Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-207/2024 25.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkili Vəkil1, Cavabdeh nümayəndəsi, vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin, ona əlavə edilmiş Əlavə sazişin ləğv edilməsi və pul tələbinə” dair və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin, ona əlavə edilmiş Əlavə sazişin ləğv edilməsi və pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan tələbini dəyişməklə, məhkəmədən Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” və onun əlavəsi olan xx.xx.2019-cu il tarixli 3M64 reyestr nömrə ilə qeydiyyat aparılan “İcarə müqaviləsi”nə Əlavə və Dəyişikliklər edilməsi barədə Sazişin ləğv edilməsi və icarə müqaviləsi üzrə ödənilməli olan icarə haqqından qalmış 230.000 (iki yüz otuz min) manat pulun, 5 (beş) il üçün əldən çıxmış faydaya görə ödənilməli olan pul müqabilində illik 5% olmaqla 230.000x5:100=11500x5=57.500 (əlli yeddi min beş yüz) manat pul vəsaitinin, ödənilmiş 577 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aramızda ünvan 1 ünvanında yerləşən obyektin icarəyə verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” və onun əlavəsi olan xx.xx.2019-cu il tarixli 3M-64 rey., nömrə ilə qeydiyyat aparılan “İcarə müqaviləsi”nə Əlavə və Dəyişikliklər edilməsi barədə Saziş bağlanmışdır. İcarə müqaviləsinin 4-cü bəndinə əsasən İcarəçi olan Cavabdeh müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən 1-ci (bir) il üçün hər ayın 05-dən gec olmamaq şərtilə 1500 (bir min beş yüz) manat, 2-ci il və ondan sonrakı illərdə 2000 (ikimin) manat icarə haqqı ödəməyi, daha sonra bağlanmış əlavə razılaşmaya əsasən isə qarşılıqlı olaraq İlkin müqavilənin 4-cü bəndinə edilmiş dəyişikliyə əsasən 1-ci il üçün hərayın 05-dən gec olmamaq şərtilə 4000 (dörd min) manat, 2-ci və 3-cü illərdə 5000 (beş min) manat, 4-cü il üçün 6000 (altımın) manat, 5-ci və ondan sonrakı illərdə isə hər ayı7000 (yeddimin) manat olmaqla icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsi 5 il müddətinə bağlanmışdır. Qeyd edilən müqavilənin 4-cü bəndinə uyğun olaraq Cavabdeh bügünə kimi 1) 2019-cu il üçün ödənilməli olan 44.000 (qırx dörd min) manaticarə haqqından cəmi 23.000 (iyirmi üç min) manat ödəmiş və 21.000 ( iyirmi bir min) manat ödənilməmiş icarə borcu qalmış, 2) 2020-ci il üçün ümumi ödəniləcək olan 60.000(altmış min) manat icarə haqqından 12.000 (on iki min) manat ödəmiş, 48.000 (qırx səkkiz min) manat ödənilməmiş icarə haqqı borcu qalmış, 3) 2021-ci il üçün ümumiödəniləcək olan 60.000 (altmış min) manat icarə haqqından 27.000 (iyirmi yeddi min) manat ödəmiş, 33.000 (otuz üç min) manat ödənilməmiş icarə haqqı borcu qalmış, 2022-ci il üçün ümumi ödəniləcək olan 72.000 (yetmiş iki min) manat icarə haqqından, 28.000 (iyirmi səkkiz min) manat icarə haqqı ödəmiş, 44.000 (qırx dörd min) manatödənilməmiş icarə haqqı borcu qalmış və 5) 2023-cü il üçün ümumi ödəniləcək olan 84.000 (səksən dörd min) manat icarə haqqından, həmin il üçün aprel ayının sonuna kimiicarə haqqı ödəməmiş, və bu il üçündə 84.000 (səksən dörd min) manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. hazırda cavabdehin icarə müqviləsinin bitmə müddətinə 230.000 (iki yüz otuz min) manat icarə haqqı borcu qalmışdır ki, ona dəfələrlə şifahi və rəsmi xəbərdar edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Cavabdehə rəsmi şəkildə də xx.xx.2022-ci ildə Xəbərdarlıq məktubu göndərək xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi”nə və onun əlavəsi olan xx.xx.2019-cu il tarixli 3M-64 rey., nömrə ilə qeeyiyyat aparılan “İcarə müqaviləsinə Əlavə və Dəyişikliklər edilməsi” barədə Saziş müraciət olunan tarixə ödənilməmiş icarə haqqı borcunun tam şəkildə ödəmədiyi halda icarə müqaviləsinin və əlavə sazişin ləğv olunması, icarə müqaviləsi üzrə (icarəmüqaviləsinin bitmə tarixinə) ödəməli olduğu icarə haqqının tam tələb edilməsi, əlavə olaraq əldən çıxmış faydaya və əlavə çıxmış digər xərclərin (məhkəmə, icra və s.) cavabdehdən tutularaq mənə ödənilməsi, eyni zamanda da icarə obyaktinin boşaldılıb mənə təhvil verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyim bildirilmişdir. Lakin cavabdeh bugünə kimi hər hansı addım atmamış və icarə haqqını ödəməkdən qəsdən yayınmışdır. Bu səbəbdən də məhkəməyə müraciyyət etməli olmuşdur. Cavabdeh müqavilə üzrə qalan 230.000 (iki yüz otuz min) manat pulu mənə ödənilməlidir. Eyni zamanda da cavabdeh 5 (beş) il üçün əldən çıxmış faydaya görə cavabdehin ödəməli olduğu pul müqabilində illik 5% olmaqla 230.000x5:100=11500x5=57.500 (əlli yeddimin beş yüz) manat ona ödəməlidir.
3. İddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmədən ünvan 2 ünvanında yerləşən “Han Garden” restoranın əsaslı təmirinə sərf etdiyi zəruri məsrəflərin əvəzi olaraq 360000 manat, ona vurulmuş maddi zərər qismində 57640 manat və mənəvi zərər qismində 30000 manat pul məbləğinin cavabdeh İddiaçı alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən obyekti 5 il müddətinə icarəyə götürmüşdür. Həmin müqaviləyə əsasən o, 1 il müddətinə hər ay 1500 manat, 2-ci və ondan sonrakı müddətlərdə 2000 manat icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Obyekti icarəyə götürdüyü zaman həmin obyekt iaşə obyektirestoran kimi əvvəllər istifadə edilmiş olsa da, ona icarəyə verildiyi dövrdə istifadəyə yararsız idi və obyektin əsaslı təmirə ehtiyacı var idi. İcarə müqaviləsi bağlandıqdan və obyekt təhvil verildikdən sonra obyekti əsaslı təmir eləməyə başlamış, müasir tələblərə cavab verməsi üçün 360000 manat vəsait xərcləmişdir. Obyekti bütün avadanlıqla təchiz etmiş və həmin obyektdə “Han Garden” restoranı adı altında fəaliyyət göstərməyə başlamışdır. Lakin 2022-ci ilin aprel ayında cavabdeh ona 28 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə sazişi təqdim edərək, onun bu sazişi imzaladığını bildirmiş və ondan hər ay üçün 7000 manat icarə haqqı ödəməyi tələb etdi. O, həmin sazişin saxta olmasını ona bildirdikə, icarə haqqını ödəmədiyi təqdirdə onu obyektə buraxmayacağını bildirdi. 2022-ci iyul ayının sonlarında cavabdeh axşam vaxtı həmin obyektin qapısını zəncirlə bağlayıb, qapının qarşısında avtomobil saxlayaraq, onun obyektə daxil olmağına maneçilik törətdi. Bundan sonra o, 28 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə əlavə və dəyişiklik edilməsi barədə sazişin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etdi. Cavabdeh də qarşılıqlı iddia ərizəsi verərək icarə müqaviləsinin və ona əlavə edilməsi barədə sazişin ləğv edilməsi, ödənilməmiş 141000 manat icarə haqqının, dəymiş ziyana görə 15000 manat, əldən çıxmış fayda kimi 29200 manat, qiymətləndirmə xidmətinə ödənilmiş 700 manat, dövlət rüsumunun əvəzi kimi 430 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaları məhkəmədə baxılan zaman o, həmin obyektdən qanuni surətdə istifadə etmiş, sifarişlər götürmüş banketlər, toylar təşkil etmişdir. Lakin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(001)-47/2022 saylı qərardadı ilə obyektdən onun və digər şəxslərin istifadəsi qadağan edilmişdir. Qərardad icraya yönəldilmiş və onun istifadəsi qadağan edilmişdir. Bunun nəticəsində obyektə daxil ola bilməmiş, götürdüyü sifarişi icra edə bilməmişdir. Lakin soyuducuya giriş-çıxışa qadağa qoyulmadı, çünki orada ərzaq məhsulları var idi. İddia tələbinə baxılaraq Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə onun müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmiş, müqavilənin ləğvi və icarə haqqı və digər pul məbləğlərinin ödənilməsi barədə qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Həmin qətnamə və qərardaddan tərəflər şikayət vermədiyindən qanuni qüvvəyə minmişdir. Bundan sonra da cavabdeh onu obyektə buraxmamış, elektrik enerjisini xətdən ayıraraq obyektin zirzəmisində olan soyuducudan istifadəsinin qarşısını almış, ona küllü miqdarda ziyan vurmuşdur. O cavabdehdən ümumlikdə 422640 manat pul tələb edir, bundan 1) 360000 manat restoranın yaxşılaşdırılmasına xərclənən vəsait, 2) Götürdüyü sifarişləri icra etmək üçün başqa restoranlara ödədiyi 25000 manat maddi zərər, 3) elektrik enerjisinin kəsilməsi nəticəsində xarab olmuş məhsullara görə 25500 manat maddi zərər, 4) fəaliyyət göstərmədiyi halda, ödəməyə məcbur olduğu ödənişlər qismində 7140 manat maddi zərər, 5) Mənəvi zərərə görə 30000 manat. 1-ci tələblə bağlı bildirir ki, obyektdə sanitar gigiyenik qaydalara cavab verən mətbəx, ayrıca kabinalar, restoran fəaliyyəti göstərilməsi üçün bütün müasir avadanlıqlar təchiz etmiş və buna görə 360000 manat pul xərcləmişdir. Hazırda həmin avadanlıqların çıxardılması da mümkün olmadığına görə həmin vəsaiti tələb edir. 2-ci tələblə bağlı bildirir ki, icarə müqaviləsi ləğv edilmədən onun restorana daxil olmağına qadağa qoyulduğu üçün onun götürdüyü toy təşkil etməli olduğu sifarişləri başqa restoranda etdiyinə görə, yəni sifarişçilərdən aldığı pulun üzərinə 25000 manat əlavə edərək başqa restoranlara verdiyi üçün dəymiş zərər. 3-cü tələblə bağlı bildirir ki, onların soyuducuda 500 manat dəyərində ərzaq məhsulu, 25000 manat dəyərində “Hollandiya” qızıl gülü var idi. 2022-ci ilin sonlarında bayramla əlaqədar soyuducudan gülləri götürmək istədikdə isə doyuducunun işləməməsini, elektrik enerjisinin kəsilməsini və nəticədə güllərin və ərzaq məhsulların məhv olmasını görmüşdür. 4-cü tələblə bağlı bildirir ki, fəaliyyət göstərmədiyi halda məcburi sosial sığorta ödənişləri üçün 3500 manat, kommunal xidmətlər üçün 1000 manat, vergiyə 840 manat, reklam üçün 1000 manat, işıqlandırma dekoru üçün 800 manat olmaqla, ümumilikdə 7140 manat məbləğində əlavə xərclərə məruz qalmışdır. 5-cu tələblə bağlı bildirir ki, bütün bu hallara görə mənəvi sarsıntı keçirmiş və ona mənəvi zərər vurulmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1502/2023 saylı qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə 2(001)-1502/2023 saylı mülki işlə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin, ona edilmiş əlavə sazişin ləğv edilməsi və.s” tələbinə dair iddiası üzrə 2(001)3353/2023 saylı mülki işə birlikdə baxılmaları üçün bir icraatda birləşdirilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti, prosesin digər iştirakçılarının ifadələri:
6. Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi, Vəkil1 iddiasını müdafiə etmiş, onlara qarşı yönələn iddianı qəbul etməmişdir. Öz iddialarına münasibətdə iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir.
7. Digər iddiaya münasibətdə isə bildirmişdir ki, iddiaçının icarəyə götürmüş olduğu ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış obyekti daim istifadədə və tam yararlı vəziyyətdə olmuş, təmirə ehtiyacı olmamış və iddiaçının icarəsinə verildiyi gündən cəmi 1 gün əvvələ kimi obyekt restoran kimi də fəaliyyət göstərmişdir. İcarəyə götürülmüş obyektdə əvvəllərdən sanitar gigiyenik qaydalara cavab verən mətbəx, ayrıca kabinalar mövcud olmuşdur və bütün müasir avadanlıqlarla təchiz edilmişdir ki, iddiaçının bu tələbləri əsassızdır. Bundan əlavə olaraq iddiaçı tərəfindən tələb edilən və ona məxsus olduğu iddia edilən əşyaların hansı əşyalardan ibarət olmasını bugünə kimi qeyd etməmiş və həmin əşyaların onlara məxsus olduğuna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa bildirmək istəyir ki, icarəyə götürülmüş obyektdə yalnız öz zövqlərinə uyğun dizayn olaraq içəridə olan əşyaların yerdəyişməsi olmuşdur ki, hətta bunu da icarəyə verəndən razılıq almamışdır. Həmçinin digər iddia üzrə iddiaçı Cavabdeh tərəfindən dəvət edilən şahidlər olmuşdur ki, onlarda hətta icarə obyektində işlər gördüklərini bildirsələr də bəzi şahidlər iddiaçı Cavabdehov Tofiq oğlu orda işçi kimi işlədiyini və pul vəsaitinin X13 tərəfindən verildiyini, işləri onun gördürdüyünü, digər şahidlər də pul vəsaitinin X6 mərhum oğlu tərəfindən verildiyini qeyd etmişdir. Bir şahid belə Cavabdeh təmir üçün pul aldıqlarına dair ifadə verməmişdir. Hətta şahid qismində dindiirlən X13 belə ifadəsində obyekti götürdüyünü və 300-400 min manat pul xərclədiyini bildirmişdir. Məhkəmədə şahid ifadələrindən başqa təmir işlərinin görülməsinə dair mötəbər sübut təqdim edilməmişdir. Hətta əgər icarə obyektində cuzi də olsa icarəyə verəndən razılıq almadan hər hansı yaxşılaşdırma işləri aparılmışdırsa belə, bu icarəyəverənin mülkiyyəti sayılır. Bu barədə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2-ci bəndində açıq-aydın qeydlər aparılmış və razılaşaraq iradə ifadəsi ilə müqavilə imzalanmışdır. Bununla bağlı məsələ “İcarə haqqında” AR Qanunun 9-cu maddəsinin 3-cü bəndində də tənzimlənmişdir. Bundan başqa iddiaçının digər tələbləri ilə bağlı sübutu olmadığından tələbi əsassızdır.
8. İddiaçı nümayəndəsi, Vəkil1 birləşdirilmiş iş üzrə iddiaya eyni məzmunlu yazılı qaydada etiraz təqdim etmiş və izahatlarında göstərdiklərindən əlavə bildirmişdir ki, iddiaçı əgər aldığı sifarişə görə 25000 manat ziyana düşdüyünü iddia edirsə, əksinə icarə haqqını ödəyib icarəyə götürdüyü obyektdə məclis təşkil edib xeyir götürərdi və icarəyə verənin icarə haqqını tələb etməsi ilə bağlı məhkəməyə müraciət etməsinə görə məsuliyyəti ola bilməz. Bundan əlavə guya elektrik enerjisindən xəttin ayrılmasına görə 25500 manat ziyana düşməsi barədə tələb də əsassızdır. Belə ki, əgər həqiqətən də obyektdə tez xarab olan malları var idisə, məhkəmə tərəfindən istifadələrinə qadağa qoyulan zaman məhsulların çıxarılması barədə vəsatət verə bilər və ziyandan yan keçə bilərdilər. Burda da onların məsuliyyəti yoxdur. Sosial və kommunal ödənişlərlə bağlı tələb də əsassızdır. Belə ki, müqaviləyə əsasən, icarəçinin iş fəaliyyəti üçün çəkdiyi, çəkməli olduğu xərclər, o cümlədən bütün kommunal xidmətlər, təmir və istismar xərcləri, vergi ödənişləri, dövlət büdcəsi ödənişləri özünə aiddir. Mənəvi zərərlə bağlı isə hər hansı sübut təqdim etməmişdir.
9. Məhkəmə iclaslarında İddiaçı nümayəndəsi, Vəkil1 verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən icarə müqaviləsi üzrə indiyənədək cəmi 90000 manat ödəniş edilmişdir. İcarəçi yalnız divar kağızı və başqa xırda işləri görə bilər və bu barədə onlara xəbər verilməyib. Həbs qoyulana qədər icarəçi obyektdən istifadə etmişdir. "xxxx" MMC-nin mütəxəssis rəyini onlar təqdim etsələr də, lakin həmin rəyi almaqda məqsədləri ondan ibarət olmuşdur ki, müvəqqəti təminat tədbiri kimi əşyaların çıxarılmasının qadağan edilməsi zamanı konkret əşyalar barədə icra məmuru siyahıya alsın və həmin vaxt cavabdehin istifadəsində olan obyektdən əşyalar götürülməsin.
10. Məhkəmə iclaslarında Cavabdeh nümayəndəsi, vəkili Vəkil2 onlara qarşı yönələn iddianı qəbul etməyərək, öz iddialarının dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, Cavabdeh əlavə sazişdən xəbəri olmamışdır. Hansı ki, müqavilə ilə sazişin imzalanması arasında 19 dəqiqə fərq olmuşdur və bu da inandırıcı deyildir. Obyekt onlara təmirsiz verilmişdir və Cavabdeh tərəfindən obyekt avadanlıqlara təchiz edilmiş və təmir edilmişdir. İcarəyəverən sonradan 7000 manat icarə haqqı tələb etdiyindən ödənişlər dayandırılmışdır. Restoranın əvvəlki adı “Qızıl gül” olmuş, Cavabdeh təmir elətdirdikdən sonra adını “Han garden” qoymuşdur. Restoranın yeni formada şəkilləri onlarda olmasa da, digər tərəf o biri mülki işdə restoranın əvvəlki və sonrakı vəziyyətlərinin fotoşəkillərini əks edilən mütəxəssis rəyi təqdim etmişdir.
11. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə aramızda bununla bağlı xx.xx.2019-cu ildə müqavilə bağlanılmışdır. Mənim əlavə razılaşmadan xəbərim yoxdur, oradakı imza mənim imzam deyil. Mənim imzam saxtalaşdırlıb. Obyektin kirayə haqqına görə iddiaçı ilə aramızda aylıq 1500-2000 manat civarında razılıq olub. Pandemiya dövründə demək olar ki, obyekt işləməyib. Bundan başqa mən obyektin ikinci mərtəbəsini yenidən təmir etmişəm.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir:- 2019-cu ildə İddiaçı oğlu İslamla mənim bacımın yoldaşı Cavabdeh arasında müqavilə bağlanaraq, obyekti icarəyə götürdük. Restoran icarəyə götürülən zaman restoranın yuxarı hissəsində 10 kabineti, aşağı hissəsində isə artırmalar olmuşdur. Obyekti icarəyə götürdükdən sonra mən təmir-tikinti işlərində iştirak etmişəm. İbrahimin deməsinə görə müqavilə bağlanan zaman ilkin olaraq restoranın icarə haqqı təmir bitənə kimi 1500 manat, 2019-cu ilin sonunda təmir bitdikdindən sonra restoranın icarə haqqı 2000 manat təşkil etmişdir. Lakin 2020-ci ildə pandemiyaya görə restoran işləməmişdir. 2021-ci ildə restoran az-az işləməyə başlamışdır. Samir adlı usta restoranın cam balkon işini görmüş, Mübariz adlı usta isə restoranda qaynaq işlərini görmüşdür. İbrahim restoranı icarəyə götürən zaman restoran çölünü kol-kos basmışdı. Daha sonra İbrahimin deməsinə görə İslam əlavə saxta müqavilə bağlamışdır. Əslində obyektin əksər hissənin maliyyə dəstəyi mənim və mərhum oğlum tərəfindən qoyulub. Restoranın təmiri-bərpasənda əvvəldən sonacan iştirak etmişəm və cavabdehlik daşımışam. Restoranın təmir-tikintisinə nəzarət etmişəm, İbrahimə təmannasız olaraq materialların alınmasında köməklik etmişəm. İbrahim obyekti 2000 manata icarəyə götürmüşdür. Notariusda müqavilə bağlanan zaman mən orada olmamışam. İbrahim restorana nə qədər pul xərcləməsini mənə deməmişdir. İbrahimlə obyektin sahibi arasında pandemiya dövründə mübahisə başlamışdır. Restoranın havalandırma işi İbrahim tərəfindən görülmüşdür. Hazırda pensiyaçıyam, obyekt icarəyə götürlən zaman Fövqəladə Hallar Nazirliyində işləyirdim. Oğlum Covid-19 virusundan vəfat etmişdir. Maliyyə dəstəyini mən göstərmişəm. İbrahim restoranı icarəyə götürən zaman mətbəxdə bir ədəd soyuducu və bir ədəd aliminiumdan stol olmuşdur. brahim obyekti icarəyə götürən zaman obyetkin sahibi tərəfindən obyektə heç bir əşya qoyulmamışdır. Obyektdə olan bütün əşyaları İbrahim qoymuşdur. Obyektin təmiri üçün müəyyən qədər pul vəsaiti İbrahimə borc vermişəm. İbrahim həmin pulu qaytaracaqdır. Şəxsən mən restoranın təmiri-bərpası üçün 300000-400000 manat İbrahimə borc vermişəm.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir:mən qaynaqçıyam, restoranın 1 və 2-ci mərtəbəsinin talvarını (navesini), birinci mərtəbənin stol-stulunu dəmirdən mən düzəltmişəm. Bundan başqa cam balkonun dirəklərini bərkitmişəm və pilləkənların qıraqlarına, yəni məhəccərlərinə görünməyən materialdan olan pol-karbonat vurmuşam. Mən Tofiqi mərhum oğluna görə tanımışam. Tofiq və oğlu Qızıl Gül restoranını işlədirdilər. Mən 2020-ci ilin əvvəllərində restoranının təmirini bitirmişəm. Biz restoranı təmir edən zaman restoran fəaliyyət göstərirdi. Mənə zəhmət haqqını Tofiqin oğlu mərhum Pərviz verirdi. Tofiq müəllim tikintiyə nəzarət edirdi. İbrahim restoranın müdiri idi. Mənə tam olaraq nə qədər zəhmət haqqı verilməsi yadımda deyil. Həmin dövrdə talvarın (navesin) quraşdırılmasının 1 kv.metri 15 manat təşkil edirdi. Birinci mərtəbənin stolstulunu dəmirdən mən düzəltmişəm. Manqal düzəltməyim yadımda deyil. Mən cam balkonun dirəklərini bərkitmişəm, cam balkonu isə başqa ustalar quraşdırıb. Restoranın icarə haqqının nə qədər təşkil etdiyini bilmirəm. Mən restoranda təmir edən zaman restoranın giriş qapısı, yəni darvazası var idi. Pilləkənların qıraqlarına, yəni məhəccərlərinə görünməyən materialdan olan pol-karbonat vurmuşam. Cavabdeh pul almamışam.
14. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir:mən restoranda hörgü və kafel-metlax işlərini görmüşəm. Mən restoranın podvalından başlayaraq dam örtüyünə kimi düzəltmişəm. Mən restoranının 90 kv.metrdən çox metlağını vurmuşam. Restoranın giriş hissəsinin styaşkasını da mən etmişəm. Mən sifarişi Tofiq müəllimdən almışam. Mən restoranda anbar tikmişəm, restoranın ikinci mərtəbəsinin kafelmetlax işlərini, çöldə sanitar qovşağının və mətbəxin kafel-metlağını vurmuşam. Bundan başqa giriş qapısının yerinə ağlayını vurmuşam. Mən restoranda işləməyə başlayarkən restoranın çöldə oturub çay içməyə belə yeri yox idi. Restoran üstü açıq idi. 2019-cu ilin axırlarında işə başladım, 2020-ci ilin iyun ayının 20-si tam işimi bitirib çıxmışam. Təmir gedən zaman restoran zəif işləyirdi. Mən restoranda işləyərkən paralel olaraq cam balkon ustası, qaynaqçı və elektrik işləyirdi. Mən restoranın kabinetlərində işləməmişəm. Restoranın ikinci mərtəbəsinin barının qarşısında mərmər işini görmüşəm. Xeyr, restoranın son vəziyyətini görməmişəm. Biz çöldə moyka tikdik. Belə ki, moykanı mətbəxdən çölə köçürtdük. Mən restoranda işlədiyim dövrdə çoxlu avadanlıq gətirilirdi. Biz işləyən zaman Pərviz müəllim işlərin tez bitməsini və restoranın açılışını etmək istəyirdi. Pərviz atası ilə birlikdə restoranı işlədirdi. Xeyr, Cavabdeh tanımırdım. Pulu Tofiq müəllimdən alırdıq.
15. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir:mən restoranlarda fırın, yəni kürə tikirəm. Materialı Tofiq və oğlu mərhum Pərviz almışdır, mən isə kürə tikmişəm. Mən Tofiqgilin 3 restoranında kürə tikmişəm. Tofiq zəhmət haqqına görə mənə 1200 manat pul vermişdir. Materialın təxmini bu günki qiyməti 4000 manat təşkil edir, lakin 5 il əvvəl materialın dəqiq qiymətini bilmirəm. İbrahimi tanımırdım, mənim restoranda 4 günlük işim olub, komandam ilə birlikdə kürəni 4 günə təhvil vermişəm. Mən işləyən zaman talvar (naves) tikilirdi. Mən təndir tikməmişəm. Xeyr, restoranın sonrakı vəziyyətini görməmişəm.
16. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir:mən dəstə şəklində obyektin kafel-metlax işini, divar kağızını, hörgü işlərini, rəngsaz işlərini görmüşəm. Mən obyekti sıfırdan təmir etmişəm. Mən obyektə işləməyə gələrkən obyektin mətbəxi və yuxarı mərtəbəsi var idi. Mən çöldə 8x4-ə mətbəx tikmişəm və içəridəki mətbəxi çölə çıxartmışam. Obyektin yerini betonladıq, kanalizasiya sistemini çəkdik, qazını çəkdik, daha sonra metlağını-kafelini vurmuşam və damını düzəltmişəm. Damın altında lambirin vurmuşam, lamibirin üstünə isə minvat steklovat vurmuşam. Restoranın giriş və çıxış hissələrinə qapılar qoymuşam. Restoranın içində isə santexnik işləri görmüşəm. Bundan başqa 4x6-ya podvalda soyuducu tikmişəm. Həmin yerində metlağını mən vurmuşam. Restoranın köhnə sanitar qovşağını da təmir etmişəm və oranı ət asmaq üçün soyuducu etdik. Cavabdeh və Tofiq müəllimi tanıyıram. Mən və dəstəmdə olan ustalar gördüyümüz işlərə görə təxminən 35000 manata qədər pul almışıq. 2019-cu ilin mart ayının sonlarında işə başladım və 2021-ci ilin sonuna kimi işləmişəm. Sonuncu işim damı düzəltmək olmuşdur. biz işləyə-işləyə restoran işləyirdi. Pulu Tofiq müəllim verirdi. Cavabdeh kassada otururdu. Biz işə başlayanda restoranın binası var idi, 1 ədəd taxtadan kabineti, 3-4 ədəd taxtadan arakəsmələri və mətbəxi var idi. 1-ci mərtəbə cam balkon düzəldildi. 2-ci mərtəbənin 105 kv.metr yerini betonladıq, üstündən isti pol, onun üzərindən metlax vurduq. Çingiz də mənimlə birgə işləyib. Kabinetlərin döəməsi mərmər idi, biz sadəcə qırıqları düzəltdik. 2-ci mərtəbənin yerinə əl dəyməmişik. Köhnə mətbəxdə olan moykaları çölə çıxartdıq, ora soyuducular, qaz plitələri qoyuldu və manqal var idi. 1-ci mərtəbədə yerləşən mətbəxin üstünü zal etdik və cam balkon da quraşdırdıq. 2-ci mərtəbənin zalı 105 kv.metr təşkil edir. 2-ci mərtəbə də, bir ədəd də 70-80 nəfərlik zal var idi. Oranı təmir etdik. 2-ci mərtəbənin sanitar qovşağını da təmir etmişik. Belə ki, sanitar qovşağın kafel-metlağını vurmuşuq, tavana isə alçıpan vurmuşuq. 2-ci mərtəbədə barı da biz düzəltdik. Materialları əsasən Tofiq müəllim alırdı. Obyektin zirzəmisində anbar tikdim. Qapısına pultla jaluz qoyduq. Obyektin icarə haqqı barədə məlumatım yox idi. 2-ci mərtəbədə 104 kv.metrlik zala metlax vurmuşam. Hətta metlağı səhv gətirmişdirlər, sonra yenidən dəyişdirdik. Restoranı İbrahimi işlədirdi, Tofiq isə material alırdı və İbrahimin yanına gəlirdi. İbrahim daimi obyektə olurdu, qapını səhər tezdən açırdı. Tofiq olmayanda deyirdi, pulu İbrahimdən götür, mən gələndə verəcəm. Məni usta kimi işləməyə Pərviz çağırmışdır. Belə ki, atasının işi olduğunu demişdir. Mənə 35000 manat pulu hissə-hissə olaraq Tofiq müəllim vermişdir. Obyekti İbrahim işlədirdi, sahibini tanımıram.
17. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir:mən elektrikəm. Restoranın bütün elektrik işini mən görmüşəm. Cavabdeh və Tofiq müəllimi tanıyıram. Materialı da Tofiq müəllim alırdı. Mən gördüyüm işin əvəzi olaraq 8500 manat pul almışam. Mən obyektdə 1 il işləmişəm. Mən eyni zamanda qırılan kabelləri də düzəltmişəm. Zala 1 ədəd çil-çıraq qoymuşam. Obyektin suvaq altı işlərini, patron və lampaları qoymuşam. Havalandırmanın cərəyanını sıfırdan mən vermişəm. 12 ədəd təzə kondisioner üçün naqil çəkmişəm. Dekor lampaların və giriş qapısının naqillərini mən çəkmişəm. Giriş qapısı pultla açılırdı. Televizoru başqa ustalar quraşdırırdılar. kameranı mən quraşdırmamışam. səhnə var idi, sıfırdan yığılmışdı, işığını mən vermişəm. Kabinetlərin elektrik yuvalarını düzəltmişəm, kondisionerin kabeli zəif idi, dəyişmişəm. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
18. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 1669.4 kv.m olan qeyri yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində **********89-06301 nömrə ilə qeydiyyat aparılmışdır.
19. İcarəyə verən-İddiaçı(onun əvəzinə X11) ilə icarəçi- Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə icarəyə verən ünvan 4 ünvanında olan obyektini 5 il müddətinə icarəyə verməyi, icarəçi isə restoran kimi istifadə edəcəyi sahəni təmiz, səliqəli saxlamağı, icarəyə verəndən əvvəlcədən icazə almadan orada əlavə tikinti aparmamağı və başqa dəyişikliklər etməməyi, təhlükəsizlik texnikası, yanğından mühafizə qaydalarına, sanitar gigiyenik normalara əməl etməyi, icarə müqaviləsinin qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətində martın 1-dən başlayaraq hər ayın 05-dən gec olmayaraq 1500 manat, 2-ci və ondan sonrakı illərdə 2000 manat icarə haqqı ödəməyi, hər ay kommunal xidmətləri, təmir və istismar xərclərini və vergi qanunvericiliyinə uyğun ödəmə mənbəyində vergini tutmağı və dövlət büdcəsinə ödəməyi öhdəsinə götürmüşdür.
20. İcarə müqaviləsinin şərtinə görə icarə obyektində icarədarın əlavə tikdiyi tikililər və quraşdırılmış əsas vəsaitləri müqaviləyə xitam verildiyi zaman icarədar həmin əlavə tikililəri və qurğuları sökmək və özü ilə aparmaq hüququna malik deyil. O halda mümkündür ki, əlavə tikdiyi tikililər və quraşdırılmış əsas vəsaitləri sökən zaman obyektə dəymiş ziyan köhnə vəziyyətinə gətirərək ödənilsin və təmir olunsun. İcarə obyektində icarədarın öz avadanlıqlarını müqaviləyə xitam verildiyi zaman dəyəri icarəyə verən tərəfindən ödənilmədikdə icarəçi özü ilə aparmaq hüququna malikdir.
21. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əlavə və dəyişiklər edilməsi ilə bağlı İddiaçı (onun əvəzinə X11) və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Saziş bağlanmışdır. Həmin sazişin şərtlərinə görə tərəflər icarə müqaviləsinin 4-cü bəndinin dəyişilməsi barədə razılığa gəlmişlər. Həmin dəyişikliyə görə icarəçi 1-ci il üçün 4000 manat, 2-ci və 3-cü illərdə 5000 manat, 4-cü il üçün 6000 manat, 5-ci və ondan sonrakı illərdə 7000 manat icarə haqqı ödəyəcəkdir.
22. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin MTT(001)-210/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin predmeti olan, ünvan 4 ünvanında yerləşən obyektə daxil olmaqla ondan istifadə etməsinə maneçilik törədilməsi İddiaçı qadağan edilmişdir.
23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-16(001)- 47/2022 saylı qərardadına əsasən, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən (han Garden restoran adı altında fəaliyyət göstərən iaşə obyekti) Cavabdeh və digər şəxslərin istifadəsi qadağan edilmişdir.
24. İddiaçı icarə müqaviləsi üzrə Cavabdeh borcunun qaldığını iddia edir və müqavilə müddətinin sonuna hesabladığı məbləği tələb edir.
25. Həmin iddia üzrə iddiaçı tərəf icarə müqaviləsi üzrə cəmi 90000 manat ödəniş edildiyini, icarə obyektindən xx.xx.2022-ci il tarixədək istifadə edildiyini qəbul edir.
26. Cavabdeh tərəf isə icarə müqaviləsi üzrə cəmi 90000 manat ödəniş etdiyini qəbul etsə də, icarə müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Sazişin şərtləri ilə razılaşmır və həmin sazişin etibarsız olduğunu bildirir.
27. Bununla belə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5184/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı qarşı “müqaviləyə əlavə və dəyişkliklərin edilməsinə dair sazişin etibasız hesab edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və hazırki iddiaya etirazın dəlilləri ilə eyni olan əsaslarla xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əlavə və dəyişiklər edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli Sazişin etibarsızlığını tələb etmiş və iddiası rədd edilmişdir.
28. Həmin mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinin və ona dəyişiklik edilməsi barədə sazişin” ləğv edilməsi, ödənilməmiş 141000 manat icarə haqqının, dəymiş ziyana görə 15000 manat, əldən çıxmış fayda kimi 29200 manat, qiymətləndirmə xidmətinə ödənilmiş 700 manat, dövlət rüsumunun əvəzi kimi 430 manat məbləğində pulun tutulması, Cavabdeh ünvan 4 ünvanındadkı qeyri-yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmaları barədə qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia pretenziya qaydasına əməl edilmədiyinə görə baxılmamış saxlanılmışdır.
29. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanan məktubdan görünür ki, 3 iş günü ərzində yaranmış 146000 manat icarə haqqı borcunu ödəməsi, əks halda icarə müqaviləsinin və əlavə sazişin ləğv olunması, icarə müqaviləsi müddətinin sonuna icarə haqqının və.s zərərin tutulması, icarə obyektindən çıxarılma barədə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
30. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbini irəli sürmüş və iddiasını şahid ifadələri ilə və cavabdehin təqdim etdiyi mütəxəssis rəyinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh tərəf isə yuxarıda göstərilən qaydada iddiaya etiraz etmişdir.
31. Məhkəmə tərəfindən iki dəfə ekspertiza keçirilmiş və birinci ekspertiza üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininin xx.xx.2024-cü il tarixli, 9/10167 saylı rəyinə əsasən ekspert müəyyən etmişdir ki, ekspert baxışına təqdim olunan 71 adda əşyanın istifadədə olunması nəzərə alınmaqla hazırki vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri 109934 manat, təqdim olunmayan 11 adda əşyanın nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 16200 manatdır.
32. Təmir işlərinə, quraşdırma-tamamla işlərinə nə qədər vəsait xərclənməsi barədə ekspert qarşısında sual qoyulsa da, həmin sual üzrə tədqiqat aparılmamış və məhkəmə iclasında ekspert Elvin Qəhrəmanovun iştirakı ilə həmin məsələ aydınlaşdırılmışdır. Ekspert məhkəmə iclasında verdiyi ifadəsində təmir, quraşdırmatamamlama işlərinin qiymətinin müəyyən edilməsinin tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olduğunu, onun isə əmtəəşünaslıq üzrə ekspert olduğunu bildirmiş, tərtib etdiyi rəyində yalnız əşyaların qiymətlərini müəyyən etdiyini göstərmişdir. Eyni zamanda kompleks ekspertiza keçirildiyi halda tikintiyə xərclənən vəsaitin də müəyyən edilməsinin mümkünlüyünü məhkəmənin nəzərinə çatdırmışdır.
33. Bundan sonra məhkəmə tərəfindən kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilsə də, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tədqiqat obyekti iş materiallarında göstərilən ilkin vəziyyətdə olmadığından ekspertizanın aparılmasından imtina edilmişdir.
34. Təkrar ekspertiza keçirilməsinin mümkünlüyünü müəyyən etmək üçün məhkəmə tərəfindən tədqiqat obyektinə yerində baxış keçirilmiş və mövcud vəziyyətin iş materiallarında olan ilkin vəziyyəti əks etdirən fotoşəkillərdən əhəmiyyətli dərəcədə fərqli olduğu( hazırki vəziyyətdə obyektin bir hissəsi market, kabinetlər olan hissəsi isə tamamilə sökülərək yenidən təmirdədir) müəyyən edilmişdir. Bu əsasla da yenidən ekspertiza keçirilməsi barədə vəsatət təmin edilməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
36. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
37. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
38. 445.7(əvvəlki redaksiyada). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
39. 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri.
40. 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir.
41. 681. Kirayəçinin əşyaya əlavə etdiyi qurğunu götürmək hüququ vardır. Yaşayış otağı kirayəçisinin qurğunu götürmək hüququnu istisna edən razılaşmanın qüvvəsi yoxdur.
42. 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
43. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
44. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
45. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
46. 704.2-ci maddəsinə əsasən icarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur.
47. “İcarə Haqqında” Azərbaycan Respublikası Qanununun:
48. 9.3-cü maddəsinə əsasən əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda icarəyəverən həmin binaların və qurğuların bazar dəyərini icarəçiyə ödəməlidir. İcarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur.
49. 9.5-ci maddəsinə əsasən İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.
50. 9.6-cı maddəsinə əsasən İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin.
51. 9.7-ci maddəsinə əsasən İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər.
52. Birinci iddianı məhkəmə qismən əsaslı hesab edir.
53. Belə ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Hansı ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsi və ona dəyişiklik edilməsi barədə sazişə əsasən icarəçi ünvan 4 ünvanında yerləşən obyekti 5 il müddətinə icarəyə götürmüş və mart ayının 1-dən ödəməyə başlamaqla 1-ci il hər ay üçün 4000 manat, 2-ci və 3-cü illərdə hər ay üçün 5000 manat, 4-cü ildə hər ay üçün 6000 manat, 5-ci ildə hər ay üçün 7000 manat icarə haqqı ödəməli idi. Lakin icarəçinin icarə haqqını ödəmədiyinə görə icarəyə verən müqavilədən birtərəfli imtina etmiş, müqavilənin ləğv edilməsi və yaranmış icarə borcunun tutulması tələbi ilə məhkəməyə müraciət etsə də, iddiası baxılmamış saxlanılmış, məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı ilə icarəçinin icarə obyektindən istifadəsi qadağan edilmiş və həmin vaxtdan icarə obyekti icarəyə verənin(mülkiyyətçinin) sahiblik və istifadəsinə qayıtmışdır. Bundan əlavə işin mübahisəsiz halı kimi müəyyən edilir ki, icarəçi icarə obyektindən çıxarılana kimi cəmi 90000 manat icarə haqqı ödəmişdir.
54. Göründüyü kimi icarəçi 2019-cu ilin fevral ayı daxil olmaqla (mart ayından ödəməyə başlamaqla) 2019-cu il üçün 44000 manat, 2020-ci il üçün 60000 manat, 2021ci il üçün 60000 manat, 2022-ci ilin oktyabr ayınadək 9 ay üçün (avqust-sentyabr aylarından icarəçinin icarə obyektindən istifadəsi ilə bağlı maneələr başlamışdır, oktyabr ayından isə tamamilə istifadəsi qadağan edilmişdir) 54000 manat olmaqla, ümumilikdə 218000 manat ödəməli olsa da, cəmi 90000 manat ödəniş etmişdir. Göründüyü kimi icarəçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş və müqavilənin şərtini pozmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, icarəyə verən müqavilədən imtina etməklə icarə haqqına görə yaranmış 128000 manat borcu icarəçidən tələb etməkdə haqlıdır. Cavabdehin bu hissədə etirazının dəlillərini məhkəmə ona görə əsassız hesab edir ki, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamasi vardır və Mülki- Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
55. Məhkəmə əldən çıxmış fayda qismində illik 5 faizlə tələb edilən məbləğə aid hissədə də iddanı qismən əsaslı hesab edir. Belə ki, tərəflər, xüsusi olaraq icarəyə verən faktiki olaraq öhdəliyin hissə-hissə icrası ilə bağlı mövcud vəziyyətlə razılaşmış, müqavilə üzrə ödənilən məbləğləri əvvəlki borclardan ardıcıllıqla silinmə qaydasında münasibətlərini davam etdirmişlər. Bu səbəbdən də borclunun icranı gecikdirməsi kreditorun müqavilədən imtina etdiyi, yəni xx.xx.2022-ci il tarixdən başlanmalı və məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixə olan 189 gün gecikmə gününə münasibətdə yaranmış borc tələbi əsaslı hesab edilməlidir. Belə olan halda borcludan icranı gecikdirməsi nəticəsi gecikdirilmiş vaxt üçün illik 5 faizlə tutulmalı olan məbləğ 3360 (128000x5% : 360 x 189) manat məbləğində müəyyən edilməli və Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə əsasən iddiaçıya ödənilməlidir.
56. xx.xx.2019-cu il tarixli “İcarə müqaviləsi” və onun əlavəsi olan xx.xx.2019-cu il tarixli 3M64 reyestr nömrə ilə qeydiyyat aparılan “İcarə müqaviləsi”nə Əlavə və Dəyişikliklər edilməsi barədə Sazişin ləğv edilməsi barədə iddia tələbini isə məhkəmə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli plenum qərarında göstərilmişdir ki, Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Odur ki, kreditor müqavilədən imtina edərək və bunu müqavilənin digər tərəfinə bildirərək müqavilə üzrə yaranmış borcu tələb etdiyindən artıq tərəflər arasında olan müqavilənin ləğv edilməklə xitam verildiyi hüquqi nəticəsi yaranmışdır və bunun üçün ayrıca məhkəmə qərarının qəbul edilməsinə zərurət yoxdur.
57. Cavabdeh maddi və mənəvi zərərin tutulması ilə bağlı iddiasını məhkəmə qismən əsaslı hesab edir. Həmin iddia üç hissədən ibarət olduğundan məhkəmə hər bir iddiaya ardıcıllıqla qiymət veriməsini zəruri hesab edir.
58. Tikinti-təmirə xərclənən vəsaiti münasibətdə məhkəmə iddianı qismən əsaslı hesab edir.
59. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş şəkillərdən, dindirilmiş şahid ifadələrindən müəyyən edilmişdir ki, icarəçi icarə müqaviləsi bağlanandan sonra icarə obyektində tikinti-təmir işləri görmüş, avadanlıqlar quraşdırmış, restoran fəaliyyəti ilə bağlı əşyalar almışdır. Sonradan icarəyə verən icarəçinin müqavilə üzrə öhdəliyini icra etməməsinə əsaslanaraq müqavilədən imtina etmiş və icarəçinin icarə obyektinə daxil olmasını qadağan etmiş və keçən müddət ərzində icarəçinin yaxşılaşdırmalarının dəyərini ödəməmiş, ayrıla bilən qurğularını, əşyalarını qaytarmamışdır. Cavabdehin bu hissədə etiraz olaraq bildirdikləri, yəni icarə obyektinin əvvəllər də restoran kimi fəaliyyət göstərməsi və iddiaçı tərəfindən hər hansı təmir tikinti işləri aparılmaması barədə mülahizələri tədqiq edilmiş sübutlarla təqzib edilir. Belə ki, icarə obyektinin əvvəllər “Qızıl Gül” restoranı olaraq fəaliyyət göstərməsi işin mübahisəsiz halı olsa da, onun əvvəlki vəziyyətinə dair şəkilləri ilə sonrakı vəziyyəti barədə şəkillərinin vizual olaraq müqayisəsi icarə obyektində əsaslı olaraq təmir işlərinin aparıldığını təsdiq edir. Bundan əlavə dindirilən şahidlərin ifadələrinin mötəbərliliyini istisna edən hal məhkəmə tədqiqatı zamanı müəyyən edilməmişdir, əksinə şahidlər işin faktiki hallarına uyğun gələn, bir-birini tamamlayan ifadələr verməklə mübahisələndirilən məsələlər barədə obyektiv qənaət formalaşdırmışlar.
60. Bundan əlavə məhkəmə cavabdehin icarəçinin şəxsən tikinti-təmirə vəsait xərcləmədiyi, hətta hər hansı vəsait xərclənmişsə belə, bunun X13 tərəfindən edildiyi barədə etirazının dəlillərini əsassız hesab edir. Çünki həmin məsələ öz təsdiqini tapsa belə, işin mahiyyəti üzrə həlli istiqamətində hər hansı əhəmiyyət kəsb etmir. Hansı ki, icarəyə verən məhz icarə müqaviləsinə əsaslanaraq icarəçidən icarə haqqı tələb edir və icarəçi də məhz həmin əsasla icarə obyektində apardığı yaxşılaşdırmalarının, quraşdırdığı avadanıqlarının, icarəyə verəndə qalan əşyalarının dəyərini tələb edir. Həmin vəsaitin əslində kimə məxsus olması icarə müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinə təsir etmir.
61. Bununla belə, məhkəmə iddiaçının təmir-tikinti, quraşdırma, tamamlama işlərinə, bir sözlə icarə obyektinin yaxşılaşdırılması və fəaliyyət göstərməsi üçün çəkdiyi xərclərə görə tələbini qismən əsaslı hesab edir. Belə ki, məhkəmə tərəfindən iş materiallarında olan, digər işdə İddiaçı nümayəndəsi tərəfindən təqdim edilən "xxxx" MMC-nin mütəxəssis rəyinin əsasında ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən təmir xərcləri istisna olmaqla icarə obyektinin yaxşılaşdırması üçün 126134 manat vəsait xərcləndiyi müəyyən edilmişdir. Hansı ki, bura həm avadanlıqlar, həm də restoran fəaliyyəti üçün gərəkli olan əşyalar aiddir və qeyd edilən mütəxəssis rəyində həmin əşyalar sadalanmışdır. Bu hissədə məhkəmə cavabdehin mütəxəssis rəyi almaqdakı məqsədləri barədə etirazının dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh tərəf həmin qiymətləndirməni məhz müvəqqəti təminat tədbiri verilən zaman əmlakın siyahıya alınması ilə bağlı apardıqlarını bildirsələr də, lakin müvəqqəti təminat tədbiri barədə ərizə ümumiyyətlə icarə obyektindən istifadənin qadağan edilməsi ilə bağlı olmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 5184/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı qarşılıqlı tələblərindən biri Cavabdeh əşyaları ilə birlikdə icarə obyektindən çıxarılması olmuşdur və həmin iş üzrə İddiaçı nümayəndəsi X2 məhz həmin tələbə aid hissədə sözügedən mütəxəssis rəyinə istinad etmişdir. Odur ki, məhkəmə qeyd edilən mütəxəssis rəyi əsasında aparılan ekspertiza tədqiqatı ilə müəyyən edilən məbləği əsaslı hesab edir.
62. Bununla belə, məhkəmə şahid ifadələrinə əsasən icarəçı tərəfindən təmirə vəsait xərcləndiyinin müəyyən edildiyini, ekspert rəyində təmirə nə qədər vəsait xərcəndiyinin göstərilmədiyini, mövcud vəziyyətdə həmin məsələ barədə tədqiqat aparılmasının mümkün olmadığını nəzərə alır və hesab edir ki, təmirə xərclənən vəsaitin miqdarı 2022-ci ilin iyun ayında tərtib edilən, ilkin vəziyyəti əks etdirən "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən müəyyən edilməlidir. Hansı ki, İddiaçı nın sıfarişi əsasında tərtib edilən həmin mütəxəssis rəyində təmirə 12500 manat xərcləndiyi göstərilmişdir.
63. Beləliklə, məhkəmə icarəçinin yaxşılaşdırma və avadanlıqlara görə çəkdiyi xərcin 138634(126134+12500) manat olduğu qənaətinə gəlir və həmin məbləğin icarəyə verəndən tutulması ilə bağlı qanunun yuxarıda göstərilən normalarına əsaslanaraq iddiaçının dəlilləri ilə razılaşır və cavabdehin etirazının dəlillərini isə aşağıda göstərilənlərə əsasən əsassız hesab edir.
64. Cavabdehin bu hissədə etirazının dəlili ondan ibarətdir ki, müqavilədə bunun əksini təsbit edən şərt vardır və icarəyə verənin həmin tikinti təmir işlərindən xəbəri olmamışdır. Lakin müqavilənin şərtlərinə nəzər yetirdikdə müəyyən edilir ki, icarəçinin öz yaxşılaşdırmalarını əvvəlki vəziyyəti bərpa etməklə sökmək hüququ, avadanlıqlarını isə dəyəri ödənilmədikdə özü ilə aparmaq hüququ vardır. Bundan əlavə icarəyə verənin icarə obyektində 1 il təmir tikinti işlərinin aparılmasından məlumatsız olması inandırıcı deyildir. Hansı ki, həmin tikinti işləri gözlə görülən hissələrdə, öz də əsaslı şəkildə yenidən qurulmaqla aparılmışdır. Bundan əlavə icarə müqaviləsinin bağlandığı ilk ildən icarəçinin borcu yaransa da, tərəflərin bu barədə yerində müzakirə aparmış olmamaları da inandırıcı deyildir.
65. Odur ki, icarəçinin öz yaxşılaşdırmalarının və qaytarılmayan avadanlıqlarının dəyərini icarəyəverəndən tələb etməsi əsaslıdır.
66. Məhkəmə vurulmuş maddi zərərin əvəzi qismində 57640 manat və mənəvi zərər qismində 30000 manat pul məbləğinin cavabdehdən tutulması ilə bağlı iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı vurulmuş maddi zərərlə bağlı istinad etdiyi hallara dair, o cümlədən hansı mənəvi sarsıntı keçirməsi və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim etməmiş və işin halları ilə isə bu fakt müəyyən edilməmişdir. Tətbiq edilən prosessual normalar:
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
68. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
69. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
70. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
71. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
72. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin, ona əlavə edilmiş Əlavə sazişin ləğv edilməsi və pul tələbinə” dair iddiası qimən təmin edilməli, icarə borcuna görə 128000 manat, icranın gecikdirilməsinə 3360 manat olmaqla, cəmi 131360 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iddianın təmin edilmiş hissəsinə münasibətdə 265 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
73. Eyni zamanda birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, 138634 manat məbləğində vəsait cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iddianın təmin edilmiş hissəsinə münasibətdə 230 manat dövlət rüsumunun əvəzi cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməlidir.
74. Bundan əlavə ekspertiza tədqiqatının dəyəri qismində 50 manat vəsait iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
75. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin, ona əlavə edilmiş Əlavə sazişin ləğv edilməsi və pul tələbinə” dair iddiası qimən təmin edilsin. İcarə borcuna görə 128000 manat, icranın gecikdirilməsinə 3360 manat olmaqla, cəmi 131360(yüz otuz bir min üç yüz altmış) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə münasibətdə 265(iki yüz altmış beş) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. 138634(yüz otuz səkkiz min altı yüz otuz dörd) manat məbləğində vəsait cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə münasibətdə 230(iki yüz otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. Ekspertiza tədqiqatının dəyəri qismində 50(əlli) manat vəsait iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev