Məhkəmə qərarları › İş №e-2(001)-2228/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2228/2021

21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2228/2021 21.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X1 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X3 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 vurulmuş 5396,10 manat məbləğində maddi ziyanın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı olmaqla, cəmi 5426,50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospektində etibarnamə əsasında idarə etdiyi “Azsamand minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə “xxxx” X2 məxsus olan 1 ədəd çuğun altlıqlı “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisələrinə 5396,10 manat dəyərində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı Tural Mahmudov xx xxxxxx 2020-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara, Yasamal rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2020-ci il tarixli, TP ******* saylı X4 haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh tərəfindən idarə edilən “Azsamand minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası olmamışdır. Cavabdeh qeyd olunan məbləğin ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X3 nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini bildirərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh “Azsamand” minik markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə, saat 02:00-da yol nəqliyyat hadisəsi törətmiş, ona görə də barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli TP ******* saylı X4 haqqında qərardan görünür ki, Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında o, manevr etmə qydalarını pozuduğuna görə Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarın məzmununda görünür ki, araşdırma zamanı Cavabdeh xx.xx.2020-ci il tarixində, saat 02:00 radələrində “Azsamand minik” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Tbilisi prospektində avtomobili idarə edərkən idarəetməni itirərək avtomobilin yolun əks zolaqla arada olan səkiyə dəyməsi və səkidə olan “xxxx” EŞM-ə məxsus olan 1 ədəd çuğun altlıqlı “Palermo” tipli işıq dirəyini vuraraq sıradan çıxarması, onun ehtiyatsızlığı nəticəsində müəssisəyə 5396 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. “xxxx” EŞM-in əməkdaşları Y.Əsədov, N.Cəfərov, E.Xəlilov, S.Ələkbərov və V.Qanbayev tərəfindən imzalanmış № 1 saylı, xx xxxxxx 2020-ci il tarixli Aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə naməlum avtomobil həmin müəssisəyə məxsus 1 ədəd 2010-cu il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəyini vurmuşdur. Akta əsasən 1 ədəd 2010-cu il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6348,40 manat, köhnəlmiş dərəcəsi nəzərə alınmaqla (15%) qiyməti 5396,10 manat müəyyən edilmişdir. Bundan başqa 1 ədəd 2010-cu il istehsallı çuqun altlıqlı “Palermo” markalı işıq dirəyinin yoxlama zamanı yararsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 2010cu il istehsallı çuqun altlıqlı 1 ədəd “Palermo” markalı işıq dirəyinə görə 5396,10 (beş min üç yüz doxsan altı manat 10 qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) bank xidmət haqqı da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 5396,10 (beş min üç yüz doxsan altı manat 10 qəpik) manat, dövlət rüsumuna görə 30 (otuz) manat və 0,40 (qırx qəpik) bank xidmət haqqı, cəmi 5426,5 (beş min dörd yüz iyirmi altı manat 50 qəpik) manat alınaraq iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti “xxxx” X2 verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar