Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2038/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək əmlakın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizədə aşağıdakılar qeyd olunmuşdur “Yazıb sizə bildirmək istəyirəm ki, Mən İddiaçı Cavabdeh ilə xx.xx.2021 tarixində ailə qurmuşam. Ailə qurduqdan sonra onun narkotik istifadəçisi olduğunu bildim və valideynləriylə məsləhətləşib onu rehablitasiya mərkəzində 7ay müddətində müalicə etdirdik. Lakin ordan cıxıb 1 həftədən sonra Sənan yenidən narkotikə başladı. Bildirmək istəyirəm ki bizim bu nikahımızdan 1 övladımız var və hal hazırda 3 yaşındadır. Mənim maddi durumum evlilik müddətində xeyli pisləşdi. Çünki nə işləyə bilirdim nədə pul artıra qazandığım Sənanın borcalarına gedirdi və əlavədə Yasamalda nikahdan öncə aldığım evimi satmaq məcburiyyətində qaldım. Sənan ailənin yeganə oğul ovladıdır valideynləri də çox imkanlıdırlar. Bakı şəhərində və Şirvan şəhərində 5dən çox(mənim bildiyim) mənzilləri və obyektləri var. Mənim boşanacağımı bildikləri üçün oğullarının adına hecnə yoxdur. Evlilik dönəmində qaynanamın adına olan mənzildə qeydiyyata düşmüşəm. Keçmiş yoldaşım Sənan və qaynana qaynatam ayrildiqdan sonra nə mənə nə də ki övladıma heç bir maddi yardım etmədilər. və mən 3 yaşında uşaqla kirayədə qalıram və uşağın bağçasına hər ay 500azn ödəyirəm. Yazıb sizdən xahiş edirəm ki mənə qalmaq üçün evlərindən birində yer vermələrini əks təqdirdə alimenti artırmalarını təmin edəsiz. Çünki 4-5 banka borcum var özüm də 4dəfə əməliyyat olunmuşam. Əməliyyat olunma səbəbim də yoldaşım olub. onunla evlilik müddətində mənə 250000azn dən çox maddi zərər dəyib. Yoldaşım heç yerdə işləmir çünki narkotik istifadəçisidi və hələdə davam edir. Valiideyləri də hər gun ona 1000azn dən çox pul verirlər o da öz kefində yaşayır. Ya uşağımıza yaşamağa bir ev verilsin və maddi dəstə olunsun. Əgər bunları etmirlərsə atalıq hüququndan məhrum edilsin. Çünki ata deyilən şəxs övladını 1 kərə olsun axtarar. Mənim oğlum bu yaxınlarda xəstə oldu ona yazdım vəziyyətimizi xahiş etdim. Dedi dovlət 220azn aliment ayirib bəsinizdi. Çox xahiş edirəm belə ədalətsizliyə son qoyulsun . Mən bu günki gündə o adama gorə 2 evimi, maşınımı ,işimi, sağlamlığımı itirmişəm.qeydiyyatda olduğum evi arendaya veribler heç olmasa onu bizə versinlər.”. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia tələbi üzrə Cavabdeh qismində qeyd olunsada, ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Ərizədə göstərilən “evlərindən birində yer vermələri”, “əgər bunları etmirlərsə atalıq hüququndan məhrum edilsin”, “evi arendaya veriblər heç olmazsa onu bizə versinlər” ifadələrindən isə tələbin kimə və yaxud kimlərə yönəldiyi, bu tələbin (tələblərin) nədən ibarət olduğunu müəyyən etmək mümkün deyil. Yəni ərizədə iddianın predmeti, iddiaçının tələbləri, onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halların mövcudluğu aşkar olunmur. Belə olan halda ərizəyə məhkəmədə mahiyyəti üzrə baxılması qeyri-mümkün olduğu üçün iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2022/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, eləcə də İddiaçı tərəfindən (FİN – xxxxxxx) elektron qaydada ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi – ********** ödəniş tarixi – 25 oktyabr 2024-cü il) büdcədən İddiaçı qaytarılması qərara alınmışdır. Həmçinin ərizəçiyə izah edilmişdir ki, o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddəsinin tələblərini nəzərə almaqla, tələbinin predmetini və tələbinin yönəldiyi şəxslərin dairəsini aydın şəkildə müəyyən etdikdən sonra yenidən müvafiq məhkəməyə müraciət etmək hüuqundan istifadə edə bilər. Lakin buna baxmayaraq ərizəçi hazırda ərizəsini aydın şəkildə müəyyən etmədən, yenidən eyni ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini təqdim edilmiş sübutlar əsasında nəzərdən keçirərək hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə təkrar geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən (FİN – xxxxxxx) elektron qaydada ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi – **********38 ödəniş tarixi – 23 yanvar 2025-ci il) büdcədən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2038/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2038/2025
27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver