Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2187/2025 27.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan 10909 manat, 123 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 500 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 9 dekabr 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən X1 Aqil Arif oğlundan 10909 manat borc almış və bu günə qədər ödəməmişdir. Müqaviləyə görə borc məbləği xx.xx.2025-ci il tarixinə qədər ayda 300 manat olmaqla İddiaçı ödənilməli olsa da Cavabdeh müqavilə şərtlərini kobud surətdə pozaraq hər hansı ödəniş etməmişdir. Bununla bağlı tərəflərindən pretenziya məktubu ilə müraciət olunsa da, Cavabdeh yenə pulu ödəməkdən imtina etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, 9 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan 10909 manat, 123 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 500 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçı ilə aralarında müqavilə bağlansa da, pulu o götürməmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana 10909 manat məbləğində pul borc verir, borcalan isə krediti xx.xx.2025-ci il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, Aslanov X3 rayon 2 saylı Notariat Ofisinin hesabına 10909 manat məbləğində ödəniş etmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 10909 manat pulun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində xidmət haqqı ödəmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 123 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, iddiaçı və cavabdeh arasında xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 10909 manat məbləğində borcu xx.xx.2025-ci il tarixədək qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Buna sübut olaraq iş materiallarında iddiaçı tərəfindən əlavə olunmuş kassa mədaxil orderin surətidi. Həmin orderdə qey oluna 10909 manat məbləği cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Bununla da məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10909 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 123 manat məbləğində dövlət rüsumu, həmçinin, vəkilə ödənilmiş 500 manat xidmət haqqı (AR MPM 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 10909 (on min doqquz yüz doqquz) manat məbləğində pul vəsaiti, ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumu və vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-2187/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2187/2025
27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver