Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1990/2022 18.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı LPO Atabank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO Atabank ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı LPO Atabank ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, AtaBank ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 207NFPK saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 10300 manatməbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Bakı şəhəri 21 saylı notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixli RX seriyalı 186622 nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 2ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2021-ci il tarixli **********748 saylı bildirişlərin və xx.xx.2022-ci il tarixli **********356 saylı pretenziyanın göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 10323,60 manat təşkil edir. Bundan 10127,64 manat əsas, 195,84 manat faiz, 0,12 manat cərimə borcu təşkil edir. Tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi bank tərəfindən ipoteka qoyana bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Ona görə də, AtaBank ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 207NFPK saylı kredit müqaviləsinin ləğv edilməsinə, əsas borca görə 10127,64 manat, faiz borcuna görə 195,84 manat, cəriməyə görə 0,12 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 40 manat, dövlət rüsumuna görə 121 manat olmaqla cəmi 10323,60 manatın Cavabdeh LPO AtaBank ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzilə yönəlməsinə, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsinə, həmin əmlakın açıq hərracda satılmasına, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsinə və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh LPO AtaBank ASC-nin xeyrinə tutulmasına, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və ipoteka predmeti satıldıqdan sonra həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixinə təyin olumuş məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, AtaBank ASC-nin Nərimanov filalı ilə xx.xx.2019-ci il tarixli 207NFPK saylı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən ona 60 ay müddətinə qaytarmaq illik 1% dərəcəsi ilə 10300 manat məbləğində kredit verilmişdir. Aldığı kreditin qaytarılmasının təminatı olaraq o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzilini ipotekaya qoymuşdur. Maddi imkanı olmadığından borcunu vaxtında qaytara bilməmişdir. Bankın tələb etdiyi borc məbləği ilə razıdır. Özüdə mülkiyyətində olan mənzili satıb banka olan borcunu ödəmək istəyir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən AtaBank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 207NFPK saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 60 ay müddətinə qaytarmaq, illik 1% ödəmək şərti ilə 10300 manatkredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan kreditdən bankın Gənclik filialı ilə imzalanmış xx.xx.2014-cü il tarixli 4085NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restruktrizasiyası məqsədi üçün istifadə edəcəkdir. xx.xx.2019-cu il tarixli 207NFPK saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2024-ci il tarixədək olan dövr ərzində əsas borca görə 10300 manat, faiz borcuna görə 314,66 manat olmaqla cəmi 10614,66 manatı hissə-hissə banka qaytarmağı öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035, 33 saylı evin 13 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İpoteka saxlayan AtaBank ASC ilə ipoteka verən Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka verən xx.xx.2019-cu il tarixli 207 NFPK saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035, 33 saylı evin 13 saylı mənzilini ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035, 33 saylı evin 13 saylı mənzilinin xx.xx.2019-cu il tarixli 207 NFPK saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün AtaBank ASC qarşısında xx.xx.2019-cu il tarixli 207NFPK saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklülüyü qeydə alınmışdır. LPO AtaBank ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli 207NFPK saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borcu 10127,64 manat, faiz borcu 195,84 manat və cərimə borcu 0,12 manat olmaqla cəmi borcu 10323,60 manat təşkil edir. LPO AtaBank ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdən və xx.xx.2022-ci il tarixli pretenziyadan müəyyən olunur ki, ipoteka saxlayan ipoteka qoyana ipoteka predmetinə tutma yönəldilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. LPO AtaBank ASC-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, ipoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş və bildiriş qeydə alınmışdır. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xx.xx.2022-ci il tarixli 63 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Məhəllə 5035, 33 saylı evin 13 saylı mənzilinin bazar dəyəri 40000 manat, likvid dəyəri 35000 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.4.-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti İpoteka haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 319.5.-ci maddəsinə əsasən hərrac İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6.-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin xx.xx.2019-ci il tarixli 207NFPK saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya əsas borcunun 10127,64 manat, faiz borcunun 195,84 manat, cərimə borcunun 0,12 manat yaranması öz təsdiqini tapdığından, məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, borca görə cəmi 10323,60 manatın tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə, ipoteka predmeti satıldıqdan sonra boşaldılmasına dair iddia tələblərini əsaslı hesab edib təmin edir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı mülki iş üzrə keçirilən qiymətləndirmə nəticəsində ipoteka predmetinin likvid qiyməti müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti də bu qiymətləndirmə rəyi ilə müəyyən olunan ipoteka predmetinin likvid qiymətinə (35000 manat) əsasən təyin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 01 saylı xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə iddiaçının ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin də Cavabdeh tutularaq, ləğv prosesində olan AtaBank ASC-yə ödənilməsinə dair tələbi ilə bağlı qeyd edir ki, borcun iki dəfə cavabdehdən tutulması ilə nəticələnən bu tələb üzrə məhkəmə aktının qəbul edilməsinə zərurət yoxdur. İpoteka predmetinin satışı nəticəsində əldə olunan vəsaitin hazırkı qətnamə ilə tutulması müəyyən olunan pul vəsaitinin tam ödənilməsinə kifayət etmədiyi halı da qalıq borcun icra edilməməsi üçün əsas deyildir. Belə ki, icra sənədini icra edən icra məmuru İcra haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədini tam şəkildə icra etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. AtaBank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 207NFPK saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-ci il tarixli 207NFPK saylı kredit müqaviləsi üzrə əsas borca görə 10127,64 manat, faiz borcuna görə 195,84 manat, cəriməyə görə 0,12 manat, məhkəmə xərclərinə görə 161 manat olmaqla cəmi 10484,6 manat LPO Atabank ASC-nin xeyrinə tutulsun. Cavabdeh ipoteka premetinin qiymətləndirilməsi ilə bağlı xərclərə görə 200 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulsun. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035, 33 saylı evin 13 saylı mənzili ilkin satış qiyməti 35000 manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hazırkı qətnamə ilə müəyyən olunan borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilsin. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5035, 33 saylı evin 13 saylı mənzili satıldıqdan 1 ay sonra boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-1990/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1990/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver