Məhkəmə qərarları › İş №e-2(001)-2226/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-2226/2023

24.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-2226/2023 24.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri 24 fevral 2023-cü il tarixdə məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Rayon Məhkəməsinin 2(001)-1014/2020 saylı, xx.xx.2020-ci il tarixli müvəqqəti qərardadı ilə (icra sənədi) üzrə cavabdehdən (borcludan) hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, təqdim olunmuş iddia ərizəsinin məzmunundan belə aydın olur ki, iddiaçının miqdarını dəyişdirmək istədiyi aliment Binəqədi Rayon Məhkəməsinin 2 (001)- 1014/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən tutulmuşdur. Həmin qərardadda İddiaçı Cavabdeh qarşı nikahın pozulmasına, birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 onun yanında saxlanılmasına və aliment tələbinə dair iddia ərizəsi ilə bağlı 2(001)-1014/2020 saylı mülki iş üzrə rəy verilməsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasma həvalə edilməsi, xx.xx.2020-ci il tarixdən başlayaraq məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 170 manat aliment tutulması, həmin tarixdən tarixdən başlayaraq məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək xx.xx.2017-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 170 manat aliment tutulsması qərara alınmışdır. Göründüyü kimi sözügedən qərardad müvəqqəti xarakter daşımaqla mülki iş üzrə qətnamə çıxarılanadək aliment məsələsinin həll etmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Binəqədi Rayon Məhkəməsinin 17.11.202-ci il tarixli 2(001)-1014/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddia ərizəsi geri qaytarılaraq baxılmamış saxlanılmış, qərardaddan şikayət verilməmişdir. Göründüyü kimi iddiaçı artıq qüvvədən düşmüş qərardada istinad edərək iddia icraatı qaydasında alimentin miqdarının artırılmasını tələb edir ki, bu iddiaya məhkəmə qaydasında baxılması baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası yolverilməzliyinə görə onu qəbul etməkdən imtina edilsin, iddiaçıya müvafiq yeni əsaslarla məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar