Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2021/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixili notarial təsdiqli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 4300 manat pul vəsaiti borc vermişdir. Borc alan isə öz növbəsində xx.xx.2022ci il tarixinədək Borc verənə qaytarmağı öhdəsinə götürüb. Öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdən 4 aydan çox vaxt keçməsinə baxmayaraq Cavabdeh tərəfindən heç bir ödəniş olunamamış və hazırda 4300 manat ödənilməmiş borcu qalmışdır. “Kredo” Vəkil Bürosu ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli 52 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və onun tərəfindən 500 manat xidmət haqqı ödənilmişdir. Eyni zamanda İddiaçı tərəfindən onu təmsil etmək üçün vəkilə etibarnamənin verilməsinə görə 17.50 manat dövlət rusumu ödənilmişdir. Həm iddianın verilməsi üçün ödənilən dövlət rüsumu, həm hüquqi yardımın göstərilməsinə görə ödənilən vəsait, həm də etibarnmənin verilməsi üçün ödənilmiş rüsumun haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixədək qaytarılması şərtilə 4300 manat məbləğində borc verilmişdir. İş materiallarında olan 12255 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “Kredo” vəkil bürosuna hüquqi yardımın göstərilməsi üçün 500 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən nümayəndəsi və vəkili Nümayəndə etibarnamənin verilməsi üçün 17,25 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubunun məzmunundan göründüyü kimi, iddiaçı cavabdehdən 3 gün müddətində borcun ona ödənilməsini xahiş etmiş və əks halda məhkəməyə müraciət edəcəyi barədə cavabdehi məlumatlandırmışdır. İddia üzrə sübutetmə vəzifəsi bölüşdürərkən qeyd olunmalıdır ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulun cavabdehə verdiyini sübut etməlidir. İddiaçı həmin halın sübutu qismində tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Kredit müqaviləsini təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdar edilməsinə (*cavabdehə ünvanlanmış məktub məhkəməyə qaytarılsa da, məhkəmə tərəfindən onun adına qeydiyyatdan keçmiş bütün mobil nömrələrə sms bildiriş göndərilmiş və həmin sms bildirişlər cavabdehə çatdırılmışdır) baxmayaraq, ümumiyyətlə heç bir məhkəmə iclasına gəlməmiş və iddia ərizəsinə hər hansı etirazının olmasını məhkəməyə bildirməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Müki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tələb edilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, hüquqi yardıma görə tələb edilən məbləğ ağlabatan hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, 4300 manat borc, 500 manat hüquqi yardıma görə ödənilmiş xərc, etibarnamənin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 86,50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 4300 manat məbləğində borc, 500 manat hüquqi yardıma görə ödənilmiş xərc, etibarnamənin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 86,50 manat dövlət rüsumu, cəmi 4886,50 (dörd min səkkiz yüz səksən altı manat əlli qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-2021/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2021/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver