Məhkəmə qərarları › İş №e-2(001)-2000/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2000/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2000/2022 04.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Expressbank ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Expressbank ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, iddiaçı Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli 100821-76363/10 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək 338,91 manat kredit ayrılmışdır. Bundan başqa iddiaçı Expressbank ASC ilə Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli 100821-76363/11 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh Hacıxəlil oğluna istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək 479,37 manat kredit ayrılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. 28.12.2021-ci il tarixinə cavabdehin 14.06.2019-cu il tarixli 100821-76363/10 saylı güzəştli kredit müqaviləsi üzrə 335,45 manat əsas borcu, 5,11 manat faiz borcu olmaqla ümumilikdə 340,56 manat borcu qalmış, 14.06.2019-cu il tarixli 100821-76363/11 saylı güzəştli kredit müqaviləsi üzrə isə 413,22 manat əsas borcu, 4,09 manat faiz borcu olmaqla ümumilikdə 417,31 manat kredit borcu qalmışdır. Ona görə də 14.06.2019-cu il tarixli 100821-76363/10 saylı güzəştli kredit müqaviləsi üzrə 335,45 manat əsas borc, 5,11 manat faiz borcu olmaqla, ümumilikdə 340,56 manat borcun, 14.06.2019-cu il tarixli 100821-76363/11 saylı güzəştli kredit müqaviləsi üzrə isə 413,22 manat əsas borc, 4,09 manat faiz borcu olmaqla, ümumilikdə 417,31 manat borcun, cəmi isə 757,87 manat kredit borcunun və məhkəmə xərclərinə görə 30,40 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Borcverən Expressbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli 100821-76363/10 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən müəyyən olunur ki, bank müştəriyə 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə 338,91 manat məbləğində kredit ayırmağı, müştəri isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Expressbank ASC-nin 28.12.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh 14.06.2019-cu il tarixli 100821-76363/10 saylı güzəştli kredit müqaviləsi üzrə 335,45 manat əsas borcu, 5,11 manat faiz borcu olmaqla cəmi 340,56 manat borcu vardır. Borcverən Expressbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli 100821-76363/11 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən müəyyən olunur ki, bank müştəriyə 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə 479,37 manat məbləğində kredit ayırmağı, müştəri isə müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Expressbank ASC-nin 28.12.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh 14.06.2019-cu il tarixli 100821-76363/11 saylı güzəştli kredit müqaviləsi üzrə 413,22 manat əsas borcu, 4,09 manat faiz borcu olmaqla cəmi 417,31 manat borcu vardır. Expressbank ASC-nin Cavabdeh ünvanladığı 18.10.2021-ci il tarixli 001|007|5349|2021 saylı və 001/007/5349/2021 saylı bildirişlərdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı 14.06.2019-cu il tarixli 100821-76363/10 saylı güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya 335,45 manat əsas borcu, 5,11 manat faiz borcu, 14.06.2019-cu il tarixli 100821-76363/11 saylı güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya 413,22 manat əsas borcu, 4,09 manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 757,87 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh 14.06.2019-cu il tarixli 100821-76363/10 saylı güzəştli kredit müqaviləsi əsas borca görə 335,45 manat, faiz borcuna görə 5,11 manat, 14.06.2019-cu il tarixli 100821-76363/11 saylı güzəştli kredit müqaviləsi üzrə əsas borca görə 413,22 manat, faiz borcuna görə 4,09 manat, məhkəmə xərclərinə görə 30,40 manat olmaqla cəmi 788,27 manat Expressbank ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar