Məhkəmə qərarları › İş №e-2(001)-2225/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2225/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2225/2025 12.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC Cavabdeh Cavabdeh Öhdəliyə əsas olan müqavilənin **********001 saylı, xx.xx.2023-cü il tarixli nömrəsi və tarixi: kredit müqaviləsi Müqavilənin son tarixi: xx.xx.2023 Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 250 Faiz dərəcəsi: 60,85% Müddətin müqaviləsi : 30 gün Ödənilməmiş əsas borc: 250 Ödənilməmiş faiz borcu: 12,50 Kredit üzrə xidmət haqqı 30 Tələb olunan dəbbə pulu məbləği: 228,75 Tutulmalı olan cəmi məbləğ: 521,25 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 194, 196, 3483,1, 427.3, 442, 443.1, 119, 284-1, 284-2, 284-3, 284-5, 284-6. 445, 448, 462, 467, 567, 600, 601, 655, 657. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehlərə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Onlara iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmələri xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. - 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********001 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 250 manat əsas borc, 12,50 manat faiz borcu, 30 manat verilmiş kredit üzrə xidmət haqqı və 228,75 manat cərimə borcunun, 30,40 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə "SF Azerbaijan” BOKT MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "SF Azerbaijan” BOKT MMC-nin Cavabdeh qarşı olan 521,25 manat məbləğindəki tələb hüququ İddiaçı ASC-yə keçmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə onun 250 manat əsas borc, 12,50 manat faiz borcu, 30 manat verilmiş kredit üzrə xidmət haqqı və 228,75 manat cərimə borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilsə də borc yenə də ödənilməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də onun tərəfindən iddiaya qarşı hər hansı əsaslandırılmış etiraz məhkəməyə göndərilməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - **********001 saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış mikro kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2023-cü il tarixdə 30 gün müddətinə illik 60,85% və verilmiş kredit məbləği üzrə xidmət haqqının məbləği 30 manat olmaqla 250 manat məbləğində kredit verilmişdir. - Həmin müqavilənin 1.13-cü bəndindən görünür ki, alıcı qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,7%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 2.3.5-ci bəndindən görünür ki, satıcı alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini borcalanın razılığı olmadan öz mülahizəsinə əsasən hər hansı üçüncü şəxsə yönəldə bilər. - 2712/23 saylı, xx.xx.2023-cü il tarixli tələb hüququnun satılması barədə müqavildən görünür ki, satıcı "xxxx" BOKT MMC-dən alıcı Cavabdeh kredit müqaviləsindən irəli gələn pul tələbi İddiaçı ASC-yə (iddiaçıya) güzəşt edilmişdir. - 28.01.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 250 manat əsas borc, 12,50 manat faiz borcu, 30 manat verilmiş kredit üzrə xidmət haqqı və 228,75 manat cərimə borcu olmaqla, cəmi 521,25 manat borcu vardır. - 01.11.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmiş, cavabdehə borcunu 10 gün ərzində ödəmədiyi təqdirdə borcun tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı bank cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, iddiaçının iddia ərizəsində tələb etdiyi 228,75 manat cərimənin məbləği əsassız və şişirdilmişdir. İşin halları nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin ümumilikdə 25 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 250 manat əsas borc, 12,50 manat faiz borcu, 30 manat verilmiş kredit üzrə xidmət haqqı və 25 manat cərimə borcu olmaqla, cəmi 317,50 manat borc İddiaçı ASCnin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 250 manat əsas borc, 12,50 manat faiz borcu, 30 manat verilmiş kredit üzrə xidmət haqqı və 25 manat cərimə borcu olmaqla, cəmi 317,50 (üç yüz on yeddi manat əlli qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinun Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar