Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2009/2022 04.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı maddi ziyana görə 2160 manat, debitor borca görə 169,30 manat, məhkəmə xərclərinə görə 446,30 manat olmaqla cəmi 2775,60 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X5 Cavabdeh qarşı maddi ziyana görə 2160 manat, debitor borca görə 169,30 manat, məhkəmə xərclərinə görə 446,30 manat olmaqla cəmi 2775,60 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi X6 qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X5 ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə AK- 2/38335 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Azəriqaz İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Azəriqaz İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01070 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin X4 6.5-ci bəndinin və Qaz təchizatı haqqında Qanunun 6.2-ci bəndinin tələbləri pozularaq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1944 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat olmaqla cəmi 2160 manat X2 maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Aktlar üzrə yaranmış borc məbləğindən əlavə olaraq cavabdehin 07/2018-ci il tarixinə kimi 36,90 manat, 05/2020-ci il tarixindən 12/2021-ci il tarixinə ümumi olaraq 720,10 manat məbləğində qalıq borcu da qalmışdır. Digər tərəfdən cavabdehin 06/2020-ci il tarixinə istifadəsində olan smart kart tipli sayğacın göstəricisi mənfiyə getdiyindən 256,30 manat məbləğində borcu vardır. Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq sayğac vasitəsilə istifadə olunmuş təbii qaza görə olan 1013,30 manat məbləğində olan debitor borcundan 844 manat məbləğində ödəniş etdiyindən cavabdehin 169,30 manat məbləğində debitor borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçı Azəriqaz İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə 12/2021-ci il tarixinə ümumi 2329,30 manat təşkil etməkdədir. Ona görə də Cavabdeh iddiaçı Azəriqaz İB-yə vurduğu maddi ziyana görə 2160 manat, debitor borc üzrə 169,30 manat, 400 manat vəkil xidmətlərinin əvəzinin və 46,30 manat dövlət rüsumu da daxil olmaqla cəmi 2775,60 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərqaz İB-nin əməkdaşlarının onun barəsində qanunsuz tərtib etdikləri aktları o, mübahisələndirmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-1274\2022 saylı qətnaməsinə əsasən, Azəriqaz İB tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən ondan qaz sərfinə görəondan tələb olunan 1944 manat borcun silinməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)- 4810\2021 saylı qətnaməsinə əsasən isə ondan xx.xx.2020-ci il tarixli akta əsasən tələb olunan 216 manat borcun silinməsi qət edilmişdir. Debitor borca görə o, xx.xx.2022-ci il tarixdə Azəriqaz İB-yə 250 manat ödəniş etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). X3 Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli № AK2/38335 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilənin surətindən müəyyən olur ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüşdür. X1 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh məxsus yaşayış sahəsində istifadə olunan qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Azəriqaz İB-nin xx.xx.2018-ci il tarixli 29/1710-00621-1 MSK saylı aktından müəyyən olunur ki, G6 06498049 sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Sayğacın yivli birləşmələrinin üzərində ştutser olduğundan sınaq qurğusunda yoxlanması mümkün olmamışdır. X1 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli 29/1710-00621-1 №-li MSK saylı akta əsasən G6 06498049 sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması nəticəsində maddi ziyanın hesablanması qərara alınmış, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Bakı Regional Qazın Satışı Departamentinin İtirilmiş təbii qazın dəyərinin hesablanmasına dair xx.xx.2018-ci il tarixli aktın surətindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 9720 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-1274\2022 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək Azəriqaz İB tərəfindən xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh qaz sərfinə görə hesablanan 1944 manat borcun silinməsi qət edilmişdir. Azəriqaz İB tərəfindən tərtib olunan xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Zaur Əmraslanovun ünvanında istifadə olunan 1802AZ**********00 zavod nömrəli İtron tipli sayğac çıxarılaraq **********9 zavod nömrəli Zenner tipli sayğac quraşdırılmışdır. Azəriqaz İB-nin xx.xx.2020-ci il tarixli 29/1710-01156-1 MSK saylı aktının surətindən müəyyən olunur ki, 1802AZ**********00 zavod nömrəli sayğacın klapanın işlək olmadığı, yivli birləşmələrinin korroziyaya uğraması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıqların qırılması, göstəricilər arsında fərqin mövcud olması, LCD ekranda tarix bölməsində xx.xx.2020-ci ilin əks olunması, sayğacın yaddaş arxivinin oxunmadığı, sayğacda xx.xx.2019-cu il Alarm-1 rejimi aşkar olunmuşdur. X1 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Zaur Əmraslanova məxsus ünvanda istifadə olunan sayğacın klapanının işlək vəziyyətdə olmadığı, yivli birləşmələrinin korroziyaya uğradığı, sayğacda Alarm-1 rejimi aşkar olunmuş, Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 2160 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-4810\2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək Azəriqaz İB tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 216 manat borcun silinməsi qət edilmişdir. X5 tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qaz sərfiyyatına görə borcu 2329,30 manat təşkil edir. X5 tərəfindən Cavabdeh ünvanlanmış bildiriş-xəbərdarlığın surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən qaz sərfiyyatına görə Azəriqaz İB-yə xx.xx.2022-ci il tarixdə 250 manat ödəniş edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı Azəriqaz İB Cavabdeh ona maddi ziyana görə 2160 manat, debitor borcuna görə 169,30 manat olmaqla cəmi 2329,3 manat borcunun olmasını iddia etsə də, iddia tələbində istinad etdiyi bu halları sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, Azəriqaz İB-nin əməkdaşlarının Z.Ə. Əmrastanov barəsində tərtib etdikləri qanunsuz aktlara əsasən hesabladıqları 2160 manat maddi ziyan qanuni qüvvəsini alan məhkəmə aktları ilə silinmiş, cavabdeh tərəfindən debitor borca görə xx.xx.2022-ci il tarixdə 250 manat ödəniş edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ərizəsi əsassızdır, ona görə də təmin edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddia tələbində istinad etdiyi hər hansı bir halı sübuta yetirə bilməyən iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ X1 Cavabdeh qarşı maddi ziyana görə 2160 manat, debitor borca görə 169,30 manat, məhkəmə xərclərinə görə 446,30 manat olmaqla cəmi 2775,60 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2009/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2009/2022
04.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver