Məhkəmə qərarları › İş №e-2(001)-2195/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2195/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2195/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı FİNCA Azerbaijan MMM QBKT-in Cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı FİNCA Azerbaijan MMM QBKT cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh FİNCA Azerbaijan MMM QBKT ilə bağladığı 30.07.2019-cu il tarixli **********8938 kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 34% olmaqla 2000 manat kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən borclunun hər ay 143 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan kredit kartında təqdim edilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 30.07.2019-cu il tarixli **********8***-******* saylı zaminlik müqaviləsi üzrə Zamin qismində müqavilənin tərəfi olmuşdur. Sonradan 30.07.2019-cu il tarixli **********8938 saylı kredit müqaviləsi 16.07.2020-ci il tarixli **********0740 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1339,61 manat müəyyən edilmişdir. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin 17.02.2022-ci il tarixə borcu 1068,12 manat təşkil edir. Ona görə də cavabdehlər Cavabdeh və Zamin əsas borca görə 1068,12 manatın və məhkəmə xərclərinə görə 31 manatın FİNCA Azerbaijan MMM QBKT-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh və Zamin iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər tələbə qarşı etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdrımaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Kreditor FİNCA Azerbaijan MMM QBKT ilə borcalan Cavabdeh arasında bağlanmış 30.07.2019-cu il tarixli **********8938 saylı kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcalana istehlak məqsədilə 18 ay müddətinə qaytarmaqla, illik 34% ödəmək şərti ilə 2000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kreditor FİNCA Azerbaijan MMM QBKT-in 30.07.2019-cu il tarixli qəbzindən müəyyən olunur ki, kreditor ayırdığı kreditə görə 2000 manatı Cavabdeh ödəmişdir. Kreditor FİNCA Azerbaijan MMM QBKT ilə Zamin arasında bağlanmış 30.07.2019-cu il tarixli **********8***-******* saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, Zamin borcalan Cavabdeh kreditor FİNCA Azerbaijan MMM QBKT ilə bağladığı kredit müqaviləsindən əmələ gələn öhdəliklərini tamamilə icra etməsi üçün kreditor qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor FİNCA Azerbaijan MMM QBKT, borcalan Cavabdeh və Zamin arasında bağlanmış 30.07.2019-cu il tarixli **********8938 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 16.07.2020-ci il tarixli **********0740 saylı sazişdən müəyyən olunur ki, tərəflər saziş bağlanan günə borcalanın 1339,61 manat əsas borcun illik 34% dərəcəsi ilə qaytarılması müddətini 12 ay müddətinə, yəni 20.07.2021-ci il tarixədək qaytarılması barədə razılaşmışlar. Sazişin 5-ci bəndindən müəyyən olunur ki, əsas müqavilə üzrə və ya yeni zamin olduğu halda həmin zamin bu sazişi imzalamaqla əsas müqavilə üzrə götürdüyü zaminlik öhdəliklərinin bu saziş ilə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul edir. FİNCA Azerbaijan MMM QBKT-nin 17.02.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 16.07.2020-ci il tarixli **********0740 saylı saziş üzrə 17.02.2022-ci il tarixinə əsas borca görə 1068,12 manat borcu vardır, müqavilə müddətinin sonuna faiz borcu yoxdur. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər 16.07.2020-ci il tarixli **********0740 saylı sazişdən irəli gələn öhdəliklərini icra etmədiklərindən iddiaçıya əsas borca görə 1068,12 manat borcları yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh və Zamin 16.07.2020-ci il tarixli **********0740 kredit sazişinə əsasən müştərək qaydada əsas borca görə 1068,12 manat, məhkəmə xərclərinə görə 31 manat olmaqla cəmi 1099,12 manat FİNCA Azerbaijan MMM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar