Məhkəmə qərarları › İş №e-2(001)-2034/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2034/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2034/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 01 may 2024-cü il tarixdə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 280463 (iki yüz səksən min dörd yüz altmış üç) manat zərərin və 513.42 (beş yüz on üç) manat (qırx iki) qəpik dövlət rüsumunun, cəmi 280976,42 (iki yüz səksən min doqquz yüz yetmiş altı) manat (qırx iki) qəpik vəsaitin cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin fevral ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində mənzil almaq üçün maraqlanan ərəfədə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən ərazidə Cavabdeh2 MTK-nın inşa etdiyi binada mənzil almaq qərarına gəlmişdir. MTK ilə aralarında bağlanan 14 fevral 2019-cu il tarixli ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunda 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqdan ibarət C04 saylı mənzili 108.273 manata almış və pulu bütöv şəkildə şirkətə ödəmişdir. Sonra həmin binadan 2-ci mənzil almaq qərarına gələrək 05 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən B blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.metr olan 4 otaqdan ibarət B03 saylı mənzili 172.190 manata almışdır. Hazırki vaxtadək aldığı mənzillər ona təhvil verilməmiş, oxşar hallarla bağlı cinayət işi açılmış və o, da zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət təqibi qaydasında müəyyən edilmişdir ki, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin icraçı direktor vəzifəsində işləmiş Cavabdeh4 və Cavabdeh2 MTK-ya faktiki rəhbərliyi həyata keçirmiş Cavabdeh3 öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin xüsusilə külli miqdarda ziyan vurmaqla əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Cavabdeh4, 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X26 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 5 faiz payla təsisçisi və 6 mart 2018-ci il tarixdən 6 mart 2020-ci il tarixədək icraçı direktoru vəzifəsində işləməklə həmin Cəmiyyətin Nizamnaməsinə və vəzifə təlimatına əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyə-uçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi, satışdan əldə olunan vəsaitlərlə əlaqədar maliyyə və kassa əməliyyatlarına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, üçüncü şəxslər və təsisçisi olduğu Cavabdeh2 üçün qanunsuz üstünlük, yəni özləri üçün qazanc, MTK-nin isə yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi və satışı sahəsində nüfuz, maliyyə vəsaitlərinin hesabına əlavə işlərin görülməsində ifadə olunan fayda, əldə etmək məqsədilə tanışı və kooperativə faktiki rəhbərliyi həyata keçirən Cavabdeh3 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Cavabdeh3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə sifarişçi qismində "xxxx" MMC ilə ünvan 2 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair podratçı qismində rəhbəri olduğu Cəmiyyət arasında bağlanılmış 5 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsi üzrə qeyd olunan ünvanda tikinti işlərinin icrasına faktiki olaraq 2018-ci ilin yanvar ayından başlayaraq tikinti işləri icra olunduğu müddət ərzində satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin, işin nəticəsinin 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) qaydasında ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, əlbir olduğu Cavabdeh3 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, həmin tikinti üzrə 2 nömrəli Forma aktı tərtib olunmadan və yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) həyata keçirilmədən tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 3 ünvanında yerləşən ofisində tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədlərimənzillərin, qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarının bir qismini şəxsən, digərlərinin isə istintaqa məlum olmayan şəraitdə imzalanmasına nail olub, müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub möhürləməklə təsdiq edərək qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 142 müqavilə üzrə müxtəlif ölçüdə yaşayış və qeyri-yaşayış sahələrini ayrı-ayrı şəxslərə, o cümlədən, həmin binanın C girişinin 16-cı mərtəbəsində yerləşən və ölçüsü 98.43 m2 olan 1 ədəd mənzili 108.273 manata özü ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, sonuncuya satmaqla, İddiaçı məxsus 108.273 (bir yüz səkkiz min iki yüz yetmiş üç) manat məbləğində əmlakını, ümumilikdə qeyd edilən qaydada 142 müqavilə üzrə 114 nəfərə mənzil və qeyri-yaşayış sahəsinin satışı üzrə əldə etdiyi cəmi 18.070.525,85 manat (on səkkiz milyon yetmiş min beş yüz iyirmi beş manat səksən beş qəpik) məbləğində pul vəsaitini Cavabdeh3 ilə arasında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib Cavabdeh3 T əmraz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 114 nəfərə məxsus ümumilikdə 18.070.525,85 manat (on səkkiz milyon yetmiş min beş yüz iyirmi beş manat səksən beş qəpik) məbləğdə pul vəsaitini ələ keçirib vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh3 T əmraz oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə qeyd edilən 114 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. Həmçinin Cavabdeh3, 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X26 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 MTK-nin faktiki rəhbəri vəzifəsində işləməklə həmin Cəmiyyətin Nizamnaməsinə və vəzifə təlimatına əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyə-uçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi, satışdan əldə olunan vəsaitlərlə əlaqədar maliyyə və kassa əməliyyatlarına nəzarət edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, üçüncü şəxslər və faktiki rəhbəri olduğu Cavabdeh2 MTK üçün qanunsuz üstünlük, yəni özləri üçün qazanc, MTK-nin isə yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi və satışı sahəsində nüfuz, maliyyə vəsaitlərinin hesabına əlavə işlərin görülməsində ifadə olunan fayda, əldə etmək məqsədilə tanışı və kooperativin 5 faiz payla təsisçisi və 6 mart 2018-ci il tarixdən 6 mart 2020-ci il tarixədək icraçı direktoru vəzifəsində işləyən Cavabdeh4 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Cavabdeh4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə sifarişçi qismində "xxxx" MMC ilə ünvan 2 ünvanında 3 girişli 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair podratçı qismində rəhbəri olduğu Cəmiyyət arasında bağlanılmış 5 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsi üzrə qeyd olunan ünvanda tikinti işlərinin icrasına faktiki olaraq 2018-ci ilin yanvar ayından başlayaraq tikinti işləri icra olunduğu müddət ərzində satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin, işin nəticəsinin 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) qaydasında ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, əlbir olduğu Cavabdeh4 ilə aralarındakı cinayətkar niyyətə uyğun olaraq, həmin tikinti üzrə 2 nömrəli Forma aktı tərtib olunmadan və yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) həyata keçirilmədən tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 3 ünvanında yerləşən ofisində tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməklə tərtib edilmiş saxta rəsmi sənədlərimənzillərin, qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarının bir qismini Cavabdeh4 tərəfindən, digərlərinin isə istintaqa məlum olmayan şəraitdə imzalanmasına nail olub, müəssisənin möhürünü birbaşa olaraq Cavabdeh4 vasitəsi ilə sənədə vurub möhürləməklə təsdiq edərək qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 142 müqavilə üzrə müxtəlif ölçüdə yaşayış və qeyri-yaşayış sahələrini ayrı-ayrı şəxslərə, o cümlədən, həmin binanın C girişinin 16-cı mərtəbəsində yerləşən və ölçüsü 98.43 m2 olan 1 ədəd mənzili 108.273 manata özü ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, sonuncuya satmaqla, İddiaçı məxsus 108.273 (bir yüz səkkiz min iki yüz yetmiş üç) manat məbləğində əmlakını, ümumilikdə qeyd edilən qaydada 142 müqavilə üzrə 114 nəfərə mənzil və qeyri-yaşayış sahəsinin satışı üzrə əldə etdiyi cəmi 18.070.525,85 manat (on səkkiz milyon yetmiş min beş yüz iyirmi beş manat səksən beş qəpik) məbləğində pul vəsaitini Cavabdeh4 ilə arasında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib Cavabdeh4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə qeyd edilən 114 nəfərə məxsus ümumilikdə 18.070.525,85 manat (on səkkiz milyon yetmiş min beş yüz iyirmi beş manat səksən beş qəpik) məbləğdə pul vəsaitini ələ keçirib vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə qeyd edilən 114 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa Cavabdeh2 MTKnın təsisçisi və sədri vəzifəsində işləmişCavabdeh1 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Cavabdeh1, 25 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X26 Qeydiyyatı idarəsi tərəfindən qeydiyyatdan keçmiş Cavabdeh2 50 faiz payla təsisçisi və xx.xx.2018-ci il tarixdən sədri vəzifəsində işləməklə həmin Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması, yaşayış binasının tikintisinə və tikinti xidmətlərinin aparılmasına nəzarət edilməsi, maliyyə-uçot işlərinin təşkili, icrası və nəzarətin həyata keçirilməsi və digər səlahiyyətlərə malik kooperativin fəaliyyətinə cari rəhbərliyin həyata keçirilməsi və operativ idarə edilməsi ilə əlaqədar təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü, üçüncü şəxslər və təsisçisi olduğu Cavabdeh2 üçün qanunsuz üstünlük əldə etmək, yəni Cavabdeh2 6 mart 2018-ci il tarixdən 6 mart 2020-ci il tarixədək icraçı direktoru vəzifəsində işləmiş Cavabdeh4 tərəfindən işlədiyi müddət ərzində istintaqa məlum olmayan şəxslər ilə alqı-satqısı həyata keçirilmiş yaşayış və qeyri-yaşayış sahələrinin başqa şəxslərin adlarına rəsmiləşdirilməsi və alınmış mal-materiala görə yaranmış borc öhdəliklərinin tanınması barədə müraciətlərinin rəsmiləşdirilməsi məqsədi ilə sifarişçi qismində "xxxx" MMC ilə qeyd olunan yaşayış binalarının inşa edilməsinə dair podratçı qismində rəhbəri olduğu Cəmiyyət arasında bağlanılmış 5 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı podrat müqaviləsi üzrə qeyd olunan ünvanda tikinti işləri icra olunduğu müddət ərzində satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi tərəfindən müqavilə üzrə görülmüş işlərin dəyərinin, işin nəticəsinin 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) qaydasında ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, həmin tikinti üzrə 2 nömrəli Forma aktı tərtib olunmadan və yerinə yetirilmiş işlərin dəyərinin əvəzləşdirilməsi (barter olunması) həyata keçirilmədən öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək tikintinin həyata keçirildiyi müddət ərzində kooperativin ünvan 3 ünvanında yerləşən ofisində rəsmi sənədləri-mənzillərin, qeyri-yaşayış sahələrinin satışına dair müqavilələrin və pul vəsaitinin alınmasına dair maliyyə arayışlarını imzalayıb, müəssisənin möhürünü birbaşa olaraq şəxsən sənədə vurub təsdiq etməklə qanunsuz və əsassız olaraq həmin binadan tərtib olunan cəmi 18 müqavilə üzrə ayrı-ayrı şəxslərin adına müxtəlif ölçüdə yaşayış, qeyri-yaşayış sahələri və mal-material alışı ilə əlaqədar borca dair təminat məktubu üzrə rəsmiləşdirmə aparmaqla, o cümlədən, həmin binanın B girişinin 13-cü mərtəbəsində yerləşən və ölçüsü 172.19 m2 olan 1 ədəd mənzili 172.190 manata özü ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, sonuncunun adına rəsmiləşdirməklə, ümumilikdə qeyd edilən 16 nəfərə münasibətdə cəmi 3.321.520,8 manat (üç milyon üç yüz iyirmi bir min beş yüz iyirmi manat səksən qəpik) dəyərdə mənzil və qeyri-yaşayış sahəsinin qeydiyyatına və malmaterial alışına dair 18 müqavilə üzrə rəsmiləşdirməni qanunsuz əsaslarla həyata keçirməklə, həmin 16 nəfər fiziki şəxsin əmlak hüquqlarına və bununla əlaqədar qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü, 4 - 35 səh.). Cinayət işinin materiallarında olan Cavabdeh2 MTK-nın icraçı direktoru Cavabdeh4 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışından görünür ki, C girişinin 16-cı mərtəbəsində yerləşən və ölçüsü 98.43 m2 olan 1 ədəd mənzilə görə sonuncu tərəfindən 108.273 (bir yüz səkkiz min iki yüz yetmiş üç) manat pul vəsaiti kooperativə ödənilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü, 126 səh.). Cinayət işinin materiallarında olan Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışından görünür ki, B girişinin 13-cü mərtəbəsində yerləşən və ölçüsü 172.19 m2 olan 1 ədəd mənzilin 172.190 (yüz yetmiş iki min yüz doxsan) manata sonuncu tərəfindən alınması rəsmiləşdirilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü, 133 səh.). İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək təqsirləndirilən şəxslər Cavabdeh4 və Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri, Cavabdeh1 həmin Məcəllənin 308.1 -ci maddəsi ilə təqsirləndirilmələrinə və hüquqi şəxs Cavabdeh2 Mənzil Tikinti Kooperativi barəsində CMnin 308.2-ci maddəsinə münasibətdə cinayət- hüquqi tədbirlərin tətbiq edilməsinə nəzərdə tutulan əməlləri törətmələri, əməllərində cinayət tərkibinin olmasını və onların təqsirlərini tam sübuta yetirilmiş hesab edilir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü, 146 səh.). Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələrində, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələrində, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Cinayət işi üzrə tərəfimdən mülki iddia verilməmişdir. Hökmlə mülki idda verməmiş zərərçəkmiş şəxslərə mülki iddianın mülkiprosessual qaydada verilmə qaydası izah edilmişdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-87/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü, 147, 163 səh.). Göründüyü kimi Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 cinayət əməllərini törətməklə ona cəmi 280463 (iki yüz səksən min dörd yüz altmış üç) manat zərər vurmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılarkən mülki iddia verməmişdir. O, indi iddia ərizəsi verərək 280463 (iki yüz səksən min dörd yüz altmış üç) manat zərərin və 513.42 (beş yüz on üç) manat (qırx iki) qəpik dövlət rüsumunun, cəmi 280976,42 (iki yüz səksən min doqquz yüz yetmiş altı) manat (qırx iki) qəpik vəsaitin cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 iddiaya münasibət bildirməmişlər. Həmçinin məhkəmə Cavabdeh2 Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Cavabdeh2 Mənzil Tikinti Kooperativinin icraçı direktoru Cavabdeh4 ilə İddiaçı arasında bağlanmış 14 fevral 2019-cu il tarixli, C-228/16 saylı müqavilədən görünür ki, Kooperativ ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunda 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqdan ibarət C04 saylı mənzili payçıya verməsini, payçı isə müqavilənin dəyərinin (108.273 manat) Kooperativə ödənilməsini öhdəsinə götürür. - 14 fevral 2019-cu il tarixli, 202 saylı maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunda 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqdan ibarət C04 saylı mənzilin dəyəri tam olaraq İddiaçı tərəfindən tam olaraq ödənilmiş və onun yuxarıda qeyd edilən müqavilə üzrə borcu yoxdur. - Cavabdeh2 Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli, B-004/03B saylı müqavilədən görünür ki, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda, 13cü mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.metr olan, 156.50 kv/metr izolə olunmuş, 4 otaqdan ibarət B03 saylı mənzili payçıya verməsini, payçı isə müqavilənin dəyərinin (172.190 manat) Kooperativə ödənilməsini öhdəsinə götürür. - 05 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.metr olan, 156.50 kv/metr izolə olunmuş, 4 otaqdan ibarət B03 saylı mənzilin dəyəri tam olaraq İddiaçı tərəfindən tam olaraq ödənilmiş və onun yuxarıda qeyd edilən müqavilə üzrə borcu yoxdur. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 1(101)- 87/2023 saylı hökmündən görünür ki, Cavabdeh2 MTK-nın icraçı direktoru Cavabdeh4 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, C-228/16 nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən C girişinin 16-cı mərtəbəsində yerləşən və ölçüsü 98.43 m2 olan 1 ədəd mənzilə görə sonuncu tərəfindən 108.273 (bir yüz səkkiz min iki yüz yetmiş üç) manat pul vəsaiti kooperativə ödənilməsi, həmçinin hökmə əsasən Cavabdeh2 MTK-nın sədri Cavabdeh1 ilə İddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, B-004/03B nömrəli müqavilə və pul vəsaitinin qəbuluna dair həmin tarixli maliyyə arayışına əsasən, B girişinin 13-cü mərtəbəsində yerləşən və ölçüsü 172.19 m2 olan 1 ədəd mənzilin 172.190 (yüz yetmiş iki min yüz doxsan) manata sonuncu tərəfindən alınmasının rəsmiləşdirilməsi qeyd edilmişdir. Bundan əlavə hökmə əsasən təqsirləndirilən şəxslər Cavabdeh4 və Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələri, Cavabdeh1 həmin Məcəllənin 308.1 -ci maddəsi ilə təqsirləndirilmələrinə və hüquqi şəxs Cavabdeh2 Mənzil Tikinti Kooperativi barəsində CM-nin 308.2-ci maddəsinə münasibətdə cinayəthüquqi tədbirlərin tətbiq edilməsinə nəzərdə tutulan əməlləri törətmələri, əməllərində cinayət tərkibinin olmasını və onların təqsirlərini tam sübuta yetirilmiş hesab edilərək, Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 178.4 və 308.2-ci maddələri, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 178.4 və 308.2-ci maddələri, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cavabdeh4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, AR CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Cavabdeh4 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilərək cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin 18 mart 2021-ci il tarixdən hesablanması və barəsində xüsusi müsadirə tətbiq edilməsi, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə barəsində həmin Məcəllənin 46.2ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, AR CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə Cavabdeh3 3 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin 27 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması və barəsində xüsusi müsadirənin tətbiq edilməsi, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı 18 dekabr 2023-cü il tarixdən hesablanması, Barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində "həbs” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Cavabdeh1 məhkəmə zalından həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxansına göndərilməsi və barəsində xüsusi müsadirə tətbiq edilməsi, Cavabdeh2 Mənzil Tikinti Kooperativi hüquqi şəxsi ləğv etmə növündə cinayət- hüquqi tədbir təyin edilməsi və əlavə cinayət-hüquqi tədbir qismində iki yüz min manat miqdarında cərimə təyin edilməsi, cinayət işi üzrə ekspertiza təhqiqatının dəyəri 140 manat manat təşkil edir. Həmin məbləğ Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 hər birindən 46 manat 66 qəpik olmaqla alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, zərərçəkmiş şəxslər X3 50.301 manat əldən çıxmış fayda, X9 38.412 manat əldən çıxmış fayda, 100.000 manat mənəvi zərər, X5 56.822 manat əldən çıxmış fayda, X10 35.211 manat əldən çıxmış fayda, 100.000 manat mənəvi zərər, X1 2.000 manat mənəvi zərər, X11 100.000 manat əldən çıxmış fayda, X8 59.241 manat əldən çıxmış fayda, 20.000 manat mənəvi ziyan, zərərçəkmiş şəxs X6 hüquqi varisi X12 2.000 manat mənəvi ziyan, X13 39.630 manat əldən çıxmış fayda, X7 müdafiəçiyə hüquqi yardım üçün ödədiyi 500 manat, X15 10.000 manat mənəvi ziyan, X16 15.000 manat mənəvi ziyan, X2 mənəvi zərər olan 15.000 manat, X17 mənəvi zərər olan 15.000 manat, X18 mənəvi zərər olan 2.000 manat, X14 Azərbaycana gəib-getdiyi təyyarə pulu 2571 ABŞ dolları və 727 evro, X19 2019-cu ildə bugünədək yaşamaq üçün kirayə ödədiyi 40.000 manat, mənəvi zərərərə görə 30.000 manat tələbi barədə mülki iddaları araşdırma tələb etdiyindən həmin zərərçəkmiş şəxslərə mülki iddianın mülki-prosessual qaydada verilmə qaydası izah edilməklə mülki iddalarının həmin hissələri baxılmamış saxlanılması hökm edilmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Maddə 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Məhkəmənin mövqeyi: Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin icraçı direktoru Cavabdeh4 ilə İddiaçı arasında bağlanmış 14 fevral 2019-cu il tarixli, C- 228/16 saylı müqaviləyə əsasən Kooperativ ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin C blokunda 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.metr olan 2 otaqdan ibarət C04 saylı mənzili payçıya verməsini, payçı isə müqavilənin dəyərinin (108.273 manat) Kooperativə ödənilməsini öhdəsinə götürmüş və 14 fevral 2019-cu il tarixli, 202 saylı maliyyə arayışına əsasən isə qeyd edilən mənzilin dəyəri tam olaraq İddiaçı tərəfindən tam olaraq ödənilmiş və onun yuxarıda qeyd edilən müqavilə üzrə borcu qalmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 Mənzil Tikinti Kooperativinin sədri Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli, B-004/03B saylı müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda, 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 172,19 kv.metr olan, 156.50 kv/metr izolə olunmuş, 4 otaqdan ibarət B03 saylı mənzili payçıya verməsini, payçı isə müqavilənin dəyərinin (172.190 manat) Kooperativə ödənilməsini öhdəsinə götürmüş və 05 dekabr 2019-cu il tarixli maliyyə arayışına əsasən isə qeyd edilən mənzilin dəyəri tam olaraq İddiaçı tərəfindən ödənilmiş və onun yuxarıda qeyd edilən müqavilə üzrə borcu qalmamışdır. Göründüyü kimi tərəflər arasında qarşılıqlı öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər tam olaraq yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Belə olan halda, məhkəmə, iddia ərizəsində qeyd edilən həmin halları, yalnız qoyulmuş iddia tələbləri çərçivəsində və iddia tələbinin təmin olunmasına təsir edə biləcək hədlərdə araşdırmaqla onlara hüquqi qiymət verir və qeyd edir ki, həmin hallar, qətnamədə istinad edilən digər əsaslarla yanaşı iddianın təmin olunması üçün əsas verir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 280463 (iki yüz səksən min dörd yüz altmış üç) manat zərər cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, (hazırda qanuni qüvvəsini alması barədə məhkəmədə heç bir məlumat olmasa da), iddiaçıya dəymiş maddi ziyanla bağlı istintaq orqanı tərəfindən araşdırma aparılmış və nəticədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 1(101)-87/2023 saylı hökmü ilə İddiaçı cavabdehlər tərəfindən ziyanın vurulması öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 513,42 (beş yüz on üç manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 280463 (iki yüz səksən min dörd yüz altmış üç) manat pul vəsaiti cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 513,42 (beş yüz on üç manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar