Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2180/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit sazişlərin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşmasının, xx.xx.2020-ci il tarixli 002R**********S saylı, xx.xx.2020-ci il tarixli 002R**********SA saylı, xx.xx.2021-ci il tarixli 002R**********SB saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 2825.52 manat məbləğində krеdit bоrcu, 449.91 manat məbləğində faiz bоrcu və 377.9 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3653,33 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 56.53 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 061L**********35 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5500 (beş min beş yüz) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 002R**********S saylı, xx.xx.2020-ci il tarixli 002R**********SAsaylı, xx.xx.2021-ci iltarixli 002R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 2674.48 manat ödəmiş, onun 2825.52 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ciiltarixə 157 gün üçün hesablanmış faiz borcu 449.91 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 157 gün üçün hеsablanmış cərimə 377.9 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеditalanmüvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cərimənitələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, bankdan 24 ay müddətinə 5500 manat kredit götürmüşdür. Zaminlər Saməddin və Təranə onun dostlarıdır. Pandemiya ilə bağlı işləri dayandığından ödənişləri yerinə yetirə bilməmişdir. Lakin son 3 aydır ki, ödənişləri yerinə yetirir. Banka borcu olduğunu qəbul edir. Bankın əməkdaşı ilə də əlaqə saxlamışdır. Gecikmiş borcunu tamamilə ödəmək niyyətindədir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, №061L**********35 saylı uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit alana Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.3-cü maddəsinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2028-ci il tarixdən gec olmayaraq, verilməlidir. Verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 % müəyyən olunmuşdur.
7. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 20 may 2019-cu il tarixli, №002R********** saylı kredit razılaşmasından görünür ki, Bank məbləği 5500 manat olan krediti aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan izə bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə aylıq ödəniş 298 manat olmaqla kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə Banka qaytarmaı öz öhdəsinə götürür. Kredit razılaşması üzrə ilkin ödəniş tarixi 20 iyun 2019-cu il, sonuncu ödəniş tarixi 20 may 2021ci il olaraq müəyyən edilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 061S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə zamin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, №061L**********35 saylı uzunmüddətli kredit müqaviləsi və uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyasının verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə kredit alanın bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür.
9. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 061S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə zamin İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, №061L**********35 saylı uzunmüddətli kredit müqaviləsi və uzunmüddətli kredit müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyasının verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə kredit alanın bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür.
10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 10 aprel 2020-ci il tarixli, 002R**********S saylı Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 29 oktyabr 2018-ci il tarixli 061L**********35 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə 20 may 2019-cu il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşması əsasında 10 aprel 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
11. 10 aprel 2020-ci il tarixli ödəniş planından görünür ki, restrukturizasiya olunmuş məbləğ 3767,29 manat göstərilmiş, aylıq ödəniş məbləği 312 manat olmaqla, ilkin ödəniş tarixi 22 iyun 2020 ci il, sonuncu ödəniş tarixi 20 avqust 2021-ci il olaraq qeyd edilmişdir. Ödəniş planı zamin Cavabdeh1 tərəfindən də imzalanmışdır.
12. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 20 iyul 2020-ci il tarixli, 002R**********SA saylı Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 29 oktyabr 2018-ci il tarixli 061L**********35 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə 20 may 2019-cu il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşması əsasında 20 iyul 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
13. 20 iyul 2020-ci il tarixli ödəniş planından görünür ki, restrukturizasiya olunmuş məbləğ 3767,29 manat göstərilmiş, aylıq ödəniş məbləği 297 manat olmaqla, ilkin ödəniş tarixi 22 sentyabr 2020 ci il (454,07 manat), sonuncu ödəniş tarixi 22 noyabr 2021-ci il olaraq qeyd edilmişdir. Ödəniş planı zamin Cavabdeh1 tərəfindən də imzalanmışdır.
14. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 29 aprel 2021-ci il tarixli, 002R**********SB saylı Sazişdən görünür ki, Bank ilə kredit alan arasında 29 oktyabr 2018-ci il tarixli 061L**********35 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə 20 may 2019-cu il tarixdə bağlanmış 002R********** saylı kredit razılaşması əsasında 29 aprel 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
15. 29 aprel 2021-ci il tarixli ödəniş planından görünür ki, restrukturizasiya olunmuş məbləğ 3321,81 manat göstərilmiş, aylıq ödəniş məbləği 221,46 manat olmaqla, ilkin ödəniş tarixi 01 iyun 2021 ci il, sonuncu ödəniş tarixi 01 dekabr 2022-ci il olaraq qeyd edilmişdir. Ödəniş planı zaminlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən də imzalanmışdır.
16. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 20 may 2019-cu il tarixli, №002R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə əsas borca görə 2825,52 manat, faiz borcuna görə 449,91 manat, cərimə borcuna görə 377,9 manat, cəmi 3653,33 manat məbləğində borcu vardır.
17. Sonuncu dəfə təqdim edilən xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 20 may 2019-cu il tarixli, №002R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə əsas məbləğ üzrə 1790,63 manat, faiz üzrə 485,45 manat, cərimə borcu üzrə 425,38 manat, olmaqla, cəmi 2701,46 manat hesablanmışdır.
18. İddiaçı ASC tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixində 200 manat məbləğində ödəniş edilmiş və ödəniş gecikmə üzrə əsas məbləğdən silinmişdir.
19. İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətinə əsasən cavabdehlərə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin xx.xx.2022-ci il tarixinədək ödənilməsi əks təqdirdə bütün borc məbləğinin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. 23.02.2022-ci tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 56,53 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
21. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli, №061L**********35 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış və bank tərəfindən kredit alana 120 ay müddətinə, xx.xx.2028-ci il tarixinədək 50000 manat məbləğində kredit xətti açılmışdır.
22. Daha sonra İddiaçı ASC ilə Cavabdeh2 arasında 20 may 2019-cu il tarixli, №002R********** saylı kredit razılaşması bağlanmış və Bank məbləği 5500 manat olan krediti aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 24 ay müddətinə kredit alana vermiş, Cavabdeh2 həmin məbləğdə krediti qəbul etmiş və müəyyən olunmuş müddətdə və məbləğdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür.
23. Kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixli, 061S**********03 saylı zaminlik müqaviləsi və Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, 061S**********03 saylı zaminlik müqavilələri bağlanmış və cavabdeh – zaminlər Cavabdeh3 və Cavabdeh1 borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.
24. Daha sonra kredit razılaşması ilə bağlı ödəniş planına dəyişiklik edilməsi ilə əlaqədar 3 dəfə bank ilə borcalan arasında kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi barədə Saziş imzalanmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixli Sazişlə təsdiqlənən 29 aprel 2021-ci il tarixli ödəniş planı ilə görünür ki, restrukturizasiya olunmuş məbləğ 3321,81 manat göstərilmiş, aylıq ödəniş məbləği 221,46 manat olmaqla, ilkin ödəniş tarixi 01 iyun 2021 ci il, sonuncu ödəniş tarixi 01 dekabr 2022-ci il olaraq qeyd edilmişdir. Ödəniş planı zaminlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən də imzalanmışdır.
25. Cavabdeh2 kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC cavabdehin borcunun yarandığını iddia edir və ümumilikdə 3653,33 manat məbləğində pulu cavabdehlərdən müştərək qaydada tələb etməklə aralarında olan kredit razılaşmasının və Sazişlərin ləğv edilməsini xahiş edir.
26. Həmçinin iddiaçının nümayəndəsi sonuncu dəfə məhkəməyə xx.xx.2022-ci il tarixində maliyyə arayışı və hesabdan çıxarış təqdim etmiş və məhkəmədə cavabdehin banka 20 may 2019-cu il tarixli, №002R********** saylı kredit razılaşması üzrə xx.xx.2022ci il tarixinə əsas məbləğ üzrə 1790,63 manat, faiz üzrə 485,45 manat, cərimə borcu üzrə 425,38 manat, olmaqla, cəmi 2701,46 manat borcu olduğu müəyyən edilmişdir.
27. İddiaçı tərəfindən dövlət rüsumu qismində 56,53 manat məbləğində pul ödənilmişdir, ki, həmin məbləğ də cavabdehlərdən tələb edilir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
30. Göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Borcalanın müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zamin kimi Cavabdeh2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar.
31. Məhkəmə iddiada tələb olunan əsas borca münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına istinad etməklə, cavabdehlərdən 2825,52 manat əsas borcun müştərək qaydada tutulmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, cavabdehlərdən tutulmalı olan əsas borc məbləği bank tərəfindən sonuncu dəfə məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixə olan maliyyə arayışına uyğun olaraq müəyyən edilməlidir.
32. Belə ki, bank tərəfindən təqdim olunan hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh2 kreidt müqaviləsi üzrə ödənişlər etməyə başlamışdır. Nəticədə maliyyə arayışında cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 1790,63 manat əsas borcu olduğu müəyyən edilmişdir. Odur ki, iddia tələbi əsas borca münasibətdə qismən təmin edilməli, sonuncu maliyyə arayışına əsasən əsas borca görə 1790,63 manat məbləğində vəsait cavabdehlərdən bankın xeyrinə müşərək qaydada tutulmalıdır.
33. Məhkəmə iddiada tələb olunan faiz borcuna münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində 20 may 2019-cu il tarixli, №002R********** saylı kredit razılaşması üzrə 449,91 manat məbləğində faiz borcunun tutulmasını xahiş edir. Lakin xx.xx.2022-ci il tarixə olan maliyyə arayışında cavabdehin banka 485,45 manat faiz borcunu olduğunu göstərmişdir. Məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, cavabdehlərdən iddia tələbi həcmində 449,91 manat məbləğində faiz borcunun müştərək qaydada tutulması qənaətindədir. Odur ki, həmin hissədə iddia tələbi təmin edilməlidir.
34. Bundan başqa Məhkəmə iddiada tələb olunan cərimə borcuna münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində 20 may 2019-cu il tarixli, №002R********** saylı kredit razılaşması üzrə 377,9 manat məbləğində cərimə borcunun tutulmasını xahiş edir. Lakin xx.xx.2022-ci il tarixə olan maliyyə arayışında cavabdeh banka 425,38 manat cərimə borcunu olduğunu göstərir. Məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən, cavabdehlərdən tələb edilən cərimə məbləğini iddia tələbi həddində qiymətləndirərək, iddia tələbini cərimə borcunun tutulması hissəsində də qismən əsaslı hesab edir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
37. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hesablanmış dəbbə pulunun məbləği azaldılaraq 20 may 2019-cu il tarixli, №002R********** saylı kredit razılaşması üzrə 179 manat məbləğində müəyyən edilməlidir.
38. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
40. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
41. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, №061L**********35 saylı uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci maddəsinə əsasən kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun qaytara bilmədikdə bank kredit müqaviləsinə vaxtından əvvəl xitam vermək və qaytarılmalı olan kredit borcunu, faizləri, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir.
42. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, iddiaçı tərəflər arasında bağlanmış kredit razılaşmasının ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:
43. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin:
44. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
45. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
47. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
48. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşması və həmin kredit razılamasına və ödəniş planına dəyişillik edilməsi barədə xx.xx.2020-ci il tarixli 002R**********S saylı, xx.xx.2020-ci il tarixli 002R**********SA saylı, xx.xx.2021-ci il tarixli 002R**********SB saylı Sazişlər ləğv edilməli, xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşması üzrə əsas borca görə 1790,63 manat, faiz borcuna görə 449,91 manat, cərimə borcuna görə 179 manat olmaqla, ümumilikdə 2419,54 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
49. İş üzrə ödənilmiş dövlət rüsumunun 37 manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
50. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşması və həmin kredit razılamasına və ödəniş planına dəyişillik edilməsi barədə xx.xx.2020-ci il tarixli 002R**********S saylı, xx.xx.2020-ci il tarixli 002R**********SA saylı, xx.xx.2021-ci il tarixli 002R**********SB saylı Sazişlər ləğv edilsin. xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşması üzrə əsas borca görə 1790,63 (bir min yeddi yüz doxsan manat, altmış üç qəpik) manat, faiz borcuna görə 449,91 (dörd yüz qırx doqquz manat, doxsan bir qəpik) manat, cərimə borcuna görə 179 (yüz yetmiş doqquz manat) manat olmaqla, ümumilikdə 2419,54 (iki min dörd yüz on doqquz manat, əlli dörd qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev