Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2006/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 1.774 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 41,36 manat pulun, 400 manat vəkil xidmətlərinin əvəzinin və 41,16 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2.256,52 manat pulun cavabdehdən məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 27 aprel 2018-ci il tarixində AKX-0001081/04-2018 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəh sedilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və“X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxiləetmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 29 iyun 2018-ci il tarixli ******* saylı akt əsasında 1.944 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 170 manat ödəniş (tutulmalar) etmişdir. Beləliklə, cavabdehin dəymiş zərərin əvəzi olaraq 1.774 manat məbləğində borcu vardır. Yuxarda qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 41,36 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 1.815,36 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, 19 aprel 2017-ci il tarixdə “X1n” 2 nömrəli Əlavəyə uyğun olaraq, İddiaçı İB ilə 07/10696 nömrəli müqavilə bağlanmışdır. İddiaçı tərəflə 29 yanvar 2021-ci il tarixə qədər aralarında hər hansı mübahisə olmamış, yaxud ən azından bu tarixə qədər ona qarşı müqavilədən irəli gələn hər hansı bir irad və tələbin olmasından məlumatı olmamışdır. Belə ki, 19 yanvar 2021-ci il tarixdə İddiaçı İB-nin səlahiyyətli nümayəndələri tərəfindən akt tərtib edilərək, istifadəmdə olan sayğacın yenisi ilə əvəz edilməsi tələb edildi. Eyni zamanda sayğac dəyişikliyi ilə əlaqədar İddiaçı İB-yin tələbnaməsi əsasında tərəfindən tələb edilən pul vəsaiti tam həcmdə hazırkı iddiaçıya ödənilmişdir. Sonradan may-iyun 2021-ci il tarixdə ona məlum olmuşdur ki, İddiaçı İB tərəfindən iyun 2018-ci il tarixdə ona məxsus olan qaz sayğacı dəyişdiriləndən sonra, sayğac Qaz İdarəsinin əməkdaşları tərəfindən öz laboratoriyalarına təqdim olunmuşdur. Sayğacın əvəz edilməsi üçün əsas kimi “sayğac işlədicilərin saatlıq qaz sərfinə uyğun olmaması” olmuşdur. Onun məlumatı və iştirakı olmadan laboratoriya işçiləri sayğacı açaraq, həmin vaxt (iyun 2018-ci il tarixdə) Akt tərtib etmişdir. Bu akt əsasında iddiaçı ona qarşı cərimə tətbiq edilməyi qərara almışdır. iddiaçıya məxsus laboratoriyanın birtərəfli qaydada tərtib etdiyi Akt barədə məlumat əldə edəndən dərhal sonra, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli e-2(011)-5658/2021 saylı qətnaməsi əsasında, 1808 manat borcun onun hesabından silinməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclaslarında hazırkı iddiaçının nümayəndəsi iştirak etmişdir. Qanuni qüvvə almış məhkəmə qətnaməsinin olmasına baxmayaraq, iddiaçının başqa bir nümayəndə vasitəsi ilə Məhkəməyə eyni predmetiə bağlı iddia ərizəsi təqdim etməsi əsassızdır. Hazırda onun iddiaçıya cari borcu yoxdur. Qaydalara uyğun olaraq cari borc barədə hər ay “bildiriş” təqdim olunur. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində, tələb edilən zərər-borc məbləğinin hansı il və vaxt üçün olması bilərəkdən ərizədə göstərilməmişdir. Əslində bu iddia ərizəsi AR MPM-nin 149.2.3-cü maddəsinə uyğun olaraq, tələbin əsasını bilərəkdən göstərilməməklə qanun norması pozulmaqla, iddia bilərəkdən verilib. Eyni zamanda AR MM-nin 373-cü maddəsinə əsasən iddiaçı 3 il müddətində belə bir iddia ilə Məhkəməyə iddia ərizəsi təqdim etmək hüququnu bildiyi səbəbindən, bilərəkdən zərərin nə vaxt və nəyə görə yaranması tarixini qəsdən iddia ərizədə və qoşma sənəndlərdə göstərməmişdir. Qeyd olunanları, habelə Xətai Rayon Məhkəməsinin eyni tələblə əlaqədar qətnaməsini Məhkəməyə təqdim etməklə yanaşı, eyni zamanda iddiaçı iddia müddətini buraxdığı üçün onun iddia ərizəsi təmin olunmamalıdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(001)- 2006/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia tələbinə “dəymiş 1.774 manat maddi zərərin əvəzinin ödənilməsi” hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, hazırda cavabdehin debitor borcu 13,14 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh arasında 27 aprel 2018-ci il tarixdə bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AK- 0001081/04-2018 nömrəli müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər; **********00000 nömrəli abonent Cavabdeh məxsus abonentin saldosundan görünür ki, onun 2022-ci ilin aprel ayı üçün debitor borcu 13,14 manat təşkil edir. "xxxx" ASC-nin hesabdan çıxarışından görünür ki, İddiaçı tərəfindən Mirzayev and Partners” Vəkil Bürosuna 02 fevral 2022-ci il tarixdə bir neçə dəfə 400 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 07 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 41,16 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, tərəflər arasında 27 aprel 2018-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Lakin cavabdeh müqavilə öhdəliyini pozaraq ona ötürülən təbii qazın dəyərini təşkil edən 13,14 manatı iddiaçıya ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13,14 manat məbləğində debitor borcu İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı 41,36 manat debitor borcu tələb etməsinə baxmayaraq işdə olan abonent saldosundan görünür ki, cavabdehin hazırda debitor borcu 13,14 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin “pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 400 manat məbləğində xərcin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddiaçı həmin xərcin çəkilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış konkret olaraq hazırki iş üzrə 400 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin çəkildiyini sübut etmir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 41,16 manat məbləğində dövlət rüsumunun 0,3 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 13,14 (on üç manat, on dörd qəpik) manat məbləğində debitor borcu və ödənilmiş dövlət rüsumunun 0,3 (otuz qəpik) manatı İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-2006/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2006/2022
31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver