Məhkəmə qərarları › İş №e-2(001)-2017/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2017/2023

17.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2017/2023 17.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 13 mart 2020-ci il tarixli ALY-31 saylı X1 əsasında lizinqə verilmiş Ravon Nexia R3 minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, 2022-ci ilin aprel ayı və may ayının əvvəllərində iddiaçı Cavabdeh dəfələrlə zəng edərək icarə ödənişini verməsini, əks təqdirdə avtomobili geri qaytarmasını tələb etsə də, o, ödəniş etməmiş və avtomobili geri qaytarmaqdan imtina etmişdi. 05 may 2022-ci il tarixdə iddiaçı avtomobili Xırdalan şəhəri ərazisində aşkar etmişdir. Həmin vaxt avtomobildə nasazlıqlar və zədələr mövcud idi. Bundan sonra iddiaçı avtomobilin təmir olunması üçün “RS Avtoservis”-ə müraciət etdi. Orada avtomobilə baxış keçirilərkən avtomobilin ön sağ qanad, kompressor, gidrousilitel, rolun lentası və digər bir neçə detallarının yararsız vəziyyətdə olduğu və katalizatorunun yerində olmadığı, həmçinin avtomobildə dəmirçi, rəngsaz və çilingər işlərinin görülməli olduğu müəyyən edilmişdir. “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 2508 manat tələb olunmuşdu. Lakin Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”-də 2508 manat ödəyərək öz hesabına təmir etdirmişdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, tələbi qəbul etmir, tərəfindən iddiaçıya hər hansı ziyan vurulmamışdır. Belə ki, o, avtomobili iddiaçıdan götürdükdən sonra infarkt keçirmiş və uzun müddət xəstəxanada müalicə almışdı. Avtomobilə ziyan dəymiş olsa da, 2500 manatlıq olmayıb. Avtomobilin özünün indi qiyməti 8-9 min manatdır. Necə ola bilər ki, belə şişirdilmiş məbləğdə ziyan dəysin ona. Avtomobil cəmi 2 həftə sürülüb. Birinci həftəsinin pulu ödənilib. 500 manat da depozit verilmişdi. Həmin müddətdə o, özündə olmayıb, telefon zənglərinə də özündən başqa heç kim cavab vermir. Ona görə avtomobil qaytarılmayıb. Ailə üzvlərinin heç bu haqqhesabdan xəbərləri olmayıb. Maşın onun istifadəsində olan müddətdə vurulmayıb. Avtomobilə ziyan ona qədər vurulub. Ona artıq belə vəziyyətdə verilmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ALY-31 saylı X1ndən görünür ki, müqaviləyə əsasən Ravon R3 minik markalı avtomobil sonuncunun müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş və ona lizinq obyektini sublizinqə və ya kirayəyə vermək hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən və təhvil-təslim aktından görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən Ravon R3 minik markalı, 99PX891 dövlət qeydiyyat nişanlı avtomobil texniki baxımdan saz vəziyyətdə, heç bir qüsuru olmadan və bütün ləvazimatları yerində 48 ay müddətində gündəlik 22 manat ödəmək şərtilə Cavabdeh istifadəsinə verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 500 manat depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir; 6-cı məndinə əsasən isə, nəqliyyat vasitəsini icarəyə götürən şəxsin təqsiri üzündən nəqliyyat vasitəsinə dəymiş zərər göstərilən depozit məbləğindən aradan qaldırılmalıdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ALY-31 saylı X1nin 6.1-ci bəndinə görə, tərəflər razılaşırlar ki, lizinq alan lizinq obyektini öz vəsaiti hesabına X1 imzalandıqdan 1 il sonra zədələnmə, korlanma və oğurlanma risklərindən X1nin müddəti başa çatanadək sığortalamalıdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, lizinq alan İddiaçı müvəqqəti istifadə və sahibliyinə verilmiş Ravon Nexia R3 markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı olaraq "xxxx" ASC tərəfindən 08 oktyabr 2020-ci il tarixdə 90 manat məbləğində sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin aktla mübahisəli avtomobilin Xırdalan ərazisində, açarı maşının ayaqaltısında qoyularaq tərk edilmiş, “kompressor, gidrousilitel, ön sağ qanad, frion, balaca remen, yağdəyişmə tək, katalizator vs” hissələrinə ziyan vurulmuş vəziyyətdə aşkarlandığı aktlaşdırılmışdır. İş materiallarında olan RS Avtoservis tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Ravon Nexia R3 markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2508 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3220 saylı ekspert rəyində göstərilmişdir ki, “ ... nəzəri hesablama yolu ilə, iş materiallarında olan «RS» avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2362 manat müəyyən edilir”. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 14 saylı vəkil bürosunun hesabına 100 manat məbləğində pul ödəmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci mаddəsinə görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21- ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və cavabdehin məhkəmə iclasında verdiyi izahatı nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3220 saylı ekspert rəyi ilə müəyyən edilmiş 2362 manat məbləğdən müqavilə bağlanarkən ödənilmiş 500 manat depozit çıxılaraq 1862 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, cavabdehin avtomobilin nasaz hala salınmış hissələrinin dəyərini iddiaçıya ödəməli olması tərəflər arasında bağlanmış müqavilənin 1.8-ci bəndində, avtomobilə dəymiş zərərin depozit məbləği hesabına bərpa edilməli olması isə həmin müqavilənin 6-cı bəndində nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə iddia ərizəsini vəkilin göstərdiyi yardıma görə 100 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1862 (min səkkiz yüz altmış iki) manat məbləğində dəymiş ziyanın əvəzi, 100 (yüz) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc və ödənilmiş dövlət rüsumunun 38,62 (otuz səkkiz manat altmış iki qəpik) manat hissəsi tutularaq İddiaçınə ödənilsin. İdda ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar