Məhkəmə qərarları › İş №e-2(001)-2188/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2188/2025

28.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2188/2025 28.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh ”Binəqədi-33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: mülkiyyət hüququ, maneələrin aradan qaldırılması, neqator iddia) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh ”Binəqədi-33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti:

1. İddiaçı cavabdeh ”Binəqədi-33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Binəqədi-33 MMC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasına olan 30 saylı mənzillə giriş-çıxışa yaradılan maneələrin aradan qaldırılmasının cavabdeh Binəqədi- 33 MMC-nə həvalə edilməsi, hüquqi yardımın göstərilməsi üçün EM-1181VK-1179/25 saylı xx.xx.2025 tarixli müqavilə üzrə 18 saylı Vəkil Bürosuna ödənilmiş 500 manat pulu, dövlət rüsumunun əvəzi kimi 600 manat pulun cavabdeh Binəqədi-33 MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 olduğu Bulaq-2 MTK ilə aralarında 12 avqust 2013-cü il tarixdə müqavilə imzalanmış və müqaviləyə əsasən Bulaq- 2 MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasına olan 29; 30 və 31 saylı mənzillərin ümumi dəyəri 119.785 manat ödəməklə əldə etmişdir. Lakin daha sonra MTK tərəfindən öhdəliklər gecikdirildiyi üçün (mənzillər təhvil verilmədiyindən) 29 saylı mənzili X2. 31 saylı mənzil isə MTK-nın keçmiş rəhbəri X18 tərəfindən ondan xəbərsiz digər şəxsə satıldığından bundan xəbəri olmamışdır. Daha sonra bununla bağlı məsələ ona məlum olduqda MTK sədrinə müraciət edib ödədiyi müqavilələr üzrə dəyəri tələb etmişəm. Həmin vaxt MTK tərəfindən mənə 30 saylı mənzilə ayrı müqavilə tərtib edilməklə mənzil ona təhvil verilmiş, 29 və 31 saylı mənzillərin müqaviləsinə xitam verilmiş, 3 mənzil üçün ümumi ödənişim olan 119.785 manat pulun 42075 manatı mənzil onda olduğu üçün 30 saylı mənzilə hesablanmış və əvəzləşdirilmiş, müqaviləsi 13 avqust 2013-cü il tarixə qeyd edilməklə maliyyə arayışı tərtib edilmişdir. 29 saylı mənzili özü satdığı üçün maliyyə arayışında qeyd edilməklə 36.000 manat çıxılmış, 31 saylı mənzilin satışından məlumatı və razılığı olmadığı üçün həmin mənzil üçün ödədiyi 41710 manat pulun Bulaq-2 MTK tərəfindən ona geri qaytaracağına dair razılaşma əldə edilmişdir. Lakin 2018-ci ilə kimi həmin məbləği tam qaytarmadığından 2018-ci ildə arayış verərək 14400 manat borcu olduğunu bildirmişdir. Bundan başqa tərəfindən müvafiq ödənişlər edilməklə 30 saylı mənzilə xx.xx.2020-ci ildə işıq sayğacı və xx.xx.2021-ci ildə qaz sayğacı quraşdırılmışdır. Eyni zamanda, mənzilin qapısı tərəfindən qoyulmuşdur. Lakin 2024-cü ilin dekabr ayında mənzilə baxış keçirmək üçün gəldiyində qapının dəyişdirildiyini gördü və bununla bağlı cavabdehə müraciət etdi. Mənzilə qapının kimin tərəfindən qoyulduğunu ona bildirməməklə Binəqədi MMC tərəfindən öz mənzilinə və binaya girişi qanunsuz olaraq məhdudlaşdırıldı. Cavabdehə rəsmi şəkildə müraciət etməyinə baxmayaraq, öz qanunsuz hərəkətinə son qoymamışdır. Cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə ona məxsus mənzilə və binaya giriş çıxışa maneə yaratmaq cavabdehə və onun nümayəndələrinə qadağan edilməlidir. Hüquqi yardımın göstərilməsi üçün tərəfindən Bakı 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 ilə aralarında EM1181VK-1179/25 saylı xx.xx.2025 tarixli müqavilə imzalanmış və 500 manat pul 18 saylı Vəkil Bürosuna köçürülmüşdür.

İİ. Tərəflərin mövqeləri:

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, hazırki mübahisəli mənzilə bağlı kommunallar iddiaçının adına olmuş və tərəfindən xərclər ödənilmişdir. Təxminən beş-altı ay bundan öncə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək cəmiyyəti kommunal ödənişlər bağlı məhkəməyə müraciət etmişlər. Həmin mülki işdə cavabdehlər sırasında İddiaçı da adı vardır. İddiaçı həmin binada 30 saylı mənzilinin olması ilə bağlı məlumatı dəqiq olmadığından bu barədə məhkəmədə bildirmiş, cəmiyyətin dəqiqləşdirməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasında qarşı tərəf İddiaçı cavabdehlər siyahısından çıxarmış, bu barədə hər hansı bir məlumat onlara verilməmiş, cavabdehlər siyasından hansı əsasla çıxarılmalarından məlumatsız olmuşlar. Hüquqlarını müdafiə ediyi şəxs isə cavabdehlər siyahısından çıxarılmasına etiraz edərək, həmin binada 30 saylı mənzilin ona aid olduğunu bildirdi. Eyni zamanda bildirdi ki, həmin mənzilə görə heç bir kommunal borcu da olmamışdır. Sonra hüquqlarını müdafiə etdiyi şəxs həmin binada yerləşən mənzilinə baxış keçirmək istəyəndə mənzilinin qapısının dəyişdiyini görmüşdür. Əlavə olaraq da iddiaçıya bildirirlər ki, sənin burda mənzilin yoxdur. Hüquqlarını müdafiə etdiyi şəxsdə onlara müqaviləsini göstərək, 30 saylı mənzilin ona aid olduğunu bildirmişdir. Ümumi olaraq da bildirmək istəyir ki, iddiaçının həmin binada bir müqavilə ilə 3 mənzili yəni (29,30 və 31 saylı) olmuşdur. Sonra MTK-nın keçmiş rəhbəri 31 saylı mənzili Müştərək Cəmiyyətin Sədrinə satmışdır. Daha sonra iddiaçı 2014-cü ildə mənzillərinə baş çəkməyə gələndə, ona məlum olur ki, 29 saylı mənzili X1. Bununla bağlı Müştərək Cəmiyyətin Sədrinə müraciət olunur ki, ona məxsus mənzil necə satılmışdır. O da pula ehtiyac olduğundan həmin mənzili satdığını bildirir. Daha sonra iddiaçı da pulunu tələb etmişdir. Həmin pul iddiaçıya ödənilir. Daha sonra 31-ci mənzilini Pərvanə xanıma satıldığını öyrənir. Həmin mənzilə görə pulun bir qismi ödənilir və 14 400 manata bağlı arayış verirlir. Bu hadisələrdən sonra iddiaçı əvvəlki müqavilənin ləğv edilməsini və 30 saylı mənzil üçün yeni müqavilə bağlanılmasını tələb edir. MTK tərəfindən 30 saylı mənzilə ayrı müqavilə tərtib edilməklə iddiaçıya təqdim edilmişdir. 29-cu və 31-ci mənzillərin müqaviləsinə xitam verilmiş, 3 mənzil üçün 119.785 manat pulun 42075 manatı mənzil iddiaçıda olduğu üçün 30 saylı mənzilə hesablanmış və əvəzləşdirilmiş və müqavilə 13 avqust 2013-cü il tarixdə qeyd edilməklə 2018-ci il tarixdə maliyyə arayışı tərtib edilmişdir. Bundan sonra iddiaçı müvafiq ödənişlər etməklə 30 saylı mənzilə xx.xx.2020-ci ildə işıq sayğacı və xx.xx.2021-ci ildə qaz sayğacı quraşdırmışdır. Eyni zamanda mənzilin qapısı iddiaçı tərəfindən qoyulmuşdur. O, bununla bağlı Müştərək cəmiyyətə bildirdi ki, əlində olan müqaviləyə, maliyyə arayışına və kommunallara görə həmin mənzildən istifadə hüququna maneə yarada bilməzsiniz. Lakin bildirdiklərinə heç bir məhəl qoyulmadı, iddiaçının mənzilinin qapısı məlumat verilmədən dəyişdirilmişdir. Həmin mənzil qanunsuz olaraq Kinabacı xanıma satılmış mənzili Şirinova Elmira tərəfindən dələduzluqla Pərvanə xanıma satılmışdır. Lakin Pərvanə xanım mənzilin ödənişini tam ödəməmişdir. Həmin mübahisəli 14000 manat həmin mənzildən qalan borc puldur. Müqavilənin tarixi 13 avqust qeyd olunmuşdur. Əsas məsələ odur ki, orda mexaniki texniki səhv ola bilər. Maliyyə arayışında da həmin tarix qeyd edilmişdir. 31 saylı mənzilin müqaviləsinin məhkəməyə təqdim edilməsini xahiş edilsə də, təqdim edilməmişdir. Bu cinayət işi 2018-ci il ilin payız aylarında olmuşdur. Həmin vaxta qədər Elmira Şirinova öz işini sərbəstə şəkildə idarə etmişdir, 2018-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi, yəni oğlu gəlib müəyyən edir ki, 31 saylı mənzil satılıb Pərvanə xanıma. Bununla bağlı Elmira Şirinova ilə mühabisə edir. Elmira Şironva satdığını etiraf edir və ümumi razılıq əsasında satdığı mənzilin pulunun qaytarılmasını tələb edir. Həmin 14400 manat borc 31 saylı mənzilə görə yaranmış borcdur. 31 saylı mənzilin satılması ilə iddiaçı ilə bağlanmış müqavilə ləğv olunur, 30 saylı müqaviləni iddiaçıya yazılır. 29 saylı mənzilidə iddiaçının nümayəndəsinə satılır. Həmin şəxs iddiaçının nümayəndəsinin dostudur və həmin mənzildə də yaşayır. Bundan başaq qarşı tərəf Binəqədi Rayon Məhkəməsində “kommunal xidmətlərin ödənilməsi” tələbi ilə bağlı iddiaçıya qarşı iddia qaldıranda 30 saylı mənzilin müqaviləsini işə əlavə etmişlər, həmin müqavilə cəmiyyətdə olub. Komunla xərclərini tələb edəndə, iddiaçı bildirir ki, mən həmin mənzilə yaşamıram təmir işləri aparmıram, mən hansı komunalı ödəyəcəm? Bundan başqa həmin binada liftin alınması üçün binanın ümumi qapısı üçün iddiaçı pul vermişdir. Bundan savayı həmin binada bütün mənzillərin qapılar müxtəlif rəngdə və formadadır. Hər hansı Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə puı ödənilməsi üçün, mənzil mülkiyyətçiləri ilə müqavilə bağlanmalıdır. Lakin onlara belə müaqvilə təqdim edilməmişdi. Üç mənzilə görə müqavilə 12 avqust 2013-cü il tarixdə bağlanmış, əvəzləşdirmə müqaviləsi 2018-ci ilə bağlansa da, 2013-cü il tarix ilə yazılmışdır. Lakin 2013-cü ildə yalnız 29,30,31 saylı mənzillərlə bağlı bir müqavilə bağlanmışdır. Əlavə olaraq bildirir ki, “Bulaq-2 MTK-nən dələduzluq əməlləri 2017-ci ildə məlum olmuş, həmin vaxt mənzillər 2-3 şəxsə satılmışdır. 29 saylı müqavilənin 12 dekabr 2018-ci il İbrahimov İdealın adına bağlanır, Elmira xanım müqavilələri özü dəyişmişdir. Maliyə arayışın imza Elmiranındır, Elmira 2019-cu ildə vəfat etmişdir. Pul tələbi ilə bağlı iddia məhkəməyə 2020-ci il tarixdə verilmişdir. Həmin vaxt artıq 30 saylı mənzilə dair müqavilə mövcud idi. Lakin tələb 14400 manatla bağlı olduğuna görə digər müqaviləni məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı 119785 manat məbləğində pulu 3 mənzilə görə ödəmişdir. 30 saylı mənzilə dair üçüncü şəxslə müqavilə olmayıb, dəfələrlə məhkəmə iclasında bu barədə məlumatın təqdim edilməsi tələb edilsə də, belə bir məlumatı, müqaviləni məhkəməyə təqdim etməmişlər. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında verdiyi şifahi və yazılı izahatında, yazılı etirazında bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. İddiaçı tərəf iddiasının əsası kimi qeyd edir ki, cəmiyyətin qətnamələrədən xəbəri olmadığına görə İddiaçı komunallarla bağlı cavabdehlər siyahsına əlavə etmişlər. Cəmiyyət Bulaq-2 MTK-nin hüquqi varisi deyil. Mənzillərlə baölı hüquqi sənədlər Elmira Şirinova tərəfindən təqdim edilmişdir. 30 saylı mənzilin kimə satlıması barədə məlumatım yoxdur. İddaçı tərəfindən həmin mənzilə qapı qoyulmamışdır. 30 saylı mənzilə dair müqavilə hər hansı şəkildə mübahisələndirilmədiyindən etibarlı hesab edilir. Lakin ayrıca iddia qaydasında müqavilənin mübahisələndirilməməsi həmin əqdin etibarlı olmasına dəlalət etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında da vurğulanmışdır. Bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Bu baxımdan mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarından asılı olmadığına görə, həmin qərarın çıxarılmasının prosessual əsası olan iddia tələbindən də asılı deyil. Hazırkı iş üzrə iddiaçının hüquqi əsası kimi istinad etdiyi 13 avqust 2013-cü il tarixli müqavilə sonradan tərtib edilməklə özlüyündə əhəmiyyətsiz bir sənəddir. İlk olaraq, X4 olduğu Bulaq-2 MTK ilə iddiaçı arasında MTK tərəfindən inşa edilən ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasına olan 29, 30 və 31 saylı mənzillərə dair xx.xx.2013-cü il tarixdə müqavilə bağlanmışdır. İddiaçı ərizəsində bildirmişdir ki, “lakin sonradan MTK və rəhbəri tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün yəni binanın inşası başa çatdırılmadığından iddiaçı tərəfindən ödənilmiş pul geri tələb edilmişdir.” Hazırkı iş üzrə müqavilə isə 13 avqust 2013-cü il tarixə aiddir. Yəni iddiaçının 12 avqustda müqavilə bağladıqdan 1 gün sonra MTK və rəhbəri tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün binanın inşasının başa çatdırılmaması qənaətinə gəlməsi və 31 saylı mənzil ilə problemin olduğunu dərhal anlayıb 30 saylı mənzilə dair ayrıca müqavilə bağlaması inandırıcı və ağlabatan deyil. Sual yaranırki iddiaçının “sonradan” problemin olmasını müəyyən etməsi özündə “1 gün” zamanımı ehtiva edir? 1 gün ərzində iddiaçı binada problemin olmasını necə müəyyən etdi!? Daha sonra iddiaçının istinad etdiyi müqavilə MTK-nın sədri X18 tərəfindən imzalanmamışdır. Yəni sədrin imzalı iradəsi müqavilə ilə müəyyən edilmir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, № 935 saylı Fərmanı ilə təsdiq edilmiş kargüzarlığm aparılmasına dair Təlimatın 24-cü bəndində göstərilmişdir ki, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Analoji norma olan Mülki Məcəllənin 362.5-ci maddəsində də vurğulanmışdır ki, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Daha sonra bildiyiniz kimi öhdəliyin əmələ gəlməsi əsası üçün müqavilə olmalıdır. İşgüzar adətlərə görə, qanunvericiliyə görə ilk olaraq müqavilə bağlanmalıdır ki, ona uyğun ödənişlər həyata keçirilsin. Lakin hazırkı halda iddiaçının müqaviləsi 13 avqust 2013-cü il tarixə, maliyyə arayışı isə 12 avqust 2013-cü il tarixə aiddir. Yəni heç bir müqavilə olmadan iddiaçı mənzilə dair 1 gün əvvələ maliyyə arayışı əldə etmiş, bundan sonra müqavilə bağlanmışdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maliyyə arayışı isə mənzilə dair ödənişlərin həyata keçirilməsini təsdiq edən yekun sənədləşmədir. Mövcud olmayan müqavilə üzrə maliyyə arayışının verilməsi həm mövcud təcrübəyə, həm də qanunvericiliyin müddəalarına birbaşa ziddir. İddiaçı isə istinad etdiyi müqavilənin sonrakı tarixdə yəni, 2013-cü il 13 avqust tarixindən sonra, 2018-2019-cu illərdə tərtib olunduğunu məhkəmə iclasında etiraf etmişdir, bu barədə protokolda qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün 43-cü səhifəsində göstərilmişdir ki, X17 Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət, kommersiya və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti təyin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmünün müstəqil icra olunması göstərilmişdir. Göründüyü kimi Elmira Şirinova 2018ci il tarixdə bir sədr kimi rəhbər vəzifə tutma hüququndan məhrum edilmişdir. Məhz bu səbəbdən də həmin dövrdə iddiaçının müqaviləsində MTK sədri kimi Elmira Şirinovanın imzasının olmaması ağlabatan və anlaşılandır. Bununla belə həmin hökmün nəticə hissəsində göstərilmişdir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan "xxxx" MTK-ya aid iki ədəd möhürlərin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin arxivində saxlanılması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Göründüyü kimi "xxxx" MTK-ya aid möhürlər götürülərək Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin arxivində saxlanılmışdır. Bu isə iddiaçının müqaviləsindəki möhürün 2018-2019-cu illərdə həqiqətən də Elmira Şirinova tərəfindən vurulması faktını sübhə altına alır. Bu mənada həm imzanın olmaması, vurulmuş möhürün nə vaxt və faktiki olaraq kim tərəfindən vurulması qeyri-müəyyəndir. Yəni iddiaçının müqaviləsinin özü bir sübut kimi qeyri-mötəbərdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı bildirmişdir ki, mənzilə pəncərə, qapı qoyulmuşdur, mənzilə görə kommunal haqlar ödəmiş və bu qeydiyyat dəftərlərində mövcuddur. Lakin iddiaçı tərəfindən mənzilə ümumiyyətlə qapı və pəncərə qoyulmamış, bu həqiqəti əks etdirmir, qeydiyyat dəftərlərində isə kommunal haqlarla bağlı hər hansı qeyd mövcud deyil, mənzil ona heç bir zaman təhvil verilməmişdir. Hazırkı iş üzrə müqavilə sonradan tərtib edilərək saxtalaşdırılmışdır. Xüsusi ilə qeyd edək ki, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin e-2(001)-387/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK-dan 14400 manat pul və 30 manat dövlət rüsumu, ümumilikdə 14430 (on dörd min dörd yüz otuz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “Beləliklə iddia tələbinin 14400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə ödənilmiş pulun bir qismini qaytarmaqla iddiaçının müqavilədən imtinasını faktiki olaraq qəbul etmiş hesab olunur, bu baxımdan iddiaçı müqavilənin icra edilməməsi ilə bağlı ona dəymiş zərəri cavabdehdən tələb etməsində haqlıdır. Odur ki, cavabdeh iddiaçıya 14400 manat qalıq borcunu ödəməlidir”. Əgər hazırkı vəziyyətdə iddiaçının mənzilə dair ödədiyi pul geri qaytarılmışdırsa (bunu iddiaçı özü etiraf edir və qətnamə ilə müəyyən edilmişdir) belə olan halda mənzilə dair hüququ da itirilmiş hesab olunur və burada hər hansı subyektiv hüquqdan söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçı 29, 30 və 31 saylı mənzillərdən rəsmi olaraq imtina etmiş və hüquqi müəyyənlik prinsipi baxımından həmin imtina dövlətin adından çıxarılan, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Həmin qətnaməyə izah verilməsi barədə iddiaçı tərəfindən ərizə verilsə də, ərizə Binəqədi Rayon Məhkəməsinin e-2(001)-387/2020 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə rədd edilmişdir. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-387/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi iddiaçıya və digər cavabdehlərə qarşı qaldırılmış kommunal xidmətlərin ödənilməsi tələbinə dair Binəqədi Rayon Məhkəməsində 2(001)-3095/2024 saylı iş üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən xx.xx.2024-cü il tarixində elektron kabinetə yerləşdirilmişdir. Səlahiyyətli nümayəndə məhkəmə bildirmişdir ki, iddiaçı həmin iş üzrə cavabdeh ola bilməz və iddiaçının həmin binada hər hansı mənzili yoxdur. Bunun davamı olaraq həmin qətnaməyə istinadən iddiaçı kommunal tələblərlə bağlı iş üzrə cavabdehlik sırasından çıxarılmışdır. Həmçinin hazırkı işin hazırlıq iclasında da iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, onun 30 saylı mənzilə dair müqavilədən ümumiyyətlə xəbəri olmamışdır. Bu da onu göstərir ki, əgər 30 saylı mənzilə dair müqavilə həqiqətən də 2018-2019-cu illərdə mövcud olsa idi məhz e-2(001)- 387/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə üzrə müəyyən edilərdi və həmin işə əlavə edilmiş olardı. Bu isə imzasız müqavilənin nəinki MTK sədri vəfat etdikdən (xx.xx.2019-cu il) sonra, hətta 2020-ci ildən sonrakı tarixlərdə tərtib olunmasına dəlalət edir. Mövcud olmayan müqavilə üzrə maliyyə arayışının verilməsi həm mövcud təcrübəyə, həm də qanunvericiliyin müddəalarına birbaşa ziddir. Əgər iddiaçı istinad etdiyi müqavilənin sonrakı tarixdə yəni, 2013-cü il 13 avqust tarixindən sonraya tərtib olunduğunu qeyd edirsə belə olan halda da müqavilə özlüyündə əhəmiyyətsizdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı bildirmişdir ki, mənzilə pəncərə, qapı qoyulmuşdur, mənzilə görə kommunal haqlar ödəmiş və bu qeydiyyat dəftərlərində mövcuddur. Lakin iddiaçı tərəfindən mənzilə ümumiyyətlə qapı və pəncərə qoyulmamış, bu həqiqəti əks etdirmir, qeydiyyat dəftərlərində isə kommunal haqlarla bağlı hər hansı qeyd mövcud deyil, mənzil ona heç bir zaman təhvil verilməmişdir. Bu mənada hesab edir ki, hazırkı iş üzrə müqavilə sonradan tərtib edilərək saxtalaşdırılmışdır. Bu səbəbdən iş üzrə iddiaçı X5 qanunsuz əməlləri barədə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş edir.

İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: -xx.xx.2013-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ünvan 2, məhəllə 3202 küçəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının payçısıdır. Payçısı olduğu 2 otaqlı 30 saylı mənzilin dəyərini tam ödəyib, borc qalığı yoxdur. -xx.xx.2013-cü il tarixli mənzil tikintisinə dair müqavilənin surətindən görünür ki, "xxxx" MTK ünvan 2, məhəllə 3202, 29, 30, 31 saylı mənzilləri payçı İddiaçı verməyi öz öhdəsinə götürür. -xx.xx.2013-cü il tarixli mənzil tikintisinə dair müqavilənin surətindən görünür ki, "xxxx" MTK ünvan 2, məhəllə 3202, 30 saylı mənzili payçı İddiaçı verməyi öz öhdəsinə götürür. - xx.xx.2020-ci il tarixli su sayğacı qəbulu haqqında "xxxx" ASC ilə "xxxx" MTK arasında tərtib edilmiş Aktın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən binanın abonenti İddiaçı tərəfindən ÇSS-20 markalı, 19137853 saylı su sayğacı qəbul edilmişdir. - xx.xx.2020-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair fiziki şəxslərlə bağlanan müqavilənin surətindən görünür ki, ünvan 2, məhəllə 3202, ev 26 C, mənzil evlə bağlı müqavilə "xxxx" ASC ilə istehlakçı İddiaçı arasında bağlanmışdır. - xx.xx.2021-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktın surətindən görünür ki, ünvan 2, məhəllə 3202, 30 saylı mənzilin sifarişçisi (istehlakçısı) qrafasında İddiaçı Ağazar qızı qeyd olunmuşdur. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı Ağazar qızının "xxxx" MMC-yə 3769 manat kommunal borcu mövcuddur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-387/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MTK-dan 14400 manat pul və 30 manat dövlət rüsumu, ümumilikdə 14430 (on dörd min dörd yüz otuz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin qətnamədə qeyd edilmişdir ki, “İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK və X8 müştərək qaydada 14400 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 14430 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 olduğu Bulaq-2 MTK ilə aralarında xx.xx.2013-cü il tarixdə müqavilə imzalanmış və müqaviləyə əsasən MTK tərəfindən inşa edilən ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasına olan 29, 30 və 31 saylı mənzillərin ümumi dəyəri 119785 manat ödəməklə əldə etmişdir. Lakin sonradan MTK və rəhbəri tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün yəni binanın inşası başa çatdırılmadığından tərəfindən dəymiş zərərin əvəzi tələb edilmişdir. MTK tərəfindən 119785 manat pulun bir qismi qaytarılmış, xx.xx.2018-ci il tarixli arayışla 14400 manat borcu qaldığı bildirilmişdir. Tərəfindən dəfələrlə Elmira Şirinovaya müraciət edilsə də, borc bugünədək ödənilməmişdir. Beləliklə iddia tələbinin 14400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə ödənilmiş pulun bir qismini qaytarmaqla iddiaçının müqavilədən imtinasını faktiki olaraq qəbul etmiş hesab olunur, bu baxımdan iddiaçı müqavilənin icra edilməməsi ilə bağlı ona dəymiş zərəri cavabdehdən tələb etməsində haqlıdır. Odur ki, cavabdeh iddiaçıya 14400 manat qalıq borcunu ödəməlidir.” - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3095/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMC cavabdehlər X14, İddiaçı, Həsən-zadə Şirvan Xanoğlan oğlu, X15 və X21 qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X6 3177 manat, İddiaçı 3769 manat, Həsən-zadə Şirvan Xanoğlan oğlundan 4842 manat, X7 4552 manat və X19 7810 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq cavabdehlərdən İddiaçı mənzildən və mənzilə dair müqavilədən imtina etdiyindən onun cavabdehlər sırasından çıxarılmasını, cavabdeh X6 3177 manat, Həsən-zadə Şirvan Xanoğlan oğlundan 4842 manat, X7 4552 manat və X19 7810 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4425/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 3202-ci məhəllədə yerləşən 16+1 mərtəbəli mənzilli yaşayış binası üzrə "xxxx" Mənzil Tikinti Kooperativi idarəçilikdən kənarlaşdırılması, həmin çoxmənzilli yaşayış binası üzrə idarəçiliklə bağlı, o cümlədən, inzibati-təsərrüfat, binanın istismara təhvil verilməsi ilə bağlı aidiyyatı dövlət orqanlarına müraciət etmək, sənədlərin təqdim edilməsi, sahə mülkiyyətçilərinin mülkiyyət hüquqlarının dövlət orqanlarında qeydiyyata alınması üçün zəruri sənədlərin və arayışların verilməsi səlahiyyətlərinin iddiaçı Cavabdehnə verilməsi qət edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündə qeyd edilmişdir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə X9 yaşadığı ünvan 3 ünvanda aparılmış axtarış zamanı mənzildən pul və digər qiymətli əşya aşkar olunmamış, Elmira Şirinova ofisini bir müddət əvvəl həmin mənzilə köçürdüyünü bildirmişdir. Mənzildəki qonaq otağına baxış zamanı müəyyən olunmuşdur ki, bütün xidməti sənədlər həmin otaqda yerləşdirilib, otaqda olan şkafın siyirtməsindən "xxxx" MTK-ya aid zəruri sənədlər, həmçinin "xxxx" MTK-ya aid iki ədəd, «Şəfəq», «Şimşək», «Məşəl» və "xxxx" MTK-lara aid möhürlər götürülmüş; disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 03, iş vərəqi 202-205). -məhkəməyə sorğu əsasında təqdim edilmiş "xxxx" MTK tərəfindən müqavilələrin qeydiyyatının aparıldığı kitaba tərəflərin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, kitabın 13-cü səhifəsində İddiaçı Ağazar qızının adına səhifə açılmış, 14-cü səhifədə 42.7 və 76.5 kv.m mənzillərlə bağlı məlumatlar qeyd edilmiş: arayış12.10.10-20.000=45560; arayış-xx.xx.2023=20000=25560 Kitabın 29-cu səhifəsi 1 otaq sahəsi 42.7 qeydiyyat aparılmaqla məlumatın üstü xətlənmiş, 30-cu səhifə -76.5 kv.m 2 otaqla bağlı qeydiyyat açılsa da məlumat əks olunmamışdır. Kitabın 31-ci səhifəsi- 29+30+31 saylı mənzillərlə bağlı ümumi məblə 119785 manat qeyd edilmiş, xx.xx.2014-cü il tarixədək aylıq ödənişlər əks olunmaqla 54185 manat hesablanmış, 65600 ödənilməmiş qalmışdır. Səhifənin əvvəlində 72.3 kv.m 2 otaqla bağlı məlumat əks olunur. -tərəflərin iştirakı ilə mübahisəli mənzilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, yüksək mərtəbəli binanın komendatı tərəfindən lift xüsusi kod istifadə edilməklə mənzilin yerləşdiyi mərtəbəyə gedilmişdir. 30 saylı mənzil təmirsiz şəraitdədir. Mənzilin eyvan qapısı açılmadığından pəncərədən baxış keçirilmiş və eyvanda qaz sayğacının olması öz təsdiqini tapmış, su sayğacı çəkilməsinə baxmayaraq yerində olmadığı, həmçinin mənzildə yararsız dəmir qapının olduğu aşkar edilmişdir. Həmçinin qonşuluqda yaşayan sakinlər X11 bildirmişdir ki, özü 2017-2018-cil tarixdən 29 saylı mənzildə yaşayır. 30 Saylı mənzildə kiminsə yaşadığını görməmiş, Kinabacı adlı şəxsi tanımır. X3 kimi işlədiyini, Kinəbacının oğlunu tanımadığını, 30 saylı mənzildə kiminsə yaşadığını bilmədiyini bildirmişdir. X20-cəmiyyətin rəhbəri olduğunu, Elman bəyi tanıdığını, ona zəng edərək evinin olmadığını bildirdiyini qeyd etmişdir. Hazırki binada yerləşən mənzillərlə bağlı mübahisənin olduğunu, 30 saylı mənzilə dair dəqiq kiminsə yaxınlaşması barədə məlumatının olmadığını bildirmişdir. X22- 2020-21-ci ildən burda yaşadığını, tez-tez xaricə gedib gəldiyi üçün 30 saylı mənzildə heç kəsi görmədiyini, həmçinin 2021-ci ildə yaşadığı evi təmir edən zaman Elman bəy ilə əlaqə saxlayaraq əşyalarının müvəqqəti 30 saylı mənzilə yığmaq üçün icazə istədiyini, razılıq əsasında yığıdığını, bundan başqa hazırki mənzildə əvvəl qapı olsa da təmirsiz olduğu üçün yararsız vəziyyətə düşdüyündən yaranmış toz-torpaq yayıldığı üçün qapı qoymaq üçün Elman bəy ilə əlaqə saxladığını və təmir edən zaman qoyacağını bildirdiyindən qapının onlar tərəfindən qoyulduğunu bildirmişdir.

İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci və üçüncü bəndlərinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin dördüncü bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: (13.1.1.) yaşayış evi, yaşayış evinin hissəsi; (13.1.2.) mənzil, mənzilin hissəsi; (13.1.3). otaq; (13.1.4.) bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri.

Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Məhkəmə cavabdehin müqavilənin etibarsızlığına dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı ilə imzalanmış xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli müqavilələrin İddiaçı il "xxxx" MTK-nın səlahiyyətli şəxsi, yəni rəhbəri olmuş X18 arasında bağlanmışdır. xx.xx.2023-cü il tarixli 30 saylı mənzilə dair müqavilənin 2018-ci il tarixdə bağlanması və müqavilə tərəfi olan Elmira Şirinovanın imzasının olmaması tərəflər arasında 30 saylı mənzilə dair əqdin olmaması mənasını vermir. Belə ki, cavabdeh izahatında və etirazında həmin müddətdə möhürün olmadığını və hüquq mühafizə orqanları tərəfindən götürüldüyündən Elmira Şirinovanın səlahiyyətli şəxs olmadığını irəli sürsə də, məhkəməyə təqdim edilmiş hökmün 40-ci səhifəsinin sonuncu abzasından görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istintaq İdarəsi tərəfindən tərtib edilmiş protokol əsasında xx.xx.2019-cu il tarixdə Elmira Şirinovanın yaşadığı Binəqədi rayonu Ə.ünvan 4 ünvanında aparılmış axtarış zamanı bütün xidməti sənədlər, o cümlədən "xxxx" MTK-ya məxsus möhürlər götürülmüşdür. Belə olan halda müqaviləyə möhürün vurulması imza olmadığı halda belə iddiaçı və həmin vaxt səlahiyyətli şəxs olan Elmira Şirinovanın əqdi faktiki olaraq bəyənilməsi, əqdin həmin dövrdə mübahisələndirilməməsi, onun ölümündən sonra da cavabdeh tərəfindən kommunal xərclərlə bağlı tələb zamanı məhkəməyə 30 saylı mənzilin sahibi kimi müqavilənin təqdim edilməsi, həmin məhkəmə iclasında iddiaçınnı nümayəndəsinin mənzilə dair səsləndirdiyi qeyri dəqiq məlumata qədər müqavilə ilə bağlı hər hansı bir etirazın olmaması, mübahisələndirilməməsi öz təsdiqini tapmışdır. MM-nin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 178.8-ci maddəsinə əsasən, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra edildiyi dövrdə heç bir məlumat verilmədən ona məxsus mənzil digər şəxsə satılmış, MTK tərəfindən öz üzərinə düşən öhdəliklər icra olunmamışdır, bu səbəbdən mübahisələndirilən 30 saylı mənzilə giriş-çıxışa yaradılan maneələr aradan qaldırılmalı, buna yönələn hər hansı maneənin törədilməsi cavabdehə qadağan edilməlidir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmiş şəxslər özlərinin hansı hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidirlər. Bununla da məhkəmə yuxarıda göstərilənlərə və sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh hərəkətləri qanunsuz hesab edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasına olan 30 saylı mənzillə giriş-çıxışa yaradılan maneələrin aradan qaldırılması cavabdeh Binəqədi-33 MMC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh Binəqədi-33 MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə iddia tələbini vəkilin göstərdiyi yardıma görə 500 manat məbləğində pulun tələb edilməsi hissəsində qismən əsaslı hesab edir. Belə ki, iddiaçi tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Nəticə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. Cavabdeh hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasına olan 30 saylı mənzillə giriş-çıxışa yaradılan maneələrin aradan qaldırılması cavabdeh Binəqədi-33 MMC-yə həvalə edilsin. Hüquqi yardımın göstərilməsi üçün EM-1181VK-1179/25 saylı xx.xx.2025 tarixli müqavilə üzrə 18 saylı Vəkil Bürosuna ödənilmiş pulun 300 (üç yüz) manat hissəsi və dövlət rüsumunun əvəzi kimi ödənilmiş pulun 100 (bir yüz) manat pul cavabdeh Binəqədi- 33 MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar