Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2182/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı “seyfin məcburi açılması və s.” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: ASC "xxxx" Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvəqqəti istifadəyə verilmiş ünvan 1 ünvanında xüsusi mühafizə sistemi ilə təchiz edilmiş fərdi bank seyfinin saxlanıldığı sahədə yerləşən 60 №-li, 240mmx330mmx575mm ölçülü fərdi bank seyfinin məcburi açılması, saxlama predmetlərinin Seyfdən/seyf penalından çıxarılmasına və iddiaçıya saxlamaya verilməsi, seyf qutusunun boşaldılması, seyf qutusunun açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə 191 (bir yüz doxsan bir) manat məbləğində cərimənin, depozit seyfinin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunan 295 (iki yüz doxsan beş manat) manat pul vəsaiti olmaqla, cəmi 483 (dörd yüzsəksən üç manat) manat məbləğində xərclərin və iddia ərizəsinin verilməsinə görə müəyyənləşdirilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul ediməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barıədə ərizə verərək iddia ərizəsində göstərilmiş tələbin ikinci bəndininin aşağıdakı məzmunda təqdim edərək, seyf qutusunun boşaldılması, seyf qutusunun açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə 191 (bir yüz doxsan bir) manat məbləğində cərimənin, depozit seyfinin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunan 295 (iki yüz doxsan beş manat) manat pul vəsaiti olmaqla, cəmi 486 (dörd yüzsəksən altı) manat məbləğində xərclərin və iddia ərizəsinin verilməsinə görə müəyyənləşdirilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul ediməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (borclu) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 009SBL********** saylı "xxxx" Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixinə qədər sənədlərin, qiymətli kağızların, əşya və qiymətlilərin saxlanması üçün 60 №-li, 240mmx330mmx575mm ölçülü fərdi bank seyfi müvəqqəti istifadəyə (icarəyə) verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh icarə müddətinin sonuncu iş gününün bitməsinə qədər seyfin icarə müddətini uzatmaq niyyətində olduğu haqqında Bankı xəbərdar etdiyi, seyfin icarə müddətinin uzadılması haqqında Bankla əlavə saziş bağladığı və əlavə sazişin imzalanması tarixinə qüvvədə olan Bankın tariflərinə müvafiq olaraq seyfin icarəsinin yeni müddəti üçün icarə haqqını ödədiyi halda seyfin icarə müddəti əlavə saziş bağlanmaqla uzadıla bilər. Lakin müqavilə üzrə müəyyənləşdirilmiş icarə müddəti xx.xx.2024-cü il tarixində bitmiş və seyfin icarə müddətinin uzadılması barədə cavabdehdən hər hansı müraciət daxil olmamışdır. Seyfin icarə müddəti bitdiyi üçün seyfi saxlama predmetlərindən boşaltmaq və seyfi (o cümlədən seyf penalını), seyfin açarını əmlakın təhviltəslim aktı üzrə texniki saz vəziyyətdə zədəsiz Banka qaytarmaq barədə cavabdehlə bir neçə dəfə əlaqə saxlanılmasına və ona xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ünvanlanmasına baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində hər hansı əməli addım atılmamışdır. Müqavilənin 3.2.3-cü yarımbəndinə əsasən bankın seyfin icarə müddətinin bitməsinə 5 (beş) iş günü qalmış müştəri ilə əlaqə saxlayaraq seyfin icarə müddətinin bitdiyi tarixdən sonrakı iş günü ərzində seyfin müştəri tərəfindən boşaldılmasının zəruriliyi barədə müştərini xəbərdar etmək və müştəri yuxarıda qeyd edilmiş müddətdə seyfi boşaltmadıqda, Seyfin/seyf penalının boşaldılması tələbi ilə bildirişin müştəriyə göndərilməsindən 30 təqvim günü keçdikdən sonra Seyfin/seyf penalının məcburi açılması, saxlama predmetlərinin Seyfdən/seyf penalından çıxarılması və saxlamaya götürülməsinə dair məhkəmədə iddia qaldırmaq, müvafiq məhkəmə qərarı icra edildikdən sonra isə Seyfin/seyf penalının açar(lar)ını və kilid(lər)ini dəyişdirmək hüququ vardır. Müqavilənin 4.1.9-cu yarımbəndinə əsasən Cavabdeh həmin Müqavilənin 4.1.8-ci yarımbəndi ilə nəzərdə tutulmuş öhdəliklərin (yəni İcarə müddətinin sonuncu günündə Seyfi/seyf penalını Saxlama predmetlərindən boşaldılması və Seyfi (o cümlədən seyf penalını), Seyfin/seyf penalının açar(lar)ının «Seyfin, seyf penalının, habelə Seyfin/seyf penalı açar(lar)ınınMüştəri ilə təhvil-təsliminə dair» müvafiq kitab(lar)da qol çəkməklə texniki cəhətdən saz vəziyyətdə, zədəsiz Banka qaytarılması ilə bağlı vəzifələrin) icrasının gecikdirilməsi halında ödəniş gününə qüvvədə olan Bankın Tariflərinə müvafiq olaraq icarə müddətinin bitməsindən sonra Seyfin/seyf penalının saxlama predmetlərindən boşaldılması və/və ya Seyfin/seyf penalı açar(lar)ının qaytarılması üzrə öhdəliklərinin icrasının gecikdirilməsinə görə cəriməni və Seyfdən/seyf penalından çıxarılmış saxlama predmetlərinin Bank tərəfindən saxlamaya götürülməsinə görə xidmət haqqını Banka ödəməlidir. Bankın qüvvədə olan Tariflərində Seyf qutusunun boşaldılması və/və ya seyf qutusunun açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə pozuntunun davam etdiyi hər gün üçün 1 (bir) manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Beləliklə, icarə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən cari tarixədək (xx.xx.2025-ci il) olan dövr (192 gün) üzrə cavabdehin müvafiq öhdəliyin pozulmasına görə ödəməli olduğu cərimənin məbləği 192 (bir yüz doxsan iki) manat təşkiledir. Bundan başqa cavabdeh Müqavilənin 4.1.6-cı bəndinə əsasən onun təqsiri üzündən (hərəkət və ya hərəkətszliyindən) seyfin/seyf penalının və seyf kilidinin məcburi açılmasına görə (seyf kilidinin və açarının dəyişdirilməsi və s.) İddiaçı tərəfindən çəkiləcək xərclərin əvəzinin ödənilməsini öhdəlik kimi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən cavabdehin istifadəsinə verilmiş Seyflə/seyf penalı ilə eyni marka və növdən olan seyflərin/seyf penalının, habelə onların ehtiyat hissələrinin təchizatını həyata keçirən "xxxx" MMC tərəfindən müvafiq seyfin bərpası üçün zəruri xərcləri əks etdirən müvafiq arayış Banka təqdim edilmişdir. Həmin arayışdan da göründüyü kimi depozit seyfinin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunan kilid dəstinin qiyməti 295 (iki yüz doxsan beş) manat təşkil edir. Eyni zamanda qeyd edilir ki, sıradan çıxan kilidin bərpası üçün tələb olunan digər işlər (kilidin sökülməsi, yeni kilid dəstinin quraşdırılması və s.) Bankın öz qüvvə və vəsaiti hesabına aparıldığına görə “NBA Technologies İnternational" MMC tərəfindən verilmiş arayışda əks olunmamış və Bank bunlarla bağlı məbləğləri cavabdehdən tələb etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli "xxxx" Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024cü il tarixinə qədər sənədlərin, qiymətli kağızların, əşya və qiymətlilərin saxlanması üçün 60 №-li, 240mmx330mmx575mm ölçülü fərdi bank seyfi müvəqqəti istifadəyə (icarəyə) verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh icarə müddətinin sonuncu iş gününün bitməsinə qədər seyfin icarə müddətini uzatmaq niyyətində olduğu haqqında Bankı xəbərdar etdiyi, seyfin icarə müddətinin uzadılması haqqında Bankla əlavə saziş bağladığı və əlavə sazişin imzalanması tarixinə qüvvədə olan Bankın tariflərinə müvafiq olaraq seyfin icarəsinin yeni müddəti üçün icarə haqqını ödədiyi halda seyfin icarə müddəti Əlavə saziş bağlanmaqla uzadıla bilər. Lakin Müqavilə üzrə müəyyənləşdirilmiş icarə müddəti xx.xx.2024-cü il tarixində bitmiş və seyfin icarə müddətinin uzadılması barədə cavabdehdən hər hansımüraciət daxil olmamışdır. Seyfin icarə müddəti bitdiyi üçün seyfi Saxlama predmetlərindən boşaltmaq və Seyfi (o cümlədən seyf penalını), Seyfin açarını əmlakın təhviltəslim aktı üzrə texniki saz vəziyyətdə zədəsiz Banka qaytarmaq barədə cavabdehlə bir neçə dəfə əlaqə saxlanılmasına və ona xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubu ünvanlanmasına baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində hər hansı əməli addım atılmamışdır Göstərilənləri nəzərə alaraq Cavabdeh müvəqqəti istifadəyə verilmiş ünvan 2 ünvanında xüsusi mühafizə sistemi ilə təchizedilmiş fərdi bank seyfinin saxlanıldığısahədə yerləşən 60 №-li, 240mmx330mmx575mm ölçülü fərdi bank seyfinin məcburi açılmasına, Saxlama predmetlərinin Seyfdən/seyf penalından çıxarılmasına və İddiaçıya saxlamaya verilməsinə; Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Seyf qutusunun boşaldılması, seyf qutusunun açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə 191 (bir yüz doxsan bir) manat məbləğində cərimənin, depozit seyfinin məcburiaçılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunan 295 (iki yüz doxsan beş manat) manat pul vəsaiti olmaqla,cəmi 483 (dörd yüzsəksən üç manat) manat məbləğində xərclərin və iddia ərizəsinin verilməsinə görə müəyyənləşdirilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərclərin Cavabdehdən İddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş edirəm. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 009SBL********** saylı "xxxx" Müqavilədən görünür ki, ASC "xxxx" Bankı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixinə qədər sənədlərin, qiymətli kağızların, əşya və qiymətlilərin saxlanması üçün 60 №-li, 240mmx330mmx575mm ölçülü fərdi bank seyfi müvəqqəti istifadəyə (icarəyə) verilmişdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh icarə müddətinin sonuncu iş gününün bitməsinə qədər seyfin icarə müddətini uzatmaq niyyətində olduğu haqqında Bankı xəbərdar etdiyi, seyfin icarə müddətinin uzadılması haqqında Bankla əlavə saziş bağladığı və əlavə sazişin imzalanması tarixinə qüvvədə olan Bankın tariflərinə müvafiq olaraq seyfin icarəsinin yeni müddəti üçün icarə haqqını ödədiyi halda seyfin icarə müddəti Əlavə saziş bağlanmaqla uzadıla bilər. Həmin müqavilənin 3.2.3-cü yarımbəndinə əsasən bankın Seyfin icarə müddətinin bitməsinə 5 (beş) iş günü qalmış müştəri ilə əlaqə saxlayaraq seyfin icarə müddətinin bitdiyi tarixdən sonrakı iş günü ərzində seyfin müştəri tərəfindən boşaldılmasının zəruriliyi barədə müştərini xəbərdar etmək və müştəri yuxarıda qeyd edilmiş müddətdə seyfi boşaltmadıqda, Seyfin/seyf penalının boşaldılması tələbi ilə bildirişin müştəriyə göndərilməsindən 30 təqvim günü keçdikdən sonra Seyfin/seyf penalının məcburi açılması,saxlama predmetlərinin Seyfdən/seyf penalından çıxarılması və saxlamaya götürülməsinə dair məhkəmədə iddia qaldırmaq, müvafiq məhkəmə qərarı icra edildikdən sonra isə Seyfin/seyf penalının açar(lar)ını və kilid(lər)ini dəyişdirmək hüququ vardır. Həmin müqavilənin 4.1.9-cu yarımbəndinə əsasən cavabdeh həmin Müqavilənin 4.1.8-ci yarımbəndi ilə nəzərdə tutulmuş öhdəliklərin (yəni İcarə müddətinin sonuncu günündə Seyfi/seyf penalını Saxlama predmetlərindən boşaldılması və Seyfi (o cümlədən seyf penalını), Seyfin/seyf penalının açar(lar)ının «Seyfin, seyf penalının, habelə Seyfin/seyf penalı açar(lar)ınınMüştəri ilə təhvil-təsliminə dair» müvafiq kitab(lar)da qol çəkməklə texniki cəhətdən saz vəziyyətdə, zədəsiz Banka qaytarılması ilə bağlı vəzifələrin) icrasının gecikdirilməsi halında ödəniş gününə qüvvədə olan Bankın Tariflərinə müvafiq olaraq icarə müddətinin bitməsindən sonra Seyfin/seyf penalının Saxlama predmetlərindən boşaldılması və/və ya Seyfin/seyf penalı açar(lar)ının qaytarılması üzrə öhdəliklərinin icrasının gecikdirilməsinə görə cəriməni və Seyfdən/seyf penalından çıxarılmış Saxlama predmetlərinin Bank tərəfindən saxlamaya götürülməsinə görə xidmət haqqını Banka ödəməlidir. Həmin müqavilənin 4.1.6-cı bəndinə əsasən onun təqsiri üzündən (hərəkət və ya hərəkətszliyindən) seyfin/seyf penalının və seyf kilidinin məcburi açılmasına görə (seyf kilidinin və açarının dəyişdirilməsi və s.) İddiaçı tərəfindən çəkiləcək xərclərin əvəzinin ödənilməsini öhdəlik kimi öz üzərinə götürmüşdür. "xxxx" MMC tərəfindən ASC "xxxx" Bankının rəhbərliyinə ünvanlanmış məktubundan görünür ki, ASC "xxxx" Bankına məxsus 175x240x330mm ölçülü depozit seyfinin məvburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunacaq kilid dəstinin qiyməti (ƏDV ilə birlikdə) 295.000 (iki yüz doxsan beş) manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddəc 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq iddia tələbinin ünvan 1 ünvanında xüsusi mühafizə sistemi ilə təchiz edilmiş fərdi bank seyfinin saxlanıldığı sahədə yerləşən 60 №-li, 240mmx330mmx575mm ölçülü fərdi bank seyfinin məcburi açılması, saxlama predmetlərinin Seyfdən/seyf penalından çıxarılması və iddiaçıya saxlamaya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 009SBL********** saylı "xxxx" müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixinə qədər sənədlərin, qiymətli kağızların, əşya və qiymətlilərin saxlanması üçün 60 №-li, 240mmx330mmx575mm ölçülü fərdi bank seyfi müvəqqəti istifadəyə (icarəyə) verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, Cavabdeh icarə müddətinin sonuncu iş gününün bitməsinə qədər seyfin icarə müddətini uzatmaq niyyətində olduğu haqqında Bankı xəbərdar etdiyi, seyfin icarə müddətinin uzadılması haqqında Bankla əlavə saziş bağladığı və əlavə sazişin imzalanması tarixinə qüvvədə olan Bankın tariflərinə müvafiq olaraq seyfin icarəsinin yeni müddəti üçün icarə haqqını ödədiyi halda seyfin icarə müddəti əlavə saziş bağlanmaqla uzadıla bilər. Lakin müqavilə üzrə müəyyənləşdirilmiş icarə müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq, seyfin icarə müddətinin uzadılması barədə cavabdehdən hər hansı müraciət ASC "xxxx" Bankına daxil olmamışdır. Bundan əlavə əmlakın təhvil təslim aktı üzrə texniki saz vəziyyətdə zədəsiz Banka qaytarmaq barədə cavabdehlə bir neçə dəfə əlaqə saxlanılmış və ona xəbərdarlıq məktubu ünvanlanmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində hər hansı addım atılmamışdır. Başqa sözlə, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyə əməl etməyərək seyfi təhvil verməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ASC "xxxx" Bankı Cavabdeh müvəqqəti istifadəyə verilmiş ünvan 1 ünvanında xüsusi mühafizə sistemi ilə təchiz edilmiş fərdi bank seyfinin saxlanıldığı sahədə yerləşən 60 №-li, 240mmx330mmx575mm ölçülü fərdi bank seyfinin məcburi açılması, saxlama predmetlərinin Seyfdən/seyf penalından çıxarılması və iddiaçıya saxlamaya verilməsi baradə iddia tələbi əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin seyf qutusunun boşaldılması, seyf qutusunun açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə 191 (bir yüz doxsan bir) manat məbləğində cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən müqavilənin 4.1.9-cu yarımbəndində qeyd ediılmişdir ki, cavabdeh həmin Müqavilənin 4.1.8-ci yarımbəndi ilə nəzərdə tutulmuş öhdəliklərin (yəni İcarə müddətinin sonuncu günündə Seyfi/seyf penalını Saxlama predmetlərindən boşaldılması və Seyfi (o cümlədən seyf penalını), Seyfin/seyf penalının açar(lar)ının «Seyfin, seyf penalının, habelə Seyfin/seyf penalı açar(lar)ınınMüştəri ilə təhvil-təsliminə dair» müvafiq kitab(lar)da qol çəkməklə texniki cəhətdən saz vəziyyətdə, zədəsiz Banka qaytarılması ilə bağlı vəzifələrin) icrasının gecikdirilməsi halında ödəniş gününə qüvvədə olan Bankın Tariflərinə müvafiq olaraq icarə müddətinin bitməsindən sonra Seyfin/seyf penalının Saxlama predmetlərindən boşaldılması və/və ya Seyfin/seyf penalı açar(lar)ının qaytarılması üzrə öhdəliklərinin icrasının gecikdirilməsinə görə cəriməni və Seyfdən/seyf penalından çıxarılmış Saxlama predmetlərinin Bank tərəfindən saxlamaya götürülməsinə görə xidmət haqqını Banka ödəməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin gecikdirilməsinə görə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Odur ki, bankın qüvvədə olan Tariflərində Seyf qutusunun boşaldılması və/və ya seyf qutusunun açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə pozuntunun davam etdiyi hər gün üçün 1 (bir) manat məbləğində cərimə nəzərdə tutulduğundan və hazırki iş üzrə icarə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən cari tarixədək (xx.xx.2025-ci il) olan dövr (191 gün) üzrə cərimənin məbləği 191 (bir yüz doxsan bir) manat təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilərək, 191 (bir yüz doxsan bir) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin depozit seyfinin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunan 295 (iki yüz doxsan beş manat) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.6-cı bəndinə əsasən onun təqsiri üzündən (hərəkət və ya hərəkətszliyindən) seyfin/seyf penalının və seyf kilidinin məcburi açılmasına görə (seyf kilidinin və açarının dəyişdirilməsi və s.) iddiaçı tərəfindən çəkiləcək xərclərin əvəzinin ödənilməsini öhdəlik kimi öz üzərinə götürmüşdür. Belə ki, qeyd edilən müqaviləyə əsasən cavabdehin istifadəsinə verilmiş Seyflə/seyf penalı ilə eyni marka və növdən olan seyflərin/seyf penalının, habelə onların ehtiyat hissələrinin təchizatını həyata keçirən "xxxx" MMC tərəfindən müvafiq Seyfin bərpası üçün zəruri xərcləri əks etdirən müvafiq arayış Banka təqdim edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə cavabdeh, ona icarəyə verilmiş seyfin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün çəkiləcək xərclərin əvəzinin ödənilməsini öhdəlik kimi öz üzərinə götürmüşdür. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh ona icarəyə verilmiş seyfin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün çəkiləcək xərclərin əvəzinin ödənilməsini öhdəlik kimi öz üzərinə götürdüyündən və "xxxx" MMC-nin məktubunda ASC "xxxx" Bankına məxsus 175x240x330mm ölçülü depozit seyfinin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunacaq kilid dəstinin qiyməti (ƏDV ilə birlikdə) 295.000 (iki yüz doxsan beş) manat təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmijn hissədə də, təmin edilərək 295.000 (iki yüz doxsan beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iş materiallarında olan sübutlarla tam olaraq müəyyən edilmişdir ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 009SBL********** saylı "xxxx" müqavilə bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixinə qədər sənədlərin, qiymətli kağızların, əşya və qiymətlilərin saxlanması üçün 60 №-li, 240mmx330mmx575mm ölçülü fərdi bank seyfi müvəqqəti istifadəyə (icarəyə) verilmiş, həmçinin tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, Cavabdeh icarə müddətinin sonuncu iş gününün bitməsinə qədər seyfin icarə müddətini uzatmaq niyyətində olduğu haqqında Bankı xəbərdar etdiyi, seyfin icarə müddətinin uzadılması haqqında Bankla əlavə saziş bağladığı və əlavə sazişin imzalanması tarixinə qüvvədə olan Bankın tariflərinə müvafiq olaraq seyfin icarəsinin yeni müddəti üçün icarə haqqını ödədiyi halda seyfin icarə müddəti əlavə saziş bağlanmaqla uzadıla bilər. Lakin müqavilə üzrə müəyyənləşdirilmiş icarə müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq, seyfin icarə müddətinin uzadılması barədə cavabdehdən hər hansı müraciət ASC "xxxx" Bankına daxil olmamışdır. Bundan əlavə əmlakın təhvil təslim aktı üzrə texniki saz vəziyyətdə zədəsiz Banka qaytarmaq barədə cavabdehlə bir neçə dəfə əlaqə saxlanılmış və ona xəbərdarlıq məktubu ünvanlanmasına baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində hər hansı addım atılmamışdır. Başqa sözlə, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyə əməl etməyərək seyfi təhvil verməmişdir. Həmçinin müəəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1.9-cu yarımbəndində öhdəliklərin gecikdirilməsinə görə cərimə haqqında yazılı razılaşma, eləcə də həmin müqavilənin 4.1.6-cı bəndində isə cavabdeh, ona icarəyə verilmiş seyfin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün çəkiləcək xərclərin əvəzinin ödənilməsi barədə cavabdeh, üzrəinə öhdəlik götürməsi öz əksini tapmışdır. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi Cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş, lakin öhdiliyi icra etməmiş və nəticədə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi tam olaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh müvəqqəti istifadəyə verilmiş ünvan 1 ünvanında xüsusi mühafizə sistemi ilə təchiz edilmiş fərdi bank seyfinin saxlanıldığı sahədə yerləşən 60 №-li, 240mmx330mmx575mm ölçülü fərdi bank seyfi məcburi açılmalı, saxlama predmetlərinin Seyfdən/seyf penalından çıxarılmalı və iddiaçıya saxlamaya verilməli, seyf qutusunun boşaldılması, seyf qutusunun açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə 191 (bir yüz doxsan bir) manat məbləğində cərimə, depozit seyfinin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunan 295 (iki yüz doxsan beş manat) manat pul vəsaiti olmaqla, cəmi 486 (dörd yüzsəksən altı) manat məbləğində xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh müvəqqəti istifadəyə verilmiş ünvan 1 ünvanında xüsusi mühafizə sistemi ilə təchiz edilmiş fərdi bank seyfinin saxlanıldığı sahədə yerləşən 60 №-li, 240mmx330mmx575mm ölçülü fərdi bank seyfi məcburi açılsın, saxlama predmetlərinin seyfdən (seyf penalından) çıxarılsın və iddiaçı ASC "xxxx" Bankına saxlamaya verilsin. Seyf qutusunun boşaldılması, seyf qutusunun açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə 191 (bir yüz doxsan bir) manat məbləğində cərimə, depozit seyfinin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunan 295 (iki yüz doxsan beş manat) manat pul vəsaiti olmaqla, cəmi 486 (dörd yüzsəksən altı) manat məbləğində (xərclər) pul vəsaiti Cavabdeh tutularaq iddiaçı ASC "xxxx" Bankına ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı ASC "xxxx" Bankına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-2182/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2182/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver