Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-226/2025 26.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitəsinə dəymiş zərərin 7 657 AZN məbləğində ödənilməmiş hissəsi, vəkilə ödənilmiş 150 AZN xidmət haqqı və ödənilmiş 98.07 AZN dövlət rüsumu olmaqla, ümumilikdə 7 905,07 AZN məbləğ yol nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə edən Cavabdeh1, avtomobili ona etibarnaməsi olmadan idarə etmək üçün verən Cavabdeh3, avtomobilin mülkiyyətçisi Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ona məxsus olan idarə etdiyi “Suzuki” markalı, 99-F-319 dövlət qeydiyyat nişanlı motosiklet ilə hərəkət edərkən işıqforun “qırmızı” işığında dayandığı zaman arxadan hərəkət edən “Renault Megane” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 motosikleti arxadan vurmuşdur. Məsələ ilə bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılmış müəyyən olunmuşdur ki, Cavabdeh1 “Renault Megane” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh3 vermişdir. Cavabdeh1 yol nəqliyyat hadisəsi baş verən zaman həmin avtomobili etibarnamə olmadan idarə etmişdir. Həmin avtomobilin mülkiyyətçisi isə Cavabdeh2dur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh1 təqsiri Nəsimi RPİ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə tanınmışdır. Siğorta Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən müəyyən olunmuşdur ki, Yol–nəqliyyat hadisəsi nəticəsində ona məxsus nəqliyyat vasitəsinə 12 657 AZN məbləğində ziyan dəymişdir. Dəyən zərərin 5000AZN məbləğində hissəsi Atəşgah siğorta şirkəti tərəfindən ona ödənilmişdir. Vurulmuş ziyanın 7 657 AZN məbləğində qalan hissəsi isə qarşılanmamışdır. Vəkil Faiq qızı ilə aramda bağlanmış X3 Haqqında müqaviləyə əsasən, 150 AZN xidmət haqqı tərəfindən ödənilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, Nəsimi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü ildə- hadisənin baş verdiyi gün verdikləri izahatlarında qeyd etmişdirlər ki, Cavabdeh3 Cavabdeh1 öz evinə santexnik ustası kimi çağırmış, özünə məxsus “Renault Megane” markalı, 99BK-111 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan Cavabdeh1 yaxınlıqdakı mağazadan su krantı alması məqsədilə vermişdir. Lakin sonradan xx.xx.2023-cü il tarixində ( hadisə baş verdiyi tarixdən 9 gün sonra) Cavabdeh3 məsuliyyətdən yayınmaq məqsədilə, guya Cavabdeh1 maşının açarlarını onun xəbəri olmadan götürmüşdür deyə izahatını dəyişmişdir. Məhkəmə sübutların əldə edilməsi məqsədilə dəfələrlə Cavabdeh3 onun müraciəti ilə bağlı məsələnin nəticəsi barəsində sübut təqdim etməyi tələb etsə də, hadisənin baş verməsindən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq Cavabdeh3 müraciətinin aqibəti barədə məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişdir. Məhkəmə prosesində hər iki cavabdeh bir-birini uzun müddətdir ki, tanıdığını, Cavabdeh1 Cavabdeh3 tapşırıqlarını müntəzəm icra etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına əsasən, Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2.-ci maddəsinə əsasən, Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Nəsimi rayon polis idarəsinin, eləcə də cavabdehlərin məhkəmə prosesində verdikləri izahatdan məlum olur ki, Cavabdeh1 Cavabdeh3 evində müntəzəm santexnik kimi müvafiq işlərin icrasını həyata keçirmişdir. Məsələyə Mülki Məcəllənin 1108-ci maddəsinə münasibətdə yanaşdıqda belə, yenə də Cavabdeh3 məsuliyyəti istisna oluna bilməz. Belə ki, həmin maddəyə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər ətrafdakılar üçün təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Bildiririk ki, bu istisnaların heç biri bu münasibətdə mövcud olmamışdır. Belə ki, nəqliyat vasitəsinin başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) onun sahibinin sahibliyindən çıxmadığı cavabdehlərin yol nəqliyyat hadisəsi baş verən gün verdikləri izahatlarında, məhkəmə prosesində verilmiş izahatlarda, eləcə də bununla bağlı məsələyə indiyədək hüquqi qiymət verilməməsi ilə sübut olunmuşdur. Əks təqdirdə, Cavabdeh1 əməlinə Cinayət Məcəlləsinin 185. maddəsinə əsasən (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) hüquqi qiymət verilərdi. Məhkəməyə ancaq Nəsimi rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar təqdim edilmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə baş vermişdir. Həmin tarixdə cavabdehlər polis orqanında izahat verərək, avtomobilin qaçırılmadığını bildirmişlər. Cavabdeh3 izahat verərək bildirmişdir ki, təmirlə bağlı materialın alınması üçün avtomobilin açarını özü şəxsən Cavabdeh1 vermişdir. Lakin daha sonra Cavabdeh3 izahatını dəyişərək, məsuliyyətdən yayınmaq üçün xəbəri olmadığını bildirmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, Əliosman onun şəxsi ustası deyil. Sadəcə olaraq onun evində usta kimi işləmişdir. Evində iş görmək üçün dəvət etmiş olduğu usta ilə arasında hər hansı xidməti müqavilə bağlanmır. Əliosman maşını ondan xəbərsiz götürüb, evdən çıxmışdır. Əliosmanı hətta həmin gün tapa bilməmişdir. Hadisə günü başa bir ustaya yığıb, Əliosmanı soruşmuş, ona təhqiqatçının nömrəsi verilmişdir ki, zəng etsin. Polisdə ilk olaraq Əliosmandan şikayət verməmişdir. Çünki adi ustadır və himayəsində 3 uşağı var. Ona görə də, birinci izahatında maşını götürdüyündən xəbərdar olduğunu bildirmişdir. Daha sonra vurulmuş zərərin məbləğinin 10000 manat olduğunu öyrənmiş, zərərin onun üstünə qalmasından çəkindiyi üçün ikinci dəfə izahatını dəyişmişdir. Həmin izahatını da, 2-3 günə gedib dəyişdirmişdir Orada 9-10 günlük bir müddət aralığı olmayıb. Əliosmanı son 2 ildə 4 dəfə bu iş üzrə iclaslarda görmüşdür.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, Cavabdeh1 onların evində bir neçə il usta işləmişdir. Cavabdeh1 santexnik ustasıdır, hadisə olan günü evdə yekun işləri görüb, çıxmalı idi. Özü briqadirdir, lakin iş yerində əmək müqaviləsi üzrə sürücü işləyirdi. Arada maşını özü Əliosmana idarə etməyə verib, lakin özü yanında olub. Hətta şirkətin xidməti maşınlarını da, idarə etmək üçün Əliosmana verib. Cavabdeh1 xəbəri olmadan avtomobilinin açarını götürərək içkili vəziyyətdə avtomobili idarə edərək, qəza törətmişdir. Onun hadisədən səhəri günü xəbəri olmuşdur. Yasamal rayon Polis İdarəsindən qardaşına yığıblar, qardaşı da, ona zəng edərək, hadisəni soruşmuş, baş verənlərdən belə məlumatlı olmuşdur Bununla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırılma aparılmışdır. O, eyni zamanda Cavabdeh1 hərəkətləri barədə Nəsimi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş. lakin nəticəsi barədə məlumatı yoxdur. Həmçinin Yasamal Rayon Polis İdarəsində araşdırılan material araşdırılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Onun avtomobilə 3000 manat xərci çıxmış, daha sonra avtomobili satmışdır. Cavabdeh1 barəsində 3 uşağı olduğu üçün ilk dəfə şikayət etməmiş, lakin sonradan avtomobilinin bərbad hala düşməsini gördükdən sonra Əliosmanın barəsində şikayət etmişdir. Avtomobil atasının mülkiyyətində olsa da, etibarnamə ilə özü idarə etmişdir. Polis orqanına gedənə kimi Cavabdeh1 avtomobilə yüngül ziyanın dəydiyini bildirmişdir və polisdə avtomobili guya könüllü verdiyini bildirməyi xahiş etmişdir. O, avtomobilə dəyən ziyanın az olacağını düşünərək, polisdə avtomobili könüllü verməyi barədə izahat vermişdir. Lakin daha sonra avtomobilinə dəymiş ziyanın 3000 manat olduğunu, motosikletə dəyən ziyanın 10000 manatdan artıq olduğunu bildikdə, izahatını dəyişmişdir.
7. Cavabdeh3 iddiaya etirazında göstərir: Məhkəmənin bildirişini və iddiaçının ərizəsi ilə tanış olduq, lakin həmin iddianı qanunsuz və əsassız hesab edirik, belə ki, 11.10 2023 il tarixində bizim mülkiyyətdə olan **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı Renault Megane" avtomobili biz yəənivəatamidarəetməmişik, həmin tarixdə avtomobili evimizdə usta işləyən, Cavabdeh1 gecə saatlarında talama məqsədi olmadan Bakı şəhəri Yasamal rayonu M. Agayev küçəsində olan evimizin qabağından qaçırmışdır və nəticədə də həmin hadisəni törətmişdir. Mənim şahidlərimdə var. (Səməndər, Anar,) (səs yazısı hətta var )Bununla bağlı biz həmin tarixdə Nəsimi rayon polis idarəsində lazımı izahatlar və ərizələr vermişik. Bununla da qane olmayıb biz hadisənin, yəni avtomobili qaçırma yeri olan Bakı şəhəri Yasamal rayonu 26-cı polis bölməsinə ərizə ilə də müraciət etmişdik. Sonradan bizə məlumat verdilər ki, həmin ərizə Yasamal polis idarəsi Bakı şəhəri Nəsimi rayon polis idarəsinə göndərilmiş və cinayət hadisəsi barədə material aidiyyatı üzrə göndərilməsi barəsində Qərarı və Prokurora məlumat məktublarının surətləri bizə təqdim edilmişdir. Həmin hadisənin etiraf edən Cavabdeh1 izahatında hadisəni olduğu kimi qeyd edərək bildirmişdir ki, həmin gün avtomobilin sahibi Cavabdeh3 yatdığı üçün o, açarı stolun üstündən götürərək avtomobili qaçırmışdır, bu hal Qərarda da konkret olaraq həkk olunmuşdur.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, hadisə baş verən gün polis onu bölməyə aparmışlar. Daha sonra evə buraxılmışdır. Artıq saat gec olduğundan evə getməmiş Elçingildə qalmalı olmuşdur. Evə gələndə hətta Elçin yatmışdır. Əslində evə saat 07:30-da çatmışdır. Evə qalxanda Elçin demişdir ki, bəs atası ona yığıb. Hadisə və maşınla bağlı ona sual vermiş, birlikdə dayanacağa gedib, maşına baxmışlar. Daha sonra birlikdə təhqiqatçının yanına getmişlər. Qüsur aktında göstərilən məbləğlər şişirdilmiş məbləğlərdi.
9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, cavabdeh evində su axıntısı var idi. Elçin müəllim yığmışdır ki, su axır, gəl düzəlt. Evə gələndə həmin vaxtı cavabdeh yorğun olduğu üçün yatmağa getmişdir. O, krantı sıxmış, lakin suyun axıntısı dayanmadı. Ona görə də, arko-krant almağa məcbur olmuşdur. Cavabdehin evinin yaxınlığında 24 saat fəaliyyət göstərən mağaza işləyirdi. O, cavabdeh oyatmağa çalışsa da, cavabdeh oyanmamışdır. Bu zaman masanın üzərindən avtomobilin açarını götürərək, sanitar qovşağı üçün arko-kran almağa getmiş və həmin vaxtı hadisə törətmişdir. Hadisəni törədən vaxtı içkili olmuşdur. Hadisə törədən vaxtı tək olmuşdur. Motoskleti arxa hissəsindən vurmuşdur. Avtomobili özü götürmüş, digər cavabdehlər ona avtomobili verməyiblər. Cavabdeh3 şirkətində işçi kimi müqaviləsi olub. Əvvəllər VÖEN-i olub, lakin sonradan bağlayıb.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir.
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
12. Hk-1/968 saylı material üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasınn rədd edilməsi haqqında qərarda göstərilir: Cavabdeh3 xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə gecə saatlarında ünvan 1 ünvanında evdə yatmış olarkən, onun tanışı Cavabdeh1 ona məxsus olan **-BK-*** dövlət qeydiyyat nişanlı “Renault Megane” markalı avtomobilin açarını ona bildirmədən gizlincə götürərək və həmin gecə bir neçə avtomobil vuraraq, maddi ziyan vurmuşdur. Həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh1 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23:10 radələrində Cavabdeh3 onu öz evinə santexnik ustası kimi çağırmışdır. O, gəlib işə başladıqda su kranının dəyişmək lazım olduğunu Cavabdeh3 bildirmişdir və bu vaxtı yaxınlıqda açıq işləyən dükanın olduğunu bilirmiş və bu səbəbdən Cavabdeh3 avtomobilini ona verməyi və həmin krantı alıb gəlməyini bildirmişdir. Cavabdeh3 onunla razılaşaraq etibarnamə olmadan özünə məxsus "Renault Megane" markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilin açarlarını ona vermişdir. O, avtomobil ilə hərəkət edərək sözügedən dükana getdikdə həmin dükanın bağlı olduğunu görmüş və geriyə qayıdarkən yol üstü kafelərin birində əyləşərək yemək yeyib spirtli işki qəbul etmişdir. Sonra həmin kafeyə dostu "Səməndər"i dəvət etmiş və Səməndər ilə bir yerdə yemək yeyib spirtli işki qəbul eləmişdirlər. Sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 03:10 radələrində Cavabdeh3 öz razılığı ilə ondan götürdüyü Cavabdeh3 məxsus sərxoş halda etibarnamə olmadan idarə etdiyi "Renault Megane" markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu "28 May" metrostansiyası istiqamətindən üzü «Köhnə Təzə Bazar» istiqamətinə S.Əsgərova küçəsi ilə 2 zolaqlı yolun sağ zolağı ilə təxminən saatda 70-80 km surətlə hərəkət edirmiş və S.Əsgərova küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsinə çatmamış qarşısında hərəkət edən sonradan ona məlum olan "Suzuki" markalı 99-F-319 dövlət nömrə nişanlı motosikletin sürücüsü İddiaçı idarə etdiyi avtomobil ilə küçələrin kəsişməsində işıqforun yaşıl işığı yanıb-söndüyündən kəsişməni keçdikdə qırmızı işığa düşəcəyini düşünərək surəti azaltmış və hərəkəti qadağan edən "QİRMİZİ" İşığında dayanmış və o, idarə etdiyi avtomobil ilə düzgün ara məsafəsi seçmədiyi üçün İdarə etdiyi avtomobilin qabaq sol yan hissəsi ilə qarşısında dayanan motosikletin arxa hissəsindən ehtiyatsızlıqdan vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "Suzuki" markalı 99-F-319 dövlət nömrə nişanlı motoskletin sürücüsü İddiaçı xəsarət aldığı üçün TTTY çağırılmış və həkimlər gələrək Zauru xəstəxanaya aparmışdırlar. Cavabdeh1 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə xx.xx.2023cü il tarixdə təxminən saat 03:10 radələrində S.Əsgərova küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində baş vermişdir. Baş vermiş hadisə nəticəsində о, xəsarət almamış və MTEdan keçmək istəmir. O, "Suzuki" markalı 99-F-319 dövlət nömrə nişanlı motoskletin sürücüsü İddiaçı tanımır və Zaur ilə əvvəllər şəxsi ədavəti olmamışdır. Baş vermiş hadisə zamanı avtomobildə qabaq sağ oturacaqda sərxoş halda olan dostu "Səməndər" sərnişin qismində əyləşmişdir və digər əlavə yük olmamışdır. Təhlükəni avtomobillər arasında təxminən 5-6 metr məsafə qalanda görmüşdür. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuşdur. O, avtomobil idarə edən zaman spirtli içkinin təsiri altında olmuşdur. Araşdırma zamanı Cavabdeh3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23:10 radələrində Cavabdeh1 öz evinə santexnik ustası kimi çağırmışdır. Əliosman gəlib işə başladıqda su kranının dəyimək lazım olduğunu bildirmiş və bu vaxtı yaxınlıqda açıq işləyən dükanın olduğunu bilirmiş və bu səbəbdən Cavabdeh1 etibarnamə olmadan özümə məxsus "Renault Megane" markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilin açarlarını vermişdir ki, həmin krantı alıb gəlsin. O, spirtli içkinin təsiri altında olduğu üçün evdə yatmışdır. xx.xx.2023cü il tarixdə təxminən saat 12:10 radələrində yuxudan qalxmış və eşitmişdir ki, etibarnamə olmadan Cavabdeh1 verdiyi özünə məxsus "Renault Megane" markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobil ilə sərxoş halda yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh3 verilən suallara cavab olaraq bildirmişdir ki, o, özünə məxsus "Renault Megane" markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan Cavabdeh1 verməyinin səbəbi yaxınlıqda olan su krantının alması olmuşdur.
13. Cavabdeh1 xx.xx.2023-cü il taricində Nəsimi RPİ-də vermiş olduğu izahatında göstərir: Mənə verilən suallara cavab olaraq aşağıdakıları göstərə bilərəm ki, yuxarıda göstərilən ünvanda qeydiyyatdayam və ünvan 2 Azərbaycan dilində və latın qrafikalı əlifba ilə sərbəst yazıb oxuya bilirəm, izahatın təhqiqatçı tərəfindən kompüter vasitəsi ilə azərbaycan dilində və latın qrafikalı əlifba ilə yazılmasına heç bir etirazım yoxdur. Qeyd etmək istəyirəm ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23:10 radələrində Cavabdeh3 məni öz evinə santexnik ustası kimi çağırdı. Mən gəlib işə başladıqda su kranının dəyimək lazım olduğunu Cavabdeh3 bildirdim və bu vaxtı yaxınlıqda açıq işləyən dükanın olduğunu bilirdim və bu səbəbdən Cavabdeh3 avtomobilini mənə verməyi və həmin krantı alıb gəlməyimi bildirdim. Cavabdeh3 mənimlə razılaşaraq etibarnamə olmadan özünə məxsus "Renault Megane" markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilin açarlarını mənə verdi. Mən avtomobil ilə hərəkət edərək sözügedən dükana getdikdə həmin dükanın bağlı olduğunu gördüm və geriyə qayıdarkən yol üstü kafelərin birində əyləşərək yemək yeyib spirtli işki qəbul etdim. Sonra həmin kafeyə dostum "Səməndər"i dəvət etdim və onunlada bir yerdə yemək yeyib spirtli işki qəbul elədik. Sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 03:10 radələrində Cavabdeh3 öz razılığı ilə ondan götürdüyüm Cavabdeh3 məxsus sərxoş halda etibarnamə olmadan idarə etdiyim "Renault Megane" markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu “28 May” metrostansiyası istiqamətindən üzü «Köhnə Təzə Bazar» istiqamətinə S.Əsgərova küçəsi ilə 2 zolaqlı yolun sağ zolağı ilə təxminən saatda 70-80 km surətlə hərəkət edirdim və s.
14. Əliyev X5 rayon Polis İdarəsinə yazdığı xx.xx.2024-cü il tarixli ərizəsində göstərir: yazaraq bildirirəm ki, xx.xx.2023-cü il tarixdə mənim **-BK-*** dövlət nömrə nişanlı “Renault Megan” markalı avtomobilinin Cavabdeh1 qaçırıb və nəticədə mənim avtomobilimə və başqa avtomobillərə zərər vurmuşdur. Mən bununla bağlı Nəsimi rayon polis idarəsinə və Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin bu günə qədər həmin cinayət haqqında heç bir tədbir görülməmişdir. Odur ki, xahiş edirəm, bu barədə mənə məlumat verəsiniz.
15. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən surəti X2 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilir: "xxxx" Sığorta Şirkətinə daxil olmuş 19 mart 2024-cü il tarixli, 6- 1-26/2-X-32xx-xx-5400/2024 saylı məktubunuza əlavə olunan şikayət ərizəsinə baxılmışdır. Bildirirəm ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" Sığorta şirkətində sığorta olunan "Suzuki GSX-R1000ZL3" markalı, 99F319 dövlət qeydiyyat nişanlı motosikl xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "Renault Megane" markalı, 99BK111 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. "Suzuki GSX-R1000ZL3" markalı, 99F319 dövlət qeydiyyat nişanlı motosiklə dəymiş zərər 12657 AZN (on iki min altı yüz əlli yeddi manat) həcmində qiymətləndirilmiş və sığorta ödənişinin son həddi həcmində, yəni 5000 AZN (beş min manat) məbləğ faydalanan şəxsə ödənilmişdir.
16. "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixi qüsur aktından görünür ki 90-f-139 nömrəli, “Suzuki GSX-R 1000R” markalı motosikletə 12657 manat zərər dəymişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumatında göstərilir: 09 iyul 2024-cü il tarixində təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün tədqiqat obyekti olan 2013-cü il buraxılışlı “Suzuki GSX-R 1000R” markalı, 99-F-319 dövlət qeydiyyat nişanlı motosikletin ehtiyat hissələrinin satışı barədə Respublikada yerləşən yerli internet saytlarında məlumat olmadığından qiymətlədirmə aparılması mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 300 manatdır.
18. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 0153 saylı rəyində görünür ki, 99-F-319 dövlət qeydiyyat nişanlı motosikletə dəymiş ziyanın məbləği 10810 manat hesablanmışdır. Ekspertiza tədqiqatının dəyəri 300 manatdır.
19. X3 haqqında xx.xx.2024-cü il tarixli, 200 saylı müqaviləyə görə Vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs İddiaçı isə hüquqi yardım üçün 150 manat haqq ödəməyi öhdəsinə götürür.
20. 03.04.2024-cü il tarixli qəbzin fotoşəklindən görünür ki, İddiaçı tərəfindən “Kredo” Vəkil Bürosunun hesabına 140 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
21. Cavabdeh1 Cavabdeh3 evində təmir ilə əlaqədar olaraq santexnik işlərini görən usta olmuşdur. O, 11 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 məxus, lakin Cavabdeh3 istifadəsində olan "Renault Megane" markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində iddiaçıya məxsus motosikletə və başqa avtomobillərə xəsarət yetirmişdir.
22. "Suzuki GSX-R1000ZL3" markalı, 99F319 dövlət qeydiyyat nişanlı motosikl "xxxx" Sığorta şirkətində sığorta olunduğundan, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində motosiklə dəymiş zərər 12657 AZN həcmində qiymətləndirilmiş və sığorta ödənişinin son həddi həcmində, yəni 5000 AZN məbləğ faydalanan şəxsə ödənilmişdir.
23. Hazırda iddiaçı 12657 manat zərər məbləğindən qalıq qalmış 7657 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
24. İşin mübahisələndirilməyən halı yol nəqliyyat hadisəsinin baş verməsi və iddiaçının motosikletinə dəymiş ziyanın mövcudluğudur.
25. İşin mübahisələndirilən halı isə tələb edilən zərər məbləği və həmin məbləğin cavabdehlərdən müştərək qaydada tutulmalı olub-olmaması ilə bağlıdır.
26. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 0153 saylı rəylə 99-F- 319 dövlət qeydiyyat nişanlı motosikletə dəymiş ziyanın məbləği 10810 manat hesablanmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
29. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
30. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
31. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
32. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
33. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
34. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
35. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında göstərilir: İstər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü, 1099.1-ci və 1099.2-ci maddələrində işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.
37. Göstərilən maddələrdə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.
38. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur:- ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır;dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır;- ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir.
39. İşin müəyyən edilmiş hallarına əsasən yüksək təhlükə mənbəyinin mülkiyyətçisi Cavabdeh2 olsa da, onun oğlu Cavabdeh3 yüksək təhlükə mənbəyinə qanuni əsaslarla, yəni etibarnamə əsasında sahiblik etmişdir. Yüksək təhlükə mənbəyinin sonuncunun istifadə və sahibliyində olduğu vaxt Cavabdeh1 yol nəqliyyat hadisəsi törətmiş və iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə zərər vurmuşdur. Hüquqa zidd əməlin törədilməsində Cavabdeh1 təqsirli bilinmişdir.
40. Yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyətin həddi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
41. Hazırki mübahisədə yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin məsuliyyətindən söhbət gedə bilməz, belə ki, nəqliyyat vasitəsi Cavabdeh3 qanuni sahibliyində olan vaxt hüquqa zidd əməl törədilmişdir. Burada hüquq zidd əməl törədən Cavabdeh1 məsuliyyəti mübahisə doğurmasa da, digər Cavabdeh3 yüksək təhlükə mənbəyinin onun sahibliyindən qanunsuz götürüldüyünü iddia edir. Lakin məhkəmənin qənaəti ondan ibarətdir ki, Cavabdeh1 Cavabdeh3 tapşırığı əsasında iş görən zaman hüquqa zidd əməl törətmişdir. Belə ki, hər iki şəxs hadisədən sonra verdikləri ilkin izahatlarında nəqliyyat vasitəsinin evdə görülən təmir işləri ilə bağlı su kranı alınması üçün verildiyini bildirmişdir. Odur ki, hazırki mübahisədə işəgötürənin təqsirsiz məsuliyyəti vardır və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Hansı ki, Cavabdeh3 daha öncə də şirkətin ustası olan Cavabdeh1 həm öz nəqliyyat vasitəsini, həm də şirkətin nəqliyyat vasitələrini özünün iştirakı ilə idarə etmək üçün verdiyini bildirmişdir. Cavabdehlərin həm məhkəmə iclaslarında, həm də hadisənin araşdırılması zamanı polisə verdikləri ifadələrini sonradan dəyişmələrini məhkəmə inandırıcı hesab etmir və məsuliyyətdən yayınmaq üçün atılan addım kimi qiymətləndirir. Üstəlik nəqliyyat vasitəsinin onun sahibliyindən qanunsuz götürülməsi ilə bağlı məhkəmə icraatı dövründə Cavabdeh3 verdiyi şikayətin də nəticəsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.
42. Zərərin məbləği ilə bağlı isə məhkəmə təqdim edilən mütəxəssis rəyinə mötəbər sübut kimi yanaşaraq, hesab edir ki, avtomobilə dəymiş zərərin məbləği mütəxəsiss rəyinə uyğun hesablanmalıdır. Belə ki, mütəxxəsis rəyinə görə motosikletə dəymiş zərər 10816 manat müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən 5000 manat sığorta ödənişinin edilməsi nəzərə alındıqda, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzində 5816 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir.
43. Hüquqi yardım üçün vəkilə ödənilən xərcin cavabdehdən tutulması hissəsində məhkəmə hesab edir ki, işin mahiyyəti, keçirilən iclaslar və iclaslarda vəkilin iştirak etməsi nəzərə alınarsa 150 manat vəsaitin cavabdehlərdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Tətbiq edilən prosessual normalar:
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
46. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
47. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
48. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir.
49. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
50. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
51. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərin əvəzi qismində 5810 (beş min səkkiz yüz on) manat, hüquqi yardım üçün ödənilmiş 150 (yüz əlli) manat, dövlət rüsumunun əvəzi qismində 98,07 (doxsan səkkiz manat, yeddi qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
52. Mütəxəssis rəyinin dəyəri qismində 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (benefisiarın adı: Hüquqçu MMC, benefisiarın VÖEN-i:**********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22, bank kodu: 505141, valyuta: AZN, bank VÖEN-i: **********) ödənilməlidir.
53. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Vurulmuş zərərin əvəzi qismində 5810 (beş min səkkiz yüz on) manat, hüquqi yardım üçün ödənilmiş 150 (yüz əlli) manat, dövlət rüsumunun əvəzi qismində 98,07 (doxsan səkkiz manat, yeddi qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssisə ödənilməli olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-yə verilsin. (benefisiarın adı: Hüquqçu MMC, benefisiarın VÖEN-i:**********, hesab nömrəsi: AZ12PAHA40060AZNHC**********, müxbir bank: "xxxx" ASC, SWİFT: PAHAAZ22, bank kodu: 505141, valyuta: AZN, bank VÖEN-i: **********). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Hakim İlkin Əliyev