Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2176/2024 17.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «X7» Bakı Filialının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit, ona hesablanmış faizlərin qaytarılması” barədə iddia ərizəsinə dair mülki işə 17 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X7» Bakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2, Cavabdeh1 və X2 5.945,22 manat (bundan 5.886,02 manat əsas borc və 59,20 manat faiz borcu təşkil edir) məbləğində 09 fevral 2024-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 79.45 manat dövlət rüsumunun tutularaq «X7» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X7» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış 19 may 2021-ci il tarixli, 444 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% ödəmək şərti ilə 36 ay müddətinə 15,000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin qaytarılmasının təminatı kimi «X7» Bakı filialı ilə Cavabdeh1 arasında 608 saylı və Cavabdeh3 arasında 609 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 549.84 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan 12 fevral 2024-cü il tarixə banka kredit borcu üzrə 18.144,72 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2024-cü il tarixə kimi borcalan tərəfindən bankaa 14.479,00 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, borcalan banka illik 29% ödəməlidir. 12 fevral 2024-cü il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 5.945,22 manat təşkil edir. Bundan 5.886,02 manat əsas borc və 59,20 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh2 ilə bağlanmış 19 may 2021-ci il tarixli, 444 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 oğlıı arasında 608 saylı və Cavabdeh3 arasında 609 saylı zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 məhkəməyə iddia tələbi üzrə həcmin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, «X7» Bakı filialı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı 12 fevral 2024-cü il tarixində Binəqədi Rayon Məhkəməsinə kreditin və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi tələbi ilə iddia ərizəsi ilə müraciət edərək «X7» Bakı Filialı Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 5.945,22 AZN (Bundan 5.886,02 manat əsas və 59,20 manat faiz borcu təşkii edir) borcu və 79,45 manat dövlət rüsumu tutularaq «X7» Bakı filialının xeyrinə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəməyə idda ərizəsi verildikdən sonra cavabdehlər tərəfindən banka 900,0 manat kredit ödənişi olmuşdur. Lakin kredit müqaviləsinin müddəti bitmədiyi üçün faiz hesablanması davam etmişdir. 12 fevral 2024-cü il tarixli iddia ərizəsində qeyd olunan iddia tələbi üzrə həcmin azaldılaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 5.437,32 manat (Bundan 5.336,85 manat əsas və 100,47 manat isə hesablanmış faiz borcu təşkil edir) borcu, 59,20 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanına poçt vasitəsilə, habelə mobil telefonuna sms vasitəsilə məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: - «X7» Bakı Filialı ilə Cavabdeh2 arasında bağlanmış 19 may 2021-ci il tarixli, 444 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 illik 19 faizlə, 36 ay müddətinə 15000 manat kredit verilmiş, həmçinin qeyd edilən kredit müqaviləsi üzrə müştərinin öhdəliyi həmin tarixli, 608-609 nömrəli zaminliklə təmin olunaraq Cavabdeh1 və Cavabdeh3 öhdəlik götürmüşlər. - 15 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə «X7» Bakı Filialı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 16 may 2024-cü il tarixə 5.336,85 manat əsas, 100,47 manat faiz və 5.437,32 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, buna görə də, iddianın ona münasibətdə təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürdüklərinə görə məhkəmə hesab edir ki, onlara münasibətdə də iddia təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 birgə qaydada iddiaçı «X7» Bakı Filialının xeyrinə 5.336,85 manat əsas və 100,47 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə «X7» Bakı Filialının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 59,20 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 5.336,85 manat əsas və 100,47 manat faiz borcu tutularaq «X7» Bakı filialına ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 59,20 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq «X7» Bakı Filialına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2176/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2176/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver