Məhkəmə qərarları › İş №e-2(001)-2064/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2064/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2064/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, «X2» Bakı filialının Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcun tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X2” Bakı filialı ilə Cavabdeh1 arasında bağlanmış 23 fevral 2022-ci il tarixli, 120 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya illik 17 faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi həmin tarixdə bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış, müqavilənin şərtlərinə əsasən, zaminlər kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin məsuliyyətini öz üzərilərinə götürmüşlər. Cavabdeh1 kredit müqaviləsinin şərtləri ilə müəyyənləşdirilmiş öhdəlikləri lazımınca icra etmədiyindən 07 aprel 2023-cü il tarixəd banka 9146,5 manat əsas, 824,61 manat faiz borcu olmaqla ümumilikdə 9971,11 manat borcu yaranmışdır. «X2” Bakı filialı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən yuxarıda göstərilən məbləğdə borcun və 117,13 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş həm poçt vasitəsilə yaşadıqları ünvana, həm də “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş şəklində göndərilməsinə baxmayaraq, onlar məhkəmədə iştirak etməmişlər. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən «X2» Bakı filialı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir, buna görə də, iddianın təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında bağlanmış zaminlik müqavilələrinə əsasən, onlar kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərnə götürdüklərinə görə məhkəmə hesab edir ki, onlara münasibətdə də iddia təmin edilməli, 9146,5 manat əsas, 824,61 manat faiz borcu olmaqla ümumilikdə 9971,11 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq «X2” Bakı filialına ödəniməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə “X2» ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 117,13 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X2» Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 9146,5 manat əsas, 824,61 manat faiz borcu olmaqla ümumilikdə 9971,11 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq “X2” Bakı filialına ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 117,13 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq «X2» Bakı filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar