hissədə iddianı qəbul etmir. Belə ki, onun 235 manatdan əlavə pul ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4622/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X6 ilə Cavabdeh arasında Səadət Sarayında bağlanmış xx.xx.2021-ci il tarixli 892 saylı nikah qeydi ləğv edilmiş; nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X7 anası X3 yanında saxlanılması; xx.xx.2023-cü il tarixdən başlayaraq iş üzrə qətnamə çıxarılanadək xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment X3 xeyrinə tutulması qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsində ümumi təhsil musiqi məktəbində müəllim vəzifəsində işləyir və aldığı əmək haqqı 672,50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ... alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması ... tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, əhalinin sas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə uşağın maraqlarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4622/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin “hər ay … əlavə (zəruri) xərclərin ödənilməsi üçün 300 manat sabit pul məbləği”nə dair hissəsini əsaslı hesab etmir. Belə ki, hal-hazırda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində sadalanan əsasların mövcud olması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4622/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 31,76 (otuz bir manat yetmiş altı qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumu Cavabdeh dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-1988/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1988/2024
19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver