Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-2266/2022 26.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurabanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Yelo Bank ASC-nin Cavabdeh Eldar oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Yelo Bank ASC Cavabdeh Eldar oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh bağladığı 15.03.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Yelo Bank ASC-dən illik 19,9 faizlə, 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 08.02.2022-ci il tarixdək Cavabdeh banka 15.03.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 12574,04 manat, faiz borcuna görə 1097,26 manat, cəriməyə görə 443,47 manat olmaqla cəmi 14114,77 manat borcu vardır. Cavabdeh 15.03.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka cəimə borcu 443,47 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 110,87 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də tərəflər arsında bağlanan 15.03.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə, kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə əsas borc görə 12574,04 manat, faiz borcuna görə 1097,26 manat, cəriməyə görə 110,87 manat olmaqla cəmi 13782,17 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 131,35 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, Yelo Bank ASC ilə bağladığı 15.03.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan illik 19,9% ödəmək, 36 ay müddətinə qaytarmaq şərti ilə 15000 manat kredit götürmüşdür. İş yerini dəyişdiyindən, himayəsində xərçəng xəstəsi olan valideyni olduğundan borcunu vaxtında qaytara bilməmişdir. Hal-hazırda iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, əsas borca görə 12754,04 manat, faiz borcuna görə 1097,26 manat, cəriməyə görə 110,87 manat borcun tutulmasına dair iddia tələblərini qəbul edir, banka olan borcunu hər ay 300 manat olmaqla hissə-hissə ödəyəcəkdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. X3 ASC, borcalan Cavabdeh arasında bağlanmış 15.03.2021-ci il tarixli 23-Y-2-0- 493-21 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 36 ay müddətinə qaytarmaq, illik 19,9 % ödəmək şərti ilə 15000 manat kredit verməyi öhdəsinə götürmüşdür. 15.03.2021-ci il tarixli 23-Y-2-0-493-21 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh 15.03.2021-ci il tarixdən 15.03.2024-cü il tarixədək olan dövr ərzində əsas borca görə 15000 manat, faiz borcuna görə 5040,82 manat olmaqla cəmi 20040,82 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Yelo Bank ASC-nin 15.03.2021-ci il tarixli məxaric qəbzindən müəyyən olunur ki, bank kredit müqaviləsi üzrə ayırdığı 15000 manatı Cavabdeh ödəmişdir. Yelo Bank ASC-nin Cavabdeh ünvanladığı 27.01.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Yelo Bank ASC-nin 18.02.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 15.03.2021-ci il kredit müqaviləsi üzrə əsas borca görə 12574,04 manat, faiz borcuna görə 1097,26 manat, cəriməyə görə 443,47 manat borcu vardır. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Həmin Məcəllənin 424.2.-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı Cavabdeh 15.03.2021-ci il tarixli 23-Y-2-0-493-21 saylı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehdən əsas borc görə 12574,04 manat, faiz borcuna görə 1097,26 manat, cərimə borcuna görə 110,87 manat tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Yelo Bank ASC ilə Cavabdeh arasında bağlanmış 15.03.2021-ci il tarixli 23-Y-2-0- 493-21 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 15.03.2021-ci il tarixli 23-Y-2-0-493-21 saylı kredit müqaviləsi üzrə əsas borc görə 12574,04 manat, faiz borcuna görə 1097,26 manat, cəriməyə görə 110,87 manat, dövlət rüsumuna görə 131,35 manat olmaqla cəmi 13913,52 manat Yelo Bank ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-2266/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-2266/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver